XalqXəbər.Az

Ceyhun Cəfərovla bağlı qərar hazırdır... - İDDİA

yüklənir...
Ceyhun Cəfərovla bağlı qərar hazırdır... - İDDİA
7-01-2019, 12:19
yüklənir...

Uzun müddətdir işdən çıxarılacağı ilə bağlı söz-söhbətlər gəzən Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla bağlı yeni xəbər yayılıb. Bu barədə DİA.AZ-a məlumat verən mötəbər mənbə iddia edir ki, artıq onunla bağlı qərar hazırdır və yaxın vaxtlarda rəsmən elan oluna bilər.

Qeyd edək ki, adı "Rabitə işi"ndə də hallanan Ceyhun Cəfərov eyni zamanda hazırda həbsdə saxlanılan keçmiş MTN-çilərlə də şübhəli əlaqələrdə olub.

Məlumatı verən mənbə iddia edir ki, buna qədər görəvdə saxlanılan Ceyhun Cəfərov əslində hər gününü ciddi təzyiq altında olub. Çünki onun həbsi belə bir ara gündəmə gətirilmişdi.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.