SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xasay Əhmədovun biznesmen oğlu Beyləqanda "at oynadır"-Problem

Xasay Əhmədovun biznesmen oğlu Beyləqanda "at oynadır"-Problem

Tarix:

4-01-2019, 15:42

/ 4 237 dəfə oxundu.
Xasay Əhmədovun biznesmen oğlu Beyləqanda "at oynadır"-Problem

Bu günlərdə Beyləqan rayonunda Heydər Əliyev parkına məxsus torpaq sahəsinin müxtəlif şəxslərə satılması barədə mətbuatda məlumatlar dövriyyəyə buraxıldı. Beyləqan rayonuna ezam olunmuş əməkdaşımız araşdırma apararaq maraqlı faktlar əldə edə bilib. Məlum olub ki,Heydər Əliyev adına parka aid olan torpaq sahələrinin satılması ilə bağlı yayılan informasiyalar məqsədyönlü şəkildə, müəyyən maraqlı qüvvələr tərəfindən mətbuata ötürülüb. Bu poseslərə rəhbərlik edən şəxs isə bir zamanlar Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Xasay Əhmədovun oğlu Xəqani Əhmədovdur. Bu həmin Xasay Əhmədovdur ki, icra başçısı işlədiyi müddətdə Beyləqan camaatının rəğbətini qazana bilməmiş və onun qanunsuz əməllərinin acı nəticələrini rayon sakinləri hələ də yaşamaqdadırlar. İndi isə Beyləqan əhalisi, atasının vaxtilə vəzifədə işləməsindən sui-istifadə edərək böyük kapitala yiyələnən ogul Xəqani Əhmədovun qanunsuz əməllərindən əziyyət çəkir. Maddi imkanlarına görə oliqarxa çevrilən Xəqani Əhmədov Beyləqanda böyük nüfuza malikdir. Beyləqanda bir çox ticarət obyektlərinə sahib olmuş oliqarx oğul biznes şəbəkəsini paytaxt Bakıya qədər uzada bilib. Biz Xəqani Xasay oğlu Əhmədovun varidatını saymaq və hesablamaq niyyətindən uzağıq. Bunların hansı yollarla əldə edilməsini araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.Toxunacağımız məqam bu qədər var- dövlətə sahib olan birisinin qanunları ayaq altına atması, rayonda hegemonluq etməsi, insanları üz-üzə qoyaraq qarşıdurma yaratmağa cəhddə bulunması ilə bağlıdır. Xəqani Əhmədov özünü Beyləqanda mütləqi-hakim qiyafəsində hiss edir. Ona elə gəlir ki,qanunsuz yollarla əldə etdiyi çirkli pullar vasitəsilə bütün qapılar üzünə taybatay açılacaq. Amma keçirilən məhkəmələr onun arzularını gözündə qoyub. Araşdırmalarımız zamanı məlum oldu ki, məhkəmələri uduza-uduza gələn Xəqani Əhmədov acı məğlubiyyətini heç cürə həzm edə biməyərək primitiv üsullara əl atmaqla özünü gülünc vəziyyətə salıb. Hansısa "başbiləninin"ağlına uyaraq rayon haqqında dezinformasiyaları mətbuata ötürərərək qarşı tərəflərə gücünü nümayiş etdirməyə uğursuz cəhd edib.
Növbəti yazılarımızda Xəqani Əhmədovun qanunsuz əməllərindən ətraflı bəhs edəcəyik.Təbii ki, Xəqani Əhmədovdan fərqli olaraq məhkəmə qətnamələrinə və digər faktlara istinad edərək.
Bizi izləyin.
Ardı var....
Qarşı tərəfi də dinləməyə hazırıq.

xeberfakt.az

Şərhlər

XƏBƏR LENTİ