XalqXəbər.Az

Əhmədzadənin bambılı məmurları, söyüş diski, bir də balıqlarla şüşəbəndə atılan İMZA

yüklənir...
Əhmədzadənin bambılı məmurları, söyüş diski, bir də balıqlarla şüşəbəndə atılan İMZA
27-12-2018, 16:15
yüklənir...

Göygöl Suvarma Sistemləri İdarəsi bir neçə məmurun maddi maraqları ucbatından özünün real iş funksiyasını itirib. Rayonda əkin torpaqlarının suvarılmasını təmin etməli olan bu meliorativ qurumda əsl anarxiya baş qaldırıb. Süni və daha çox formallığa hizmət edən hesabatları oxuyanda da Göygöl SSİ-dəki maxinasiyaların həcmini asanca anlamaq mümkün olar. Burada anarxiyanın baş və yaradıcı elementi hələ də idarə rəisi İlqar Məhərrəmovun özüdür...

Xatırladaq ki, bu ünvandan real faktlar əsasında dəfələrlə yazılar yayımlasaq da, yaxşıya hələ ki, heç nə dəyişməyib. Əksinə, zəruri tədbirlər görülmək əvəzinə, aidiyyatı ASC-də ictimai əhəmiyyətli nöqsanları aradan qaldırmağa çalışan bir başıpapaqlı tapılmayıb. İdarənin suçlu, talançı və böhtançı, dıppılıboy rəisi isə cəzasızlığından yararlanaraq, bizə qarşı vay-şivənlə özünü savunmağa çalışır. Xüsusilə, Göygöl SSİ-nin yarıtmaz rəisinin birbaşa ASC rəhbəri Əhməd Əhmədzadə tərəfindən müdafiə edildiyi artıq məlum olur. Bu, daha bir təəssüf doğurur...

Saytımıza verilən yeni məlumata görə, yarıtmaz bir məmurun hakimiyyətdə təmsil edilən ən mötəbər şəxslərdən biri tərəfindən müdafiə olunmasının özəl və qaçılmaz səbəbləri var. Sən demə, cənab Əhmədzadə İlqar Məhərrəmovu qorumalıdır ki, bunu da edir. Deyə bilərsiniz ki, bəs, səbəbi nə ola bilər ki, cənab Əhmədzadə üçün belə bir bambılı məmuru müdafiə etmək dövlətin aqrar kənd təsərrüfatı sahəsinə yönəlik mühüm maraqlarından daha üstündür? Bəs, necə olur ki, hər yerdə Əhmədzadənin müavini Rafiq Aslanovun da adını özünə "himayədar kurator" kimi hallandıran İlqar Məhərrəmov istədiyidərəbəyliyi edə bilir? Bu nəzarətdən "çıxmış” bir məmur əslində tüfeylidirmi? Və deyəcəksiniz, onu durduran, cəzalandıran olmayacaqmı? Xoşbəxtlikdən,buna dair maraqlı versiyalar, səbəblər və cavablar var...

Bir maşın alverçisini, savadsızı kim "meliorator” qayırıb?! Əhmədzadəyə söyüşün və ilqarsayağı danosbazlığın mükafatı...

Aldığımız məlumata görə, İlqar Məhərrəmov regionda maşın alverçisi kimi ad çıxarıb və yalnız Göygöl SSİ-də idarənin sabiq rəisi (özünün arvad qohumu) Namaz Quliyevin vasitəçiliyilə sonralar önə çəkilib. Məlumata görə, onun melioratora çevrilməsi də N.Quliyevin hesabına reallaşıb. Adıçəkilənin pulu ilə xarici maşınların ehtiyyat hissələrinin xaricdən Gəncəyə gətirib satışını icra edən qohumların biznes fəaliyyətləri onları neçə illər bir-birinə bağlayıb. Bu minvalla, sabiq rəisin "pul torbası", "ən etibarlı adamı" missiyası daşıyan İlqar Məhərrəmov sonralar adıkeçən idarənin mühəndisi (qeyri-rəsmi baş mühəndis) postuna sahiblənib. Və beləcə, sabiq rəisinə (qohumuna) qarşı əməllicə "şişməyə", harınlamağa, küfr etməyə başlayıb. Namaz Quliyevin idarədəki "qazancına” həsəd aparmağa, pulunu saymaqla idarənin cik-bikini bugünü üçün əzbərləməyə başlayıb.

Xatırladaq ki, rayonlarda mövcud olan bütün idarələrdən ən gəlirlisi – korrupsiyalaşmış və büdcədən ayrılan milyonlarla pulu müxtəlif adlar altında havaya sovuran idarə kimi Suvarma Sistemləri İdarələrini misal gətirmək olar. Bu barədə çoxsaylı real və məntiqi faktlara mediada da rast gəlinir. İlqar Məhərrəmov da buna susamaqla, illərlə qohumunu kreslodan yıxmaq və rəis olub tezliklə varlanmaq yolunda illərlə "iş” aparıb. Sonda istidiyinə də nail olub. Belə ki, İlqar Məhərrəmov özünü yekəxana aparan və Əhmədzadənin ünvanına kollektiv arasında tez-tez açıq söyüş və təhqirlər yağdıran rəisinin ədəbsiz danışıqlarını bir neçə dəfə gizli lentə alaraq, ASC-də müavin olan Rafiq Aslanov vasitəsilə Əhmədzadəyə ötürməyə başlayıb. Özünün də içində olduğu çeşidli maliyyə və sair maxinasiyaları yuxarı sızdırmaqla "işverənlik” edib.

Şəkildəki - Namaz Quliyev

Mənbənin bildirdiyinə görə, Namaz Quliyevin uzun sürən rəisliyi sonda məhz rəhbərinə qarşı tərbiyyəsizliyinə qurban gedib. Əhmədzadə sabiq rəisin İlqar Məhərrəmovun yanında səsləndirdiyi ağır söyüşləri ona bağışlamayıb. Birinci Əhmədzadə tərəfindən çox ağır cəzalandırlıb. Əmək kitabçasına 70 "Ç" yapışdırılaraq bu gəlirli vəzifəsini itirəsi olub. İkinci isə "satdığı"-nın yerinə rəislik mükafatı alıb.

Məlumat üçün bildirək ki, Namaz Quliyev hazırda Dövlət Sığorta Şirkətinin Göygöl şöbəsinin müdiridir və qohumunun "xəyanəti” onun sinəsinə "dağ” çəkib. Sabiq rəisinin dililə desək, çörək verdiyi bir maşın alverçisi "meliorator” olub ona sonda nankorluq edib. N.Quliyev bir onunla təsəlli tapır ki, onu yəhərdən yıxan yeni rəis öz yaramazlığı ilə artıq onun ölənlərinə rəhmət oxudur.

Aldığımız məlumata görə, adını çəkdiyimiz xələf öz sələfinin çirkli maxinasiyalı oyunlarını əlavə metodla davam etdirir. (bunlar barədə növbəti yazılarda-O.N)

Təsadüfi deyil ki, İlqar Məhərrəmov son illərdə o qədər pullana bilib ki, özünə bir neçə "ceep” markalı lüks araba alıb, yeni evlərə sahib olub. Hətta, bir neçə ay əvvəl qızını Gəncənin hazırki Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun oğlu ilə evləndirib. Mənbənin bildirdiyinə görə, meliorator atanın dəbdəbəli toya və cehizə xərclədiyi pulun miqdarı 50 min manatdan artıqdır.

Əhməd Əhmədzadənin eşqinə üzən bahalı balıqlar...

Hazırda SSİ rəisi harınlığının dərəcəsindən, otağında 10 min manata başa gələn "balıq-akvarium” servisi yaradaraq bununla zövq almağa başlayıb. İrihəcmli akvariumda üzən elə vəhşi balıqlar var ki, qiyməti 200 – 300 manatdır. Balıqların rəngbərəng olması bu yarıtmaz rəisin qonaqlarının da gözlərini qamaşdırır. Maraqlısı budur ki, İ. Məhərrəmov hamıya bu "balıq-akvarium”-un rəhbəri Əhmədzadəyə məxsus olduğunu deyir. Bakıda oturan ASC rəhbərinə "bu balıqların xeyri nədir, axı nəyinə lazımdır?” sualı isə cavabsızdır. Belə lazımsız balıq əyləncəsinə də pul yatıran, aylıq maaşı dəyərində o balıqların saxlanmasına "rasxod” edib israfçılıq edən bu bambılı məmur bu səfehliyini də rəhbərinin adına yazırsa,. .

Göygöl SSİ-nin binası özü bir korrupsiya akvariumudu – Şüşələnmə israfçılığı kimə lazım idi?!,,



Xatırlayırsınızsa, ötən yazılarımızda Göygöl SSİ-nin yeni binasının inşaasındakı uyğunsuzluğa, qeyri-adiliyə və israfçılığa da diqqət çəkməyə çalışmışdıq. İkimərtəbəli olmaqla inşa edilən bu idarə ölkədə yeganə meliorasiya binalardandır ki, hansısa memarın layihəsi əsasında deyil, məhz müdirin zövqü ilə tikilib. Bina özü də elə rəisin otağındakı akvariumu xatırladır. Korrupsiyalaşmış bu idarənin rəisi də saxladığı bahalı balıqlar kimi Əhmədzadə eşqinə bu binada mövcud olan korrupsiyanın içində üzür.

İlqar Məhərrəmovun özünün redaksiyamıza bildirdiyinə görə, idarənin "ASAN” mərkəzlərin binasına bənzədilməsi ideyası onundur. Bunu həyata keçirmək üçün isə, Əhmədzadəyə şəxsən xahişlər edib. Əhməd baba da bambılı məmurunun "akvarium azarı”na yox deməyib. Amma əsas məsələ zövqdə deyil, binanın smeta dəyərində, israfçılıqdadır. İlqar Məhərrəmovla bu barədə söhbətimiz zamanı müəyyən etdik ki, hər kv-metri təxminən 30-50 manata başa gələn bir bina kv-metri 250-300 manatlıq şüşə ilə əvəzlənib. Yəni, aydın olur ki, büdcənin bu durumunda bu idarənin inşaası süni qaydada dəfələrlə baha qiymətə reallaşdırılıb. Aşkar israfçılığa gedilib. Hansı ki, artıq pulları şüşəyə qıyan baş meliorator İlqar Məhərrəmovun bu işdə xortumladığı 10 minlərlə manat vəsaitlə rayonun meliorativ tədbirlərinin genişləndirilməsinə çalışa, yeni artezianlar qazdıra bilərdi. Aşkar korrupsiya niyyəti ortadadır. İlqar Məhərrəmovun "canı cəhənnəmə”, bəs, ASC rəhbərliyi bu israfçılığa nədən razı olub?!..

Bina dörd bir yandan daşla deyil, şüşə ilə yığılıb. İçərisində də tavan və döşəmə istisna, hər şey şüşədəndir. Binanın içərisinə daxil olduqda adam özünü akvariumun içinə girmiş kimi hiss edir. Görünür zehniyyətində bol su xəyalları qurmuş İ.Məhərrəmov bu yolla özünü şüuraltı olaraq boğulmaqdan izolyasiya edib. Amma cənab Əhmədzadə bu çertyoju niyə bəyənib, buraya nə qədər vəsait ayrılıb, xərclənib, bu işləri ancaq özləri bilir. Bu binanın ərsəyə gəlməsində ətrafa kəskin korrupsiya qoxusu yayılıb...

Bu bina tikintisi aparılarkən, İlqar Məhərrəmov və işçilərinin banklardan küllü miqdarda kredit götürdükləri barədə dedi-qodular var. Rəisin öz yaxın çevrəsinə sızdırdığı söz-söhbətə inansaq, bu akvarium binanın tikilməsi onun özünün və idarənin korrupsiya imkanları hesabına tikilib. ASC-nin kağız üzərində tikiliyə ayırdığı vəsait isə... Əgər belədirsə, Əhmədzadənin İlqar Məhərrəmovu özbaşına buraxması, tabeliyindəki birinin yanındakı gözükölgəliliyi başadüşüləndir...

Bir zamanlar onu başıpapaqlı edən Namaz Quliyevi satanın gələcəkdə Əhmədzadənin özünü də satacağı labüd və mümkündür. Ona görə də İlqar Məhərrəmovu "qorumaq” Əhməd baba üçün vacib və məcburidir...

Osman Nərimanoğlu

P.S - Göygöl SSİ-dəki çeşidli korrupsiya və rüşvətxorluq, talançılıq, rayonda meliorativ tədbirlərin tormozlanması faktlarını, Göygöl icra başçısı Arif Seyidovla İlqar Məhərrəmov arasındakı gizlinləri tezliklə "Demokratik.Az”-da oxuyacaqsınız...

Xüsusi olaraq: Mətbuat Şurasının çıxardığı qərara əsasən, cənab Əhməd Əhmədzadədən başqa, yazıda adıkeçən heç kimin söz haqqını tanımadığımızı bir daha bəyan edirik...

Demokratik.Az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.