XalqXəbər.Az

Yardımlı sakinləri nədən narazılıq edir?

yüklənir...
Yardımlı sakinləri nədən narazılıq edir?
26-12-2018, 09:14
yüklənir...

Bu gün Yardımlının Nisəqala kəndini elektrik enerjisi ilə təmin edən transformator partlaması nəticəsində kənd camaatı işıqsız alıb və sakinlərə böyük miqdarda ziyan dəyib.

Bu barədə Bolgexeber.com-a kənd sakinləri bildirib.Kəndin 20- evi qaranlığa qərq olsa da problemlə aidiyyatı qurumlar maraqlanmayıb.
Sakinlər yerli işqı idarəsinə şikayətə getdikdə isə oradan bildiriblər ki,”onlar heç nə edə bilməzlər ,çünki naqillər köhnədir”. Nisəqala kənd sakini Səyavuş Sultanov müxbirimizə bildirdi ki,buna etiraz olaraq onlar Yardımlı rayon icra hakimiyyətinə şikayətə gediblər.İcra hakimiyyətinin müavini sakinlərin problemini dinləmiş və məsələni həll etmək üçün aidiyyatı qurumlara tapşırıq vermişdir.Ancaq buna baxmayaraq hələ də problem öz həllini tapmamışdır.Kənd sakinləri ümid edir ki,bayramqabağı yaranan bu problem tez bir zamanda öz həllini tapacaq.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.