SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Quba təhsil şefinin uydurması: nazir müəllimlərə qəzet satır? - İddialar...

Quba təhsil şefinin uydurması: nazir müəllimlərə qəzet satır? - İddialar...

Tarix:

25-12-2018, 00:41

/ 1 904 dəfə oxundu.
Quba təhsil şefinin uydurması: nazir müəllimlərə qəzet satır? - İddialar...

Qubanın təhsil şöbəsi müdiri Rüfət Hacıyev ötən il bu vəzifəyə təyin olunub

Cahan.info xəbər verir ki, R.Hacıyev təhsil naziri Ceyhun Bayramovun etimadını doğrultmur.

Bunun səbəbi şimal bölgəsində təhsilin zəif olması ilə bərabər R.Hacıyevin yerli icra hakimiyyəti ilə əlbir olub müxtəlif işlərə əl atmasıdır.

Bu dəfə rayon üzrə hər müəllimdən 15-20 manat qəzet pulu adı altında yığılaraq mənimsənilir. Xəbəri yayan mozalan.az yazır ki, bu yığım ikinci dəfədir və təkrarlanır.

Bir müddət əvvəl onun 2600 müəllimdən və 2500 texniki işçidən Qızıl Aypara adı ilə rəsmi cədvəllə, hər birindən 3 manatdan pul topladığı xəbəri yayılmışdı.

O, pulu icra başçısının və Təhsil Nazirliyinin şifahi göstərişləri ilə yığdığını iddia edibmiş. Məsələ ictimailəşəndən sonra müəllimləri pulu könüllü ödədiklərini deməyə məcbur ediblər və ərizə yazdırıblar.

Lakin heç nə dəyişməyib. Dövlətdən maliyyələşən və köşklərdə satılan qəzetlər üçün müəllimlərdən pul yığmaq köhnə dövrdə qalmış sistem olmalıydı. Amma C.Bayramov dövründə yenə belə hallar təkrarlanır. Quba nümunədir.

KİV yazır ki, Rüfət Hacıyev ilk gündən təhsilə olan “qayğısını və diqqətini“ imtahanların “qiymət” cədvəli ilə başladı. Məktəblərdə 9-cu siniflərin ekstremal (attestat) imtahanı "qiymət” cədvəlinə uyğun reallaşdırılmışdı.

Rüfət Hacıyevin tapşırığına əsasən müavini Pərviz Nurməmmədov və Qələmşah Dostuyevq “qiymət“ cədvəlini həll etmişdilər. İmtahandan keçən şagird 500 manat məbləğində “cərimə” ödəməli idi.

Yəni öz biliyi və təhsili sayəsində zəhmət çəkib verdiyi imtahandan təhsilin düşmənlərini razı salmalıdırlar. Budur Qubanın təhsili, cənab təhsil naziri!
Rüfər Hacıyev, Pərviz Nurməmmədov və Qələmşah Dostuyevin "əməyi"nin nəticəsidir ki, indi də müəllimlərə qəzet "oxudur"lar, qoy mütaliə artsın.

Görəsən, necə bir məmur təyin etmək lazımdır ki, düzgün işləsin? Niyə R.Hacıyev Quba təhsilində pul yığdırır?

Siz Allah doğurdanmı, nazirliyin tapşırığıdır? Nazirliyin hər müəllimdən yığılan pula ehtiyacı varmı?

C.Bayramov qəpik-quruş üçün göstəriş verərmi? Ən azı nazirlik milyonluq tender əməliyyatları ilə məktəb tikintisi, hansısa başqa işlərdən maxinasiya etməklə külli miqdarda gəlir əldə edə bilərdi. Daha qəzet pulu yox da...

Demək ki, bu əmr təhsil şöbəsi müdirinin öz təşəbbüsüdür, yaxşı qazancını artırmağa hesablanıb.

Quba Rayonu İcra Hakimiyyətinin yeni təyin olunmuş icra başçısı da yəqin ki, təhsil şöbəsinin əməllərindən bixəbər deyil. İcra Hakimiyyətinin izni olmadan quş belə uça bilməz.

Ümid varıq ki, tez bir zamanda adiyyəti orqanlar və qurumlar Quba rayonunda baş verənlərə öz obyektiv fikirlərini bildirəcəklər.

Quba rayonunda təhsil idarəsinin rəisi vəzifəsini hansısa yollarla əlinə keçirmiş cənab Rüfət Hacıyev yuxarıda qeyd olunan cümlənin fəlsəfi-psixoloji portretini Van Qoqdan, Salvador Dalidən daha ustalıqla yaratmağı bacarmışdır. Əvvəla, cənab Rüfət Hacıyev təhsil idarəsinin rəisi kimi fəaliyyətə başlayan andan, ona lazım olan başlıca statistikanı ,yəni rayon məktəblərində şagirdlərin sayının 25600 nəfər olduğunu "məharətlə"öyrənməyi bacarmışdır. Sən demə, Rüfət orta məktəbdə vurma cədvəlini də öyrənibmiş. Yəni, həmin 25600 ədədini 2 ədədinə vurmaq yolu ilə, hər gün şagirdlərdən bac almaqla prezident cənablarının məlum tapşırıqlarına necə "tövhə"verməyi unutmamışdır.

Rüfət Hacıyev -Qələmşah Dostuyev adlı yaxın adamını mafiya qanunlarına uyğun olaraq, "pulyığan" ştatına təyin etmiş, onun əli ilə də müəllimləri və digər kontingenti işə qəbul edərkən "şirinlik"almaqdadır. Quba şəhər 6 saylı orta məktəbin hərbi müəllimini də 4000 manat "qulağnı kəsməklə" işə qəbul etmişdir. Bu, mövcud rüşvət faktlarının,yalnız bir epizodudur.

Şagirdlərə dərsliklərin pulsuz paylanması əməliyyatı da cənab Rüfət Hacıyev tərəfindən prezident cənablarının məlum tapşırıqlarına "uyğun"olaraq aparılmaqdadır. Belə ki, bu sahənin "kurasiyası" da etibarlı əl olan Rahid Seyidməmmədov adlı şəxsə tapşırılmışdır. Rahid qardaş da, mühüm və şərəfli vəzifəni icra edərək 9-cu sinif şagirdlərinə pulsuz dərslikləri pullarını yığmaqla paylamışdır. Lopu dildə desək, kitab mağazası satıcısının vəzifəsini icra etmişdir-yəni satmışdır.

Biz junalistlər aldığımız informasiyaların qullarıyıq. Yuxarıda qeyd olunan məlumatları əldə etdikdən sonra, bizdə yoxsul adamların psixologiyasına uygun olaraq varlıların sərvətini hesablama instinkti yarandı. Əcəba, bu Rüfət bəy ayda nə qədər qazanır? Bu qədər pulu hansı sandığa qoyur?

25600 vuraq 2- özü də hər gün. Pulsuz dərsiklərin sayı vuraq onların satış qiyməti. İşə qəbul olunanların sayı vuraq aşağısı 4000 manat. Hələ "ölü canlar", keçilməyən dərsdənkənar məşğələlərə silinən pullar...

Deyirlər ki, rayonlarda icra hakimiyyəti başçılarının dirijor çubuğu olmadan bir alət belə dınqıldaya bilməz.Bir quş belə yuvasından uça biməz.
Qalmışdı ki, Rüfətin bu zıppıltılarını Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin müəllim eşitməyə, bilməyə. Eşitməyibsə, nə üçün Qubada başçıdı? Eşidibsə, onda...Şair Əli Kərim demiş:nöqtə,nöqtə, nöqtə.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ