yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Şamaxıdakı 1 saylı məktəbdən şikayət var

Şamaxıdakı 1 saylı məktəbdən şikayət var
7-12-2018, 12:26 239 dəfə baxılıb

Bir müddət əvvəl mediada Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın müəllimlərdən ayliq haqq yığması ilə bağlı səs yazısı yayılmışdı.

Səs yazısında bu məktəbdə keçirilən iclasların birində direktor müəllimlərdən pul tələb edirdi. Direktor Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bildirirdi:

"Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.

Qalmaqaldan sonra müəllimlərə təzyiq edildi, bəziləri şikayətini dala götürdü,bəziləri yox. Direktor isə and-aman edir ki, bu aylıqları yerli təhsil şöbəsi tələb edir.

İndi həmən vəziyyət 1 saylı məktəbdə təkrarlanır.

Direktor Dilarə Rüstəmovadan şikayətlər yetərincədir. Şikayətlkər əvvəldən də vardı. Ancaq direktoru İcra Hakimiyyətindəki şöbə müdirlərindən biri himayə edirdi. İndi rayonda başçı dəyişikliyindən sonra vəziyyət ayrı cürdür.

Təhsilin səviyyəsi düşüb, köhnə qaydalarla heç kim işləmək istəmir. Həm valideynlər, həm müəllimlər şikayətlərini yeni başçıya və Təhsil Nazirliyinə çatdıracaqlarını deyirlər.

Bu məktəbdə olan qanunsuzluqlar haqda geniş araşdırmamız olacaq.

Mozalan.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

10-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ