SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Masallıdakı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi yoxlanılsa hansı mənzərələrin şahidi olarıq?

Masallıdakı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi yoxlanılsa hansı mənzərələrin şahidi olarıq?

Tarix:

4-12-2018, 10:16

/ 1 363 dəfə oxundu.
Masallıdakı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi yoxlanılsa hansı mənzərələrin şahidi olarıq?

Bu il 100 yaşını qeyd edən Azərbaycanın Ədliyyə sistemi zaman zaman aparılan islahatlar nəticəsində artıq işini beynəlxalq standartlar səviyyəsində qurmağı bacarıb. Bu gün Ədliyyə sisteminə daxil olan qurumlar öz işlərini günün tələblərı səviyyəsində aparmaq üçün yeni inzibati binalarla, müasir texniki avadanlıqlarla təchiz olunub. Ədliyyə orqanlarında və məhkəmələrdə vahid informasiya mərkəzlərinin yaradılması, sistemin işində dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Elə noyabrın 22 də Ədliyyə işçilərinin peşə bayramı münasıbətilə keçirilən tədbirdə Ədliyyə Naziri Fikrət Məmmədov da cıxışı zamanı tədbirdə iştirak edən dəyərli qonaqları salamlayaraq Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik etdi, konfransın hüquqi dövlətdə ədliyyə sisteminin, Azərbaycan ədliyyəsinin formalaşmasına, inkişafına və qarşıda duran yeni çağırışlara həsr olunduğunu bildirdi.
Nazir ölkə Prezidenti cənab İlham Əliyevin yubiley münasibətilə böyük bir qrup ədliyyə işçisini və hakimləri orden və medallara, fəxri adlara layiq bilməsini və ali xüsusi rütbələrin verilməsini, ədliyyə və məhkəmə işçilərinə təbrik məktubunu dərin minnətdarlıq hissi ilə qarşılanmaqla Azərbaycan ədliyyəsinə qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. Bildirib ki, bu yüksək etimadı doğrultmaq üçün ədliyyə işçiləri bundan sonra daha əzmlə və məsuliyyətlə çalışmağı özlərinin vəzifə borcu sayırlar.

Qeyd edək ki, son illər Penitensiar Xidmət sahəsində aparılan islahatlara da diqqə artırılıb, bu sahədə maarifləndirmə işlərinin aparılması gücləndirilib. Penitensiar xidmət sahəsində olan problemlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülür. Hazırda fəaliyyətdə olan cəzaçəkmə müəssisələrinin əksəriyyəti sovet dövründən qurulduğundan orada problemlər də çox idi. Amma Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə islahatlar aparılır, hər il yeni cəzaçəkmə müəssisələri tikilərək istifadəyə verilir.

Bu sistemdə yenilənməyə ehtiyac duyulan bir sahə də Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrənin fəaliyyətinin təkmilləşdirilməsidir. Məlum olduğu kimi bu tip cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrum edilmiş, cəza müddətinin ən azı üçdə birini çəkmiş şəxslər saxlanılırlar. Düzdür bu tip müəssisələrin bir çoxunda əsaslı təmir işləri aparılıb. Lakin müəssisələrdə yaşayan və evdə yaşamaq icazəsi verilən məhkumların işlə təmin olunması istiqamətində çətinliklərin mövcud olduğu bu gün heç kimə sirr deyil.

Onu da etiraf etsək lap yerinə düşər ki, bu sahə o qədər də diqqət mərkəzində olmadığından burada kifayət qədər qanunsuzluqlar da baş verir. Elə Masallı rayonunun Digah kəndində yerləşən 11 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində olduğu kimi. Məlum oldğu kimi cinayət törətmiş hər bir şəxs cəzaçəkmə müəssisəsində islah olunaraq yenidən cəmiyyətə qayıtmalıdır. Lakin necə deyərlər, gözdən, könüldən uzaq yerləşən bu müəssisədə məhkumların azad cəmiyyətə adaptasiyası üçün onların üzərində ictimai qayğı yox dərəcəsindədir. Qanuna görə məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar nəzarət altında həm bu müəssisələrin istehsalat obyektlərində, həm də digər dövlət qurumlarının istehsalat obyektlərində əməyə cəlb oluna bilərlər. İstisna olunmuş hallarda məntəqə tipli cəzaçəkmə müəssisəsi rəisinin icazəsi ilə məhkumlar hər gün cəzaçəkmə yerinə qayıtmaq şərti ilə sutkada on iki saatdan artıq olmayan müddətdə müəssisədən kənarda işləmək hüququna malikdirlər. Lakin 11 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində məhkumun müəssisədən kənarda çalışmasına rəis nəinki sutkalıq, hətta aylarla icazə verir. Həm də qeri qayıtmamaq şərti ilə. Məhkumların sutka ərzində müəssisəyə qayıtmaması isə burada əlavə qanunsuzluqlara yol açır. Bu qanunsuzluqları biz hələlik sadalamaq istəməzdik. Lakin məntəqənin rəisi Mais Həmidovla əlaqə yaratdıqdan sonra bir çox məsələlərə aydınlıq gətirəcəyik.

Aktualinfo.org saytı sözügedən məntəqədə baş alıb gedən qanunsuzluqlarla bağlı araşdırmalarına aydınlıq gətirmək üçün 11 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi Mais Həmidovla əlaqə yaratdı. Mais Həmidov redaksiyanın yazısına münasıbət bildirmək üçün yaxınlarda Bakı şəhərinə gələcəyinə söz verdi. Lakin gəlişi barədə xəbər çıxmadıqda ona təkrar zəng edərək məqaləyə münasibət bildirməyini istədik. Bu dəfə Mais Həmidov bizim zənglərə imtina ilə cavab verdi. Biz də artıq onu narahat etməyərək suallarımızı ya Ədliyyə naziri Fikrət Məmmədova, ya da nazirin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova ünvanlamaq zorundayıq. Məsələn, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovdan 11 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində nə qədər dustaq saxlanılması barədə redaksiyamıza məlumat verməyi xahiş edərdik. Bizə həmçinin maraqlıdır bu müəssisədə məhkumların azad cəmiyyətə adaptasiyası üçün onların üzərində nə kimi təlim,tərbiyə işləri aparılır.Bizə həmçinin maraqlıdır ki, müəssisədə hal hazırda saxlanılan dustaqlarla, evdə yaşamaq icazəsi verilən məhkumların qeydiyyat kitabçası üzrə sayı enidirmi? Bir də bilmək istədiyimiz bir məqam var. Məntəqədə gün ərzihdə hər bir dustağa yemək üçün nə qədər vəsait ayrılır? Əgər dustaqların böyük əksəriyyəti gününü evdə keçirirsə ərzağa ayrılan vəsait hara gedir? Bizim 11 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsin rəisi Mais Həmidovdan soruşmaq istədiklərimiz sadəcə bunlar idi. O bizə cavab verə bilmədi. Yəqin Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov mətbuat orqanının suallarını cavabsız qoymaz.

Çox istərdik ki,İnsan Hüquqları üzrə Müvəkkillik də, Respublika Hesablama Palatası da bu müəssisədə yoxlama aparayadı. Onun nəticələri bizim üçün də Ədliyyə Naziri Fikrət Məmmədov üçün də maraqlı olardı.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ