SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkirdə baş həkim: dərmanları satır, doğum evini rüşvət bazarına çevirir - Dərəbəylik…

Şəmkirdə baş həkim: dərmanları satır, doğum evini rüşvət bazarına çevirir - Dərəbəylik…

Tarix:

4-12-2018, 09:32

/ 1 241 dəfə oxundu.
Şəmkirdə baş həkim: dərmanları satır, doğum evini rüşvət bazarına çevirir - Dərəbəylik…

Ölkənin səhiyyə, təhsil, sosial müdafiə fondları, müxtəlif idarələrindən şikayətlər səngimək bilmir. Bu, yerlərdə, əyalətlərdə məmurların yarıtmaz fəaliyyətinin nəticələridir.

Ona görə vətəndaşlar nazirlərə, prezidentə, Mehriban xanım Əliyevaya müraciət etməli olurlar. Çünki bölgələrdə onların şikayətlərinə baxılmır.

Belə regionlardan biri Şəmkirdir. Şəhər sakini Məhərrəmova Almas Ağakişi qızı səhiyyə naziri Oqtay Şirəliyevə məktubunda Şəmkir Rayon Mərkəzi Xəstəxanasından yazıb.

Onun sözlərinə görə, şəkər xəstələri üçün nəzərdə tutulan dərman vasitələri çatışmır. 66 yaşlı xəstənin sözlərinə görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov onların vaxtında iynə, dərman vasitələri ilə təmin olunmalarına şərait yaratmır.

“Mən və qızım Aidə Bayramova şəkər xəstəsiyik. Şəkər xəstələri üçün dərman vasitələri və şəkərli diabeti ölçən cihazlar dövlət tərəfindən pulsuz verilir. Biz şəkər xəstələri dərmanları vaxtında qəbul etməliyik.

Gecikdirdikdə, səhhətimizdə ciddi problemlər yaranır. Şəkərli diabeti ölçən cihaz verilmədiyi üçün bəzən şəkərimiz 450-480-ə yüksəlir“, - deyə mozalan.az yazır.

Şikayətçi baş həkimin onlara qarşı sayğısızlıq göstərməsindən də şikayətlənib: “Üstəlik də bizimlə kobud davranışı əlavə bir əzabdır. Dəfələrlə baş həkim Ayaz İbrahimovun yanında olmuşuq.

Vəziyyətimizi ona danışmışıq, ancaq o, deyir ki, dövlət dərman, şəkərli diabeti ölçən cihaz vermir, nə vaxt dövlət ona dərman, şəkərli diabeti ölçən cihaz versə, o da bizə verəcək.

Bu bəhanə ilə bizə lazımi dərmanlar əvəzinə, başqalaranı təklif edir. O dərmanlar da əks təsir göstərir. Hətta neçə dəfə həmin iynələrdən komaya düşmüşəm, təcili tibbi yardım həkimlərinin sayəsində yenidən həyata qayıtmışam.

Mən səhiyyə naziri cənab Oqtay Şirəliyevdən xahiş edirəm ki, bu məsələni ciddi nəzarətə götürsün. Belə görünür ki, bizim Şəmkir Rayon Mərkəzi Xəstəxanasında kadr islahatlarına ehtiyac var”.

Səhiyyə naziri Oqtay Şirəliyev Şəmkir səhiyyəsinə göz atsa, pis olmaz. Bu il Şəmkir rayon Mərkəzi Xəstəxanasında biabırçı olay baş verib. Baş həkimin tələb etdiyi rüşvəti verməyən tibb bacısı işdən çıxarılıb.

Bu barədə məlumatı rayonun Seyfəli kənd sakini, işdən çıxarılan tibb bacısı Aybəniz Albabayeva verib. O bildirib ki, keçmiş baş həkim ondan işdən çıxarılmaması müqabilində 5 min manat istəyib:

“33 ildir ki, Çinarlı qəsəbəsində yerləşən xəstəxanada tibb bacısı işləyirəm. 2012-ci ildə kursdan keçdim. 2016-cü ilin dekabr ayında isə Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev məndən tez bir zamanda ona 5 min manat verməyimi tələb etdi.

Bildirdi ki, verməsən səni işdən çıxardacam. 2017-ci ilin may ayında isə mənə dedi ki, 5 mini vermədiyin üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nürəddin Əhmədovun məsləhəti ilə səni işdən azad etdik”.

N.Əhmədovdan sonra baş həkim Ayaz İbrahimov olsa da, RMX-da heç nə dəyişməyib. Şəmkir səhiyyəsində ən çox neqativ hallara yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və rayon mərkəzi xəstəxanasının dərman təminatı ilə bağlıdır.

Şəmkir Rayon Xəstəxanasında pasiyentlərə normal tibbi xidmət göstərilmir, çünki tibb ocağının personalının bilik və bacarıq səviyyəsi yetərli deyil.

Məhz elə bu səbəbdən də adıçəkilən xəstəxanada ciddi nöqsanlar, çatışmazlıqlar mövcuddur. Tibb müəssisəsində müxtəlif dərman preparatları, antibiotiklər, qanəvəzedicilər, hətta narkoz üçün dərmanlar belə, xəstə yaxınlarına təmənnasız verilmir.

Bir sözlə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında xəstələrə baxımsızlıq və biganəlik izaholunmaz həddə çatıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi rayon mərkəzində fəaliyyət göstərən uşaq xəstəxanası, şəhər poliklinikası, uşaq poliklinikası və rayonun doğum evini hər ay «nəzarət»də saxlayır.

Deyilənlərə görə, uşaq xəstəxanasında hər hansı tibbi xidmətə görə vətəndaşların qarşısına müəyyən «tələb» irəli sürülür.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ