SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Nəyin hesabatını verəcək? Sahibkarları necə çökdürməyinin?" - İTTİHAM

"Nəyin hesabatını verəcək? Sahibkarları necə çökdürməyinin?" - İTTİHAM

Tarix:

30-11-2018, 11:48

/ 1 716 dəfə oxundu.
"Nəyin hesabatını verəcək? Sahibkarları necə çökdürməyinin?" - İTTİHAM

Qazax rayon İcra Hakimiyyətinin başçısı postunu tutan sabiq vergi məmuru Rəcəb Babaşov "yuxarıların" ona olan etimadını doğrultmayıb. Bu barədə məlumat verən bilgili qaynaq iddia edir ki, artıq Babaşova bu brədə dəfələrlə xəbərdarlıq olunub.

Mənbənin bildirdiyinə görə, gəldiyi ilk günlərdən Qazaxda ciddi narazılıq yaradan Babaşovdan yalnız bir-iki nəfər razılıq edir ki, onlar da başçıdan hansısa yolla faydalananlardır. Qaynağın söylədikləri:

"Babaşov icra başçısı postunda da özünü bir vergi məmuru kimi aparır. Bu ilk gündən belədir. Bütün obyektlər, sahibkarlar, fermerlər bir vergi sisteminə uyğun şəkildə başçıya haqq verirlər. Bundan kim razı qala bilər ki?".

Qaynağın sözlərinə görə, Babaşov bu ilin yekunları ilə bağlı hesabat hazırlamaqda da çətinlik çəkir ki, bu da "yuxarıların" qulağına çatıb: "Nəyin hesabatını verəcək? Sahibkarları necə çökdürməyinin?".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ