SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdaşda oğlunun toyunda dava düşən məmuru nazir cəzalandırdı - İşdən çıxardı...

Ağdaşda oğlunun toyunda dava düşən məmuru nazir cəzalandırdı - İşdən çıxardı...

Tarix:

26-11-2018, 10:16

/ 1 936 dəfə oxundu.
Ağdaşda oğlunun toyunda dava düşən məmuru nazir cəzalandırdı - İşdən çıxardı...

10 gün əvvəl xəbərini verdiyimiz bir hadisəyə nazirlik tərəfindən reaksiya verilib. Belə ki, elektron poçtumuza göndərilən xəbərdə qeyd olunurdu ki, bu günlərdə, daha dəqiqi 10 noyabr tarixində Ağdaşda yerli məmurlardan birinin övladının toyunda qanqaraçılıq düşüb.

Məlumatı verən mənbə iddia edirdi ki, hadisə Ağdaş rayon kənd təsərrüfatı idarəsinin rəisi Elsevər Baxışovun oğlunun toyunda baş verib və içkinin təsirindən gələn qonaqlar arasında qanlı dava düşüb.

Mənbənin dia.az-a bildirdikləri: "Həmin toyda iştirak edən Ağdaş rayon kənd təsərrüfatı idarəsinin rəisinin Aydın adlı müavini ilə qonaqlardan olan Rahim adlı şəxs arasında bıçaqlanma olub".

Daxil olan son məlumatlardan isə aydın olur ki, artıq olaya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən reaksiya verilib. Rayondakı qaynağın iddialarlna görə, artıq keçən həftə nazir İnam Kərimovun müvafiq əmri ilə Ağdaş rayon kənd təsərrüfatı idarəsinin rəisi Elsevər Baxışov vəzifəsindən azad edilib.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ