SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə səhiyyə rüşvətə “yoluxub” - Bütün müayinələr pulludur

Gəncədə səhiyyə rüşvətə “yoluxub” - Bütün müayinələr pulludur

Tarix:

22-11-2018, 10:24

/ 1 280 dəfə oxundu.
Gəncədə səhiyyə rüşvətə “yoluxub” - Bütün müayinələr pulludur

Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya pulsuz müayinə üçün gedənlər rüşvətlə rastlaşırlar. Adı olub özü olmayan pulısuz müayinə və müalicələr özəl xəstəxanaları xatırladır. Gəncədə özəl tibb müəsissələri ilə dövlət tib müəsissələri arasında cuzi pul fərqi var. Belə ki, adıgedən xəstəxanada adi analizdən tutmuş əməliyyatlara qədər pul ödəməli olursan. Dövlət hesablı xəstəxanada həkimlər heç də dövlətin hesabına xəstələrə tibbi yardım göstərmirlər.

Hazırki Səhiyyə idarəsinin rəisi Nazım Məmməd oğlu Əhmədov uzun illər Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya rəhbərlik edib. Yaxın vaxtlarda isə N.Əhmədov səhiyyə idarəsinin rəhbəri təyin olunub. Ancaq buna baxmayaraq Abbas Səhhət adına 1 saylı xəstəxanada hələdə pullu xidmət yığışdırılmayıb. Xəstəxanada anilizlərin qiyməti 5-7 manat arasında dəyişir, hətda elə analizlər var ki, 10-12 manat təşkil edir. Rengendəndə pulsuz keçmək mümkün deyil. Əgəır bir xəstəyə rengen yazılıbsa xəstə bunun üçün 6 manat, elə müayinələr var ki, 40 manat ödəməlidir. Bundan başqa UZİ həkimidə 15 manatdan aşağı heç kimi yoxlamır. Elə həkimlərdə müayinə üçün istədikləri pulu alırlar.

Burada fəaliyyət göstərən kopyuter tomoqrafiyanın isə qiyməti 120 manata başa gəlir.

P.S. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanada baş verənlərdən Nazim Əhmədov yaxşı xəbərdardır. Əgər onların xəbəri olmasa bu xəstəxanada rüşvət tüğyan eləməz.

Növbəti yazılarımızda bu və digər xəstəxnalarda baş verən qanunsuzluqlar, "rüsumlar" barədə daha ətraflı məlumat verəcəyik. Ümid edək ki, N.Əhmədov bu barədə tədbir görəcək.

Qarşı tərəfində mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Xia.Az

Şərhlər

XƏBƏR LENTİ