SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Məktəb stadionu satışa çıxarıldı-MASALLIDA

Məktəb stadionu satışa çıxarıldı-MASALLIDA

Tarix:

12-11-2018, 21:22

/ 1 524 dəfə oxundu.
Məktəb stadionu satışa çıxarıldı-MASALLIDA

Azərbaycanda orta məktəbə məxsus stadionun ərazisi satışa çıxarılıb.

Bu barədə Masallı rayonunun Qəriblər kənd sakinləri tərəfindən verilən məlumatda deyilir. Bildirilir ki, Qəriblər kəndində yerləşən tam orta məktəbin stadionu satışa çıxarılıb. 0.5 hektar ərazisi olduğu deyilən stadionun artıq yeni sahiblərinə veriləcəyi bildirilir.
Hazırda satışa çıxarılan ərazi hasarlanıb və şagirdlərin stadiona daxil olmasına qadağa qoyulub. Kənd sakinləri stadionun satılmasından narahat olduğunu bildirib. Eyni zamanda, valideynlər orta məktəbdə tədris olunan “Bədən tərbiyəsi” fənninin qüvvədən düşdüyünü vurğulayır.

Qeyd olunur ki, stadion ərazisi kənd bələdiyyə sədri Müşfiq Ağayev tərəfindən satılıb.

A24.az

Şərhlər

XƏBƏR LENTİ