SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » YAP qərargahında “rüşvət masası” - GÖYÇAYDA

YAP qərargahında “rüşvət masası” - GÖYÇAYDA

Tarix:

8-11-2018, 13:07

/ 1 716 dəfə oxundu.
YAP qərargahında “rüşvət masası” - GÖYÇAYDA

Hüquq-müdafiəçisi Taleh Xasməmmədov “Nar Bayramı” ilə bağlı feysbukda status yazıb Həmin statusu olduğu kimi sizə təqdim edirik:

Mənimlə əlaqə saxlayan jurnalistlər sual verirlər ki, “Nar Bayramı” ilə əlaqədar Göyçayda rüşvət toplanıb ya, yox?” Cavab: əlbəttə toplanıb, özü də görün necə və harada…!
Deməli Göyçay rayonunda 3-4 noyabr tarixində keçiriləcək “Nar Festivalı” üçün pul toplanmasına baş məmur təyin edilən şəxs Yeni Azərbaycan Partiyasının Göyçay rayon Təşkilatının icra katibi Cavid Rəhimov olub. Çünki, qorxusuz və məsuliyyət hiss etmədən rüşvət almağa adət etmiş bu şəxs festivaldan 1 həftə əvvəl YAP qərargahında bir divan və bir yazı masası qoyaraq sərgi və yarmarkada iştirak edənləri növbəli şəkildə qəbul etməyə başlayıb. Onun yazı masasının üstündə pul qutusu, bələdiiyə qəbzləri, siyahı üçün dəftər və bir də qələm olub. Rayonun büdcə təşkilatları, orta sahibkarlar, icra və bələdiyyə nümayəndələri məcburiyyət qarşısında adlarını siyahıya 500-1000 manat rüşvət verməklə saldırıblar. Kəndli fermerlər isə öz məhsullarını satmaq üçün bir piştaxta üçün 100-300 manat arasında pul verməli olublar. Bundan əlavə bayram günlərində yer tuta bilməyən, şəhərin müxtəlif yerlərində 1-2 yeşik məhsulunu satmaq istəyən kəndlilər isə Cavid və onun dəstəsi tərəfindən yaxalandığı səbəbindən 30-50 manat “ödəniş” etməyə vadar qalıblar.
Eyni zamanda qeyd etmək istəyirəm ki, Göyçayda 2 gün baş tutmuş “Nar Festivalı” tədbirinin təşkilatçısı Rusiyalı milyarder Fərhad Əhmədov olmuşdur. Deyilənə görə o tədbirin keçirilməsi üçün ümumilikdə 300 min manatdan artıq vəsait sərf edib. Maraqlı burasıdır ki, əgər tədbirin xərcləri Fərhad Əhmədov tərəfindən qarşılanıbsa bəs nəyə görə YAP qərargahında “rüşvət masası” qurulub? Məgər yerli məmurlar bu qədər ac durumdadılar?
Şəkildəki “alçaq” boylu yaxın günlərdə 100 minlərlə rüşvət toplamış, YAP Göyçay rayon Təşkilatının icra katibi Cavid Rəhimovdur.

Xatırlatmaq istəyirik ki festivalın təşkilatçılığı yerli icra strukturu tərəfindən olsa da, maliyyə məsələləri “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov tərəfindən ödənilib.

Bu faktı Hefteaz.info-a“Aznar” QSC-nin rəsmisi təsdiqləyib. Onun sözlərinə görə, onlardan başqa sponsor olmayıb: “Bütün xərcləri Fərhad Əhmədov ödəyib və bugünkü hesabata görə 300 min manat xərclənib”.
YAP qərargahında “rüşvət masası” - GÖYÇAYDA
YAP qərargahında “rüşvət masası” - GÖYÇAYDA
YAP qərargahında “rüşvət masası” - GÖYÇAYDA
YAP qərargahında “rüşvət masası” - GÖYÇAYDA

Şərhlər

XƏBƏR LENTİ