yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Necə olur 2015-ci ildə adı da çəkilmədi, indi ruhi xəstə oluram?”

5-11-2018, 13:23 251 dəfə baxılıb

Gəncə şəhər sakini Sənan Verdiyev 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul ala bilmədiyi üçün redaksiyamıza müraciət edib.

Şikayətçi “Qafqazinfo”ya bildirib ki, birinci qrup əlil olduğundan 2015-ci ildə mərkəzdə reabilitasiya keçib. 2 il sonra yenidən müraciət etsə də, sənədləri qəbul olunmayıb. Səbəb kimi isə ruhi dispanserdə qeydiyyatda olması göstərilib:

“Epilepsiyam olduğu üçün 1999-cu ildə ruhi dispanserdə qeydiyyatdan keçmişəm. Bunu səbəb kimi göstərib məni mərkəzə qəbul etmirlər. Bəs necə olur 2015-ci ildə heç bunun adı da çəkilmədi, indi ruhi xəstə oluram?”

Məsələylə bağlı 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin əməkdaşı İlhamə Məmmədova “Qafqazinfo”ya bildirib ki, 2015-ci ildə mərkəzə qəbul sənəd əsasında olunurdu. Hazırda isə qəbul göndəriş əsasında aparılır:

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən göndəriş olmasa, bizim kimisə mərkəzə qəbul etmək ixtiyarımız yoxdur”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ