yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Quba polisi tərəfindən göstərilən xidmət yüksək səviyyədədir

Quba polisi tərəfindən göstərilən xidmət yüksək səviyyədədir
1-11-2018, 17:34 195 dəfə baxılıb

Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində əməkdaşlarımız tərəfindən göstərilən xidmət yüksək səviyyədədir.

Xalqxeber.Az-a DİN-dən verilən məlumatda deyilir ki, göstərilən xidmət barədə məlumat verən Quba Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin rəisi, polis kapitanı Ramin Məmmədov bildirib ki, cari ilin sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılması və vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri verilməsi digər bölgələrdə olduğu kimi Quba RPŞ-nin QvŞB-i tərəfindən də həyata keçirilir.

Oktyabr ayının 1-dən Quba RPŞ-nin QvŞB-də yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi və vətəndaşların müraciətlərinin tez bir zamanda yerinə yetirilməsi məqsədi ilə bölmənin əməkdaşları tərəfindən operativ şəkildə xidmət aparılır. Artıq qısa müddət olmağına baxmayaraq, 1 ay ərzində şəxsiyyət vəsiqələri almaq üçün müraciət edən sakinlərin sayı yetərincədir. Belə ki, qeyd edilən müddət ərzində 60 nəfər sakin QvŞB – nə müraciət edərək yeni nəsil vəsiqələri ilə təmin olunublar. Onlar arasında 10 nəfər gənc yaşı 18 tamam olmuş və ilk dəfə şəxsiyyət vəsiqəsi alanlardır.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləği haqqında da məlumat verən R.Məmmədov bildirib ki, rüsumlarda heç bir dəyişiklik yoxdur.

O həmçinin yeni nəsil şəxsiyyət vəsiqələrinin təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olduğunu, vətəndaşlar barədə zəruri məlumatın əks olunduğunu bildirdi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ