SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə “Mətbuat evi”nin qapıları jurnalistlərin üzünə niyə bağlı qalıb? - FOTOFAKT

Gəncədə “Mətbuat evi”nin qapıları jurnalistlərin üzünə niyə bağlı qalıb? - FOTOFAKT

Tarix:

1-11-2018, 12:41

/ 1 490 dəfə oxundu.
Gəncədə “Mətbuat evi”nin qapıları jurnalistlərin üzünə niyə bağlı qalıb? - FOTOFAKT

Məlum olduğu kimi, hər il Milli Mətbuat günü münasibəti ilə əlaqədar olaraq, ölkə başçısı İlham Əliyev cənabları tərəfindən mətbuat nümayəndələrinin iş fəaliyyətlərinin yaxşılaşdırılması üçün büdcədən maliyyə ayrılır.

Ancaq Prezidentin təşəbbüsü ilə irəli sürülən təqdirəlayiq işlər təəssüf ki, öz istiqaməti üzrə icra olunmur. Bir qrup komanda ölkə mətbuatının adı ilə büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi üçün “blokada” yaradıblar. Belə ki, Milli mətbuatımızın 140 illiyi ərəfəsində Gəncə şəhərində yeni Mətbuat evi istifadəyə verilib. Bu münasibətlə 2015-ci ildə Heydər Əliyev Mərkəzində konfrans keçirilib. Tədbirdə Gəncə şəhəri ilə yanaşı Göygöl, Samux, Goranboy, Kəlbəcər, Xocalı, Ağstafa və digər rayonlardan nümayəndələr də iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin baş meydanında ümummili lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra inşasına 2012-ci ildə başlanılan Mətbuat evinin açılışı olub. 460 kv.m. sahədə xüsusi layihə əsasında tikilən bu bina zirzəmi daxil olmaqla 5 mərtəbəlidir. Mətbuat evi müasir informasiya komunnikasiya texnologiyaları və sürətli internetlə təchiz olunub. Burada jurnalistlərin normal fəaliyyət göstərməsi üçün 30-a qədər otaq və 100 nəfərlik konfrans zalı var. Qərb regionunda ilk olan bu mətbuat evində müxtəlif mövzulu konfransların, görüşlərin, təqdimatların keçirilməsi üçün hər cür şərait yaradılıb. Mətbuat evi ilə tanışlıqdan sonra Heydər Əliyev Mərkəzində keçirilən konfransda milli mətbuatımızın inkişaf tarixindən və 1875-1877-ci illərdə nəşr olunan “Əkinçi” qəzetinin rolundan danışılıb.
Konfransda milli mətbuatımızın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, mətbuat işçilərinin peşə bayramlarının keçirilməsi artıq ənənə halını alıb.
Sonda ölkəmizdə jurnalistlərin normal fəaliyyəti üçün kifayət qədər qanunlar və hüquqi bazanın mövcudluğu qeyd olunub, milli-mənəvi dəyərlərimizin qorunmasında mətbuat işçilərinin sanballı tövfələrindən danışılıb. Ancaq sadalananlara baxmayaraq həmin binanın açlışı olduğu gündən bəri heç vaxt media nümayəndələrinin istifadəsində olmayıb. Ümumiyyətlə Qərb bölgəsində fəaliyyət göstərən jurnalistlərin üzünə qapılar hər an bağlı qalıb. Mətbuat üçün nəzərdə tutulan bina yarandığı gündən “KASPİ” təhsil mərkəzinin öhdəliyində olub və bu gün də binada “KASPİ” təhsil mərkəzi yerləşir.
Əlbəttə ki, ölkə başçısının media sahəsində xoşməramlı siyasətinin yürüdülməsi ətrafında aparılan oyunların hansı formatda həyata keçirilməsini Mətbuat Şurasının rəhbərliyi və xüsusi olaraq KİVDF-nin rəhbəri Vüqar Səfərlinin özünəməxsus xəbərdar olmaları heç kimə sir deyil. Bu qurumların milyonlara göz dikmələri ölkədə medianın və siyasi arenanın bərbad hala düşməsinə gətirib çıxarıb. Gəncə çayının sahilində media adı altında tikilən 5 mərtəbəli binanın üzərində həkk olunmuş "KASPİ" təhsil mərkəzinin olması dediklərimizin əyani sübutu kimi qəbul etmək olar. Yaranmış “xaos”un qarşısının alınması istiqamətində heç bir işlərin aparılmaması göz önündə olsa da hər kəs görməməzlikdən gəlir.
Onu da xatırladaq ki, Gəncənin güllələnən keçmiş icra başçısı Elmar Vəliyev Yevlax rayonunda icra başçısı işlədiyi dövürdən Mətbuat Şurasının rəhbələri ilə sıx əlaqədə olub. Belə ki, Elmar Vəliyevin Mingəçevir şəhərindən aldırdığı qızıl saatı Əflatun Amaşovun qoluna bağlaması heç də yaddan çıxmayıb. Onu da qeyd etmək yerinə düşər ki, qrup alında "ötür-ötür" oyunu Gəncə şəhərində daha da geniş miqyasda həyata keçirilib. Və...

GundemXeber.Az
Gəncədə “Mətbuat evi”nin qapıları jurnalistlərin üzünə niyə bağlı qalıb? - FOTOFAKT
Gəncədə “Mətbuat evi”nin qapıları jurnalistlərin üzünə niyə bağlı qalıb? - FOTOFAKT
Gəncədə “Mətbuat evi”nin qapıları jurnalistlərin üzünə niyə bağlı qalıb? - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ