SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ramin Quluzadənin Cəlilabaddakı kadırı sərxoş yaxalandı? ŞOK VİDEO

Ramin Quluzadənin Cəlilabaddakı kadırı sərxoş yaxalandı? ŞOK VİDEO

Tarix:

30-10-2018, 23:19

/ 1 567 dəfə oxundu.
Ramin Quluzadənin Cəlilabaddakı kadırı sərxoş yaxalandı? ŞOK VİDEO

Cəlilabad Telekommunikasiya Qovşağının rəisi Sakit Şirəliyev tədbirlərin birinə sərxoş halda gedib. Rayondan mənbəmizin bildirdiyinə görə, Cəlilabad Olimpiya İdman Kompleksində millət vəkilinin çıxışı zamanı S. Şirəliyev qəflətən yuxulayıb.

Dosye.org-a daxil olan video görüntülərdə açıq-aydın görünür ki, rəis keflidir. Dəqiq araşdırmalardan sonra məlum oldu ki, Cəlilabad Olimpiya İdman Kompleksində tədbir prezident seçkilərinə təsaduf edilir. Restorandan birbaşa tədbirə yollanan S. Şirəliyev təbii ki, içki məclisindən sonra o cür atmosferə düşməməli idi. Ən azından yaşadığı ünvana getməli və istirahət etməli idi. Görünür, Qovşağ rəisi içkili olmağına baxmayaraq möhtəşəm bir tədbirdən imtina etmək belə düşünməyib.

Əslində, Sakit Şirəliyev kamera qarşısında kafasını aşağı salıb yatmağı düşünən deyildi. Lakin spirtli içkinin təsiri istənilən şəxsi istənilən hala gətirib çıxara bilir. Necə ki, Cəlilabad Telekommunikasiya Qovşağının rəisi Sakit Şirəliyevi xumarlandırıb. Təbii ki, Qovşağ rəisinin spirtli içki qəbul edib-etməməsi bizə maraqlı deyil. Sadəcə içki düşkünü olmaq və böyük təşkilata rəhbərlik etmək sözün həqiqi mənasında qəbuledilməzdir. Qeyd etdiyimiz nöqsanları inanırıq ki, S. Şirəliyev nəzərə alacaq.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə tabeçiliyində olan rəislərdən məlumatsızdır. Baxmayaraq ki, dəfələrlə adı hallanan şəxs barəsində tutarlı məlumatlar yayımlamışıq. Əfsüslər olsun ki, S.Şirəliyev ətrafında baş verən olaylar nazirlik tərəfindən araşdırılmır. Video görüntülərdən sonra nazirlik hansı qərarı verəcək? Və Cəlilabad rayon Telekommunikasiya Qovşağının rəisi S.Şirəliyev özünü necə müdafiə edəcək? Bütün bunlar haqqında növbəti yazılarımızda biləcəksiniz...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

Şərhlər

XƏBƏR LENTİ