yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Rəcəb Babaşov yeni vəzifəyə ümid edir... - Amma...

Rəcəb Babaşov yeni vəzifəyə ümid edir... - Amma...
30-10-2018, 13:10 220 dəfə baxılıb

Bir neçə gün əvvəl mediaya açıqlama verərək gileylənən Binəqədinin keçmiş icra başçısı Xaləddin İsgəndərovdan fərqli olaraq, keçmiş Vergilər Naziri Fazil Məmmədovun digər vəzifə başında olan kadrı - Qazaxın icra başçısı Rəcəb Babaşov özünü daha əmin hiss edir və güman edir ki, ona olan etimad limiti hələ tükənməyib. Bu barədə danışan məlumatlı mənbə bildirir.

Qaynağın iddialarına görə, Rəcəb Babaşov hazırda tutduğu vəzifədən - Qazax RİH başçısı postundan yaxın vaxtlarda alınacağını bildiyindən yeni vəifəyə ümid edir. Mənbənin söylədikləri:

"Hazırda boş qalan rayon başçıları postuna da iddialıdır. Eyni zamanda Bakıya da gəlmək istəyir. Daha çox Səbail rayonuna ümidlidir və güman edir ki, eldar Əzizovun "Baksovet"ə təyinatından sonra boş qalan Səbail RİH-ə rəhbər təyin oluna biləcək. Bunun üçün köhnə əlaqələrini də işə salıb".

Mənbə açıqlamasında onu da əlavə edib ki, əslində Babaşov yeni vəzifəyə ümid etməkdənsə, bundan sonrakı aqibətini düşünsə daha yaxşı olar: "Vergilər nazirliyində işlədiyi dövrdə əldə etdiyi milyonların hesabını verməli olacaq. Bu barədə Mikayıl Cabbarov bir neçə dəfə cəhdlər edib. Amma bu da olacaq. Onda Babaşovu kimsə qurtara bilməyəcək".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ