XalqXəbər.Az

Prezident fermerlərə arxa durur, Asif Ağayev isə əksinə... - İTTİHAM

yüklənir...
Prezident fermerlərə arxa durur, Asif Ağayev isə əksinə... - İTTİHAM
30-10-2018, 10:25
yüklənir...

"Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışı zamanı etdiyi çıxışı ilə bütün ölkə fermerlərinə hansı səviyyədə diqqət və qayğı göstərdiyini bir daha nümayiş etdirmiş oldu. Amma görünəni odur ki, Şamaxı rayonunda dövlətin bu siyasəti keçərli deyil". Bu barədə Şamaxıdan olan fermerlər bildirilər. Onların əsas şikayət etdiyi ünvan icr başçısı Asif Ağayevdir.

Xatırladaq ki, dünən dövlət başçısı İlham Əliyev Qaxda olarkən bir daha dövlətin fermerlərin arxasında dayandığını nümayiş etdirməklə yanaşı, həm də fermerlərə mane olan məmurlara da xəbərdarlıq etmiş oldu. Bunu diqqətə gətirən şamaxılı fermerlər bildirirlər ki, onlar təkrar olaraq Asif Ağayevin vəzifədən alınması, Şamaxıda kəndlinin arxasında dayanacaq bir rəhbərin vəzifəyə gətirilməsi üçün dövlət başçısına müraciət ünvanlayıblar.

Prezident İlham Əliyevin dünənki şıxışının bir hissəsini təkrar olaraq diqqətə çatdırırıq: “Əminəm ki, kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, üstəgəl ciddi islahatlar yaxın gələcəkdə çox gözəl nəticələrə gətirib çıxaracaq. Artıq biz nəticələri görürük. Hazırda pambıq yığımı mövsümü gedir və biz böyük məhsul gözləyirik, məhsuldarlıq da artacaq. Taxılçılıqda yaxşı nəticələr var. Biz tərəvəz istehsalı və ixracı ilə bağlı çox böyük işlər görmüşük. Dövlət hər zaman fermerlərin yanındadır. Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən diqqət və dəstək, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir və təqdirəlayiqdir. Təsadüfi deyil ki, biz bu gözəl nəticələri görürük. İnsanların məşğulluğu artır, rifah halı yaxşılaşır, bütün ölkədə böyük infrastruktur layihələri icra edilir. Bu gün açdığım 44 kilometr uzunluğunda kənd yolu 13 yaşayış məntəqəsinin sakinlərinə xidmət göstərəcək. Əvvəlki səfərimdə biz Şəki-Qax avtomobil yolunu açdıq. Bu da bilirsiniz, Şəki ilə Qax arasındakı məsafəni böyük dərəcədə qısaltdı, yeni bir yol salındı. Bu gün mənim göstərişimlə icra edilən Şəki-Balakən-Gürcüstan sərhədi avtomobil yolu da artıq tam hazırdır. Bu infrastruktur layihəsi həm insanlara rahatlıq gətirir, eyni zamanda, kənd təsərrüfatının inkişafına da xidmət göstərir”.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ

yüklənir...
GÜNDƏM
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.Bütün hüquqlar qorunur