SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə »  Şəmkirdə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA

 Şəmkirdə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA

Tarix:

29-10-2018, 17:50

/ 1 685 dəfə oxundu.
 Şəmkirdə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA

Yaxın gülərdə Şəmkirə yeni icra başçısı təyinatı baş tuta bilər. Bu barədə məlumat verən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, hazırda rayona rəhbərlik edən Alimpaşa Məmmədovun yerinə müavinlərindən birinin gətirilməsi gözlənilir.

Xatırladaq ki, Alimpaşa Məmmədov sabiq Vergilər Naziri Fazil Məmmədovun əsas adamlarından biri hesab olunur və hazırda Fazil Məmmədovun Şəmkirdə onlarla biznes obyektləri var ki, məhz bu baxımdan sözügedən rayon keçmiş nazir üçün əlahiddə əhəmiyyətə malikdir.

Mənbənin söylədikləri: "Fazil Məmmədovun səhhətində yaranan problemlər onun çevrəsinə qarşı bəlli hərəkətlənməni müəyyən qədər səngitmiş olsa da, proses yaxın günlərdə start götürəcək və təkcə Alimpaşa Məmmədov yox, keçmiş nazirə yaxın digər fiqurlar da görəvlərindən alınacaq".

Dia.az

Şərhlər

XƏBƏR LENTİ