SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ekologiya idarəsi Şəkiyə köçəndən qiymətlər iki dəfə qalxıb - Muxtar Babayev bölgəyə gəlib gedən kimi yenidən meşələrdə talan başladı... FOTOFAKT

Ekologiya idarəsi Şəkiyə köçəndən qiymətlər iki dəfə qalxıb - Muxtar Babayev bölgəyə gəlib gedən kimi yenidən meşələrdə talan başladı... FOTOFAKT

Tarix:

29-10-2018, 09:33

/ 2 356 dəfə oxundu.
Ekologiya idarəsi Şəkiyə köçəndən qiymətlər iki dəfə qalxıb - Muxtar Babayev bölgəyə gəlib gedən kimi yenidən meşələrdə talan başladı... FOTOFAKT

ETS Naziri Bölgəyə Gəlib Geri Dönən Kimi Ağacların Soyqırımı Yenidən Başlandı?!
Bəlkə Də, Əlikram Qasımov Kəsilən Ağacların Məktəb Və yaxud Bağçalara getdiyini Deyərək, Məsuliyyəti Öz Üzərindən Atmağa Çalışacaq, Lakin Yerli Sakinlərlə Etdiyimiz Fikir Mübadiləsi Onun Əksini Deyir. ETS Naziri Şimal-Qərb Bölgəsindən Geri Qayıdan Kimi Ekologiya Təbii Sərvətlər
Şöbəsi Meşəyə Hücuma keçib, Həm Də, Artırılmış Qiymətlərlə.
Teref.info yazır ki, diaspor info saytının Şimal-Qərb bölgəsi ağacların soyqırımının davam etdiyini sübuta yetirən fotolar çəkib. Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, son bir neçə ayda ETSN –nin “9” saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin və onun pensiyaçı (keçmiş voyenkom) rəhbərinin yarıtmaz fəaliyyətindən tənqidi məqalələr yazırıq. Sözügedən idarənin rəhbəri Əlikram Qasımov bütün yollara əl atır ki, haqq-ədalət carçılarını susdursun. Əvvəlcə iki məsul işçisinə bizim avtoyuma məntəqələrinin şəkillərini də, verib üstümə göndərdi. Onlar da, əvvəlcə hədə-qorxu gəlməyə başladılar, daha sonra isə başladılar ki, bəs sən kasıbın çörəyinə baiskarlıq edirsən.
Biz həmin məsul işçilərə izah etdik ki, avtoyuma məntəqələri kanalizasiya sisteminə qoşulmalıdır. Çünki onların istifadə etdiyi kimyəvi dərmanları çaya axıtmaq olmaz. Zaqatala əhli yaxşı bilir ki, burada çox ciddi su problemi var, yəni içməli sular birbaşa dağlardan gəldiyi üçün, çaylar vasitəsilə bəzi kəndlərə də, ötürülür. Ən azından kənd camaatı mal-qarasını həmin çaylardan suvarır.
Hörmətli oxucular siz deyin, biz bu problemi qabartmaqla kiminsə çörəyinə bais olduq, yoxsa yüzlərlə mal-qaranın zəhərlənməsinin qarşısını alırıq?

Əlikram Qasımov isə Səriştəsizliyini Ört basdır Etmək Üçün Şantaja Əl Atdı.
Hətta baş redaktorun mobil telefonunun nömrəsini avtoyuma məntəqəsinin rəhbərlərinə verərək, onları məcbur etdi ki, zəng vurun yalvar-yapış edin, əks təqdirdə hərənizi 1000 azn cərimə edəcəyəm. Mənim üçün bir şey qaranlıq qaldı, məgər cərimələr hər işə görə fərqli deyil? O vaxtlar hərbi komissarlıqda kimlərisə xəstə çıxarmağın xərci 1000 azn idi. Bu qiyməti Ekologiyayada tətbiq etmək nə dərəcədə düzgündür?
Əli həmişə pula öyrənən keçmiş voyenkom bir şeyi nəzərə almır ki, biz çox şeyin şəklini çəkə bilərik. Məgər bizim çəkdiyimiz şəkillərdən əlavə sizdə heç bir fakt yoxdur? Yoxdursa deməli yaş öz işini görür, əyləşdiyiniz postu cavanlara təhvil verin, baxın görün necə irəliləyiş olur?
Heç olmasa siz yetərincə təqaüd də alırsınız. İmkan verin bu cavanlar da, maaşın nə olduğunu dadsınlar.
Bəli, “ Əlikram Qasımov Səriştəsizliyini Örtbasdır Etmək Üçün Şantaja Əl Atdı.”
Ancaq belə cılız addımlardan qorxub geri dayansaydıq, bizə ədalətli jurnalist deməzdilər. Biz bütün şərəfsizliklərlə dolu şantajları gözləyirik.
Əgər ETS Naziri cənab Muxtar Babayev özü bu işlə məşğul olmayacaqsa, bölgədəki “Pulgir” rəhbərləri dəyişməyəcəksə, deməli hər biri ilə, dolayısı ilə əlbir olduğunu ortaya qoyacaqdır.
Bir neçə gün bundan əvvəl Qax rayonu ilə Şəki rayonları arasında bir yük maşını gedirdi. Arxadan sürətlə sürüb ona çatdıq. Və sürücünü xeyli sorğu-sual etdik. Açıq desək maşının hansı rayondan gəldiyini və hansı meşələrdən kəsildiyini öyrənə bilmədik. Ancaq sürücü tam sərbəst, heç nədən qorxmadan bizimlə açıq danışdı. O dedi ki, bu maşındakı odunları özüm qəsdən qarışdırmışam. İçərisində palıd, göyrüc, qoz , yalanqoz və s. ağaclardan var. Kim saxlasa deyirəm ki, çaylardan yığmışam, vəssalam. Əslində bu sözləri bizə Ekologiya işçiləri də, dediyi üçün tanış sözlər idi. Odur ki, sürücünü xeyli danışdıraraq, bir çox məlumatları aldıq: Qardaş əvvəllər bizi meşə idarəsi işçiləri saxlayardı, biz də ki, beş-on manat hörmətimizi edib, gedərdik əppəyimizi qazanmağa. Bu gün isə qaydalar dəyişib. Deyirlər ki, yeni ETS nazir təyin olunub. Ağac kəsənlərə qarşıdır. Odur ki, artıq bizi meşə idarəsi işçiləri deyil, ekologiya işçiləri saxlayır. Ancaq daha beş-on manatla canımızı qurtara bilmirik. Baxın əvvəllər bu maşını biz 150 azn verirdiksə, indi bunun qiyməti 300 azn dir.
Ekologiya idarəsi Şəkiyə köçəndən isə vəziyyət tamamilə dəyişib, yəni qiymətlər iki dəfə qalxıb.
Biz sürücünün adını da soruşduq, o da gülə-gülə dedi ki, Elxandır adım, hə noolsun? Onsuzda adımı düz demirəm, çünki sizi tanımıram. Bir şeyi bilin hər hansı kiçik bir dəyişiklik biz kasıbların başında çatlayır. Sizə nə varki, qalstuklu, inamarkalı kişilərsiniz. Təkcə Ekologiya idarəsi Şəkiyə köçdükdən sonra ağac kəsmənin qiyməti iki dəfə qalxdı.
Nazir bölgəyə gəlib qayıdan kimi qiymətlər daha da, qalxdı.
Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, hazırda Şəki şəhərində meşə işçiləri ağac kəsdiyi üçün prokurorluğa çağrılıb izahatları alınır. Yaxşı bəs onda Ekologiya işçiləri niyə prokurorluğa çağrılmır? Demək ki, qanun kasıblar üçündür?!
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Əlmaniz Ələkbərli.

Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.

Teref.az
Ekologiya idarəsi Şəkiyə köçəndən qiymətlər iki dəfə qalxıb - Muxtar Babayev bölgəyə gəlib gedən kimi yenidən meşələrdə talan başladı... FOTOFAKT
Ekologiya idarəsi Şəkiyə köçəndən qiymətlər iki dəfə qalxıb - Muxtar Babayev bölgəyə gəlib gedən kimi yenidən meşələrdə talan başladı... FOTOFAKT
Ekologiya idarəsi Şəkiyə köçəndən qiymətlər iki dəfə qalxıb - Muxtar Babayev bölgəyə gəlib gedən kimi yenidən meşələrdə talan başladı... FOTOFAKT
Ekologiya idarəsi Şəkiyə köçəndən qiymətlər iki dəfə qalxıb - Muxtar Babayev bölgəyə gəlib gedən kimi yenidən meşələrdə talan başladı... FOTOFAKT
Ekologiya idarəsi Şəkiyə köçəndən qiymətlər iki dəfə qalxıb - Muxtar Babayev bölgəyə gəlib gedən kimi yenidən meşələrdə talan başladı... FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ