SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Kredit götürüb, rüşvət verməyə hazıram..." - Çarəsiz qalan Şəki sakini

"Kredit götürüb, rüşvət verməyə hazıram..." - Çarəsiz qalan Şəki sakini

Tarix:

26-10-2018, 09:27

/ 1 473 dəfə oxundu.
"Kredit götürüb, rüşvət verməyə hazıram..." - Çarəsiz qalan Şəki sakini

Şəki rayon Baş Göynük kənd sakini Məmmədov Ülkər İsmayıl oğlu prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:

"Mənim şəxsi evimizə hər təsərrüfata və ailəyə görə qaz sayğacının qoyulması ilə bağlı 7 fevral tarixli müraciətimdən dərhal sonra məni Şəki Qaz İstismarı İdarəsi müdiri öz kabinetinə dəvət edib bildirdi ki, "gərək, şikayət etməzdən əvvəl bizə məlumat verəydin". Dedim ki, "axı sizin işçilərinizlə dəfələrlə bu barədə söhbət etmiş, kənd icra nümayəndəliyindən arayış da alıb vermişdim. Kəndə qayıtdıqdan sabahı gün yenə qaz idarəsinin texniki işçiləri evimizə gəlib bildirdilər ki, bu çox çətin işdir. Hara müraciət etsəniz də qaz sayğacı qoya bilmərik".

Cənab Prezident, mən Şəki Qaz istismarı İdarəsi işçilərinin hansı əsasla mənə belə cavab verməsinin səbəbini bilməsəm də, onu dəqiq bilirəm ki, mən sadə kənd adamıyam. Qazancım da gündəlik çörəyə güclə yetir. Energetika nazirindən, cənab Rövnəq Abdullayevdən və Əkbər müəllimdən sayğac məsləsinə köməklik etmələri barədə birinci ərizəmə belə məsuliyyətsiz yanaşmalarına görə bu dəfə Sizə müraciət etmək zorunda qaldım.

Xahişimiz budur ki, qoca anamla birlikdə ayrıca yaşayan qardaşım Mehrəli Məmmədova bir qaz sayğacı, mənim də ayrı yaşayan ailəmə ayrıca qaz sayğacının quraşdırılmasına köməklik göstərəsiniz.

Cənab prezident! Sizə tam məsuliyyətimlə bildirmək istəyirəm ki, bizim yaşadığımız Baş Göynük kəndində bir çox evlərdə birlikdə yaşayan qardaşların hər birinə Şəki Qaz İstismarı İdarəsi ayrı-ayrılıqda qaz sayğacı quraşdırıb. Və təbii ki, pulunu da alıb mənimsəyiblər. Belələri 40-45 evdir. Amma mən də eyni qayda ilə müraciət edəndə əvvəlcə soruşurlar ki, nə işlə məşğulsan. Biləndə ki, hansısa fermerin mal-qarasına çobanlıq edib birtəhər çörək qazanıram. O zaman "Qaz qanunları" dərhal mənə və qardaşıma tətbiq olunur. Heç narahat olmasınlar biz onların istədiyi rüşvəti kreditlə ödəməyə hazırıq. Təki bizim işimiz düzəlsin. Bizi bezdirməsinlər".

Şikayətçinin dia.az-a daxil olan müraciətində daha sonra deyilir: "Artıq 7 aydır ki, sayğacla bağlı yuxarı orqanlara müraciətlər etsəm də, Şəki Qaz İstismar İdarəsi "Dədədmi də öldürsən, qaz sayğacı quraşdıran deyiləm" deyib durur. Heç kimi də vecinə almır. Belə vicdansız yanaşmadan heç xoşum gəlmir. Bizim tərəfdə ata-babalarımız həmişə deyərdi ki, pulu kişi kimi qazanarlar. Amma görünür, "qaz məmurları" pullarını almayınca bizə qaz sayğacı qoyan deyillər".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ