SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xızıya yeni başçı göndəriləcək - İDDİA

Xızıya yeni başçı göndəriləcək - İDDİA

Tarix:

25-10-2018, 10:51

/ 3 249 dəfə oxundu.
Xızıya yeni başçı göndəriləcək - İDDİA

Xızı rayon İcra Hakimiyyətinin başçısı postunda dəyişiklik gözlənilir. Bu barədə rayondakı mənbələr xəbər verib.

Məlumatı verən qaynaq iddia edir ki, bir neçə gün əvvəl görülən işlərin 9 aylıq hesabatını verən Xızı RİH başçısı Xəzər Aslanov indi də yır-yığışa başlayıb.

Mənbənin söylədikləri: "Ola bilsin ki, Xəzər Aslanov başqa bir rayona təyinat alsın. Çünki arxayın davranışlarından belə bir təəssürat yaranır. Onun Xızı RİH başçısı postundan gedişinə gəlincə isə, artıq bu məsələ həll olunmuş kimidir".

Qeyd edək ki, Aslanov Xəzər Qəşəm oğlu, 06 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 04.09.1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlamış və 16.02.1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. 16.02.1988-ci ildən 31.10.1988-ci ilədək Bakı şəhər Məhkəməsində katib işləmiş, 13.11.1988-ci ildən 30.11.1990-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
25.12.1990-cı ildən 14.02.1992-ci ilədək “İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 14.02.1992-03.08.1992-ci illərdə “Fədai” kooperativinin sədri, 03.08.1992-ci ildən 31.01.1994-cü ilədək “Aslan R.Q” k/m-da kommersiya direktoru, 01.02.1994-cü il tarixdən 22.11.1994-cü ilədək “ER-COMPANY LTD”-də mütəxəssis, 30.11.1994-cü ildən 17.04.2002-ci ilədək Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 25.07.2002-ci ildən 21.01.2003-cü ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 13.08.2003-ci ildən 07.06.2005-ci ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 05.06.2005-ci ildən 17.04.2006-cı ilədək Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 17.04.2006-cı ildən 10.10.2006-cı ilədək Xanlar rayon İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində, 10.10.2006-cı ildən isə 10.04.2012-ci ilədək Yardımlı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2138 saylı Sərəncamı ilə Xızı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilmişdir. Evlidir, iki övladı var.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ