SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN iDARƏ RƏİSİNDƏN ÖZBAŞINALIQ - Goranboylu fermer Prezidente müraciət etdi - Video

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN iDARƏ RƏİSİNDƏN ÖZBAŞINALIQ - Goranboylu fermer Prezidente müraciət etdi - Video

Tarix:

24-10-2018, 11:31

/ 1 712 dəfə oxundu.
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN iDARƏ RƏİSİNDƏN ÖZBAŞINALIQ - Goranboylu fermer Prezidente müraciət etdi - Video

Sübhan Alıyev : "Goranboyda İdarə rəisinə"Dur" deyən tapılmır"

Məmur özbaşınalığından təngə gələn Goranboy rayonun Faxralı kənd sakini Aliyev Sübhan Fidayıl oğlu ölkə başçısı İlham Əliyev və 1-ci vitse prezident Mehriban xanım Əliyevə minlərlə teleqram və ərizələr ünvanladığını bildirsədə yerlərdə məmurlar onun problemlərini həll etmirlər.Bu haqqda "XİA.AZ"a Goranboylu fermer öz video müsahibısində bildirir.Goranboylu fermer ali təhsilli, öz 13 nəfər ailə üzvüləri ilə illərdir ki,heyvandarliqla məşğul olduğunu bildirir.Goranboy sakini özünə məxsus olan qoyunlarını Goranboy rayonun Dəyirmanlar bələdiyyəsinin örüş otlaq sahəsində 3 ildir saxladığını bildirir.Bu şəxslərə vəzifəsindən sui-istifadə edərək Goranboy rayonun Torpaq Şöbəsinin sabiq müdüri hal-hazırda Goranboy rayonun kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Əhmədov tərəfindən hədə-qorxu gəlinir.Söhbət idarə rəisinin həmin torpağı zor-xoş ələ keçirib öz qoyun sürülərini orada saxlatmaqdan gedir.Femer bildirir ki, qardaşı Alıyev Məhərrəm ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə aktiv iştirak etmiş keçmiş 1-ci Qarabağ müharibəsi veteranı olmasına qiymət vermiyən idarə rəisi onu təhqir edir.Bildirir ki, mənim üçün "Qarabağ" veteranı zadı maraqlı deyil. Əgər siz bu torpaq sahəsini tərk etməsəniz başınıza min bir müsibət gətirəcəm. Kənd Təsərrüfatı Nazirliyinin İdarə rəsi Ziyad Əhmədov Dəyirmanlar Bələdiyyəsinin sədri Sədi Hüseyinovada təzyiq edərək Sübhan Alıyevə örüş otlaq sahəsindən istifadəyə görə müqavilə bağlanılmasına maneçilik törədir. Ziyad əhmədov Goranboy rayonun digər kəndi Faxralı bələdiyyəsinin sədri Vəliyeva Sevda ilə əlbir olaraq Goranboy rayonun da sabiq torpaq şöbəsinin müdüri işlədiyi vaxt kəndin "Məhiyəddin" meşəsini kəsdirib dəyirman tikdirməklə yanaşı həmdə kəndin İcra nümayəndəliyinin ərazisini qeyri-qanuni olaraq vətəndaşlara həyatyanı sahə kimi satmışdırlar.İdarə rəisinin başqa bir özbaşınalığı da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan "Kor Çay" dövlət qoruğu ərazisində saxlanılan minlərlə "Ceyran"a qənim kəsilməsidir..Beləki, ətraf rayonlardan digər şəxslərə məxsus olan qoyun sürülərini gətizdirib qadağan olunmuş Dövlət Qoruğu ərazisində ərazidə saxlatdırmasıdır. Goranboyda idarə rəisinin özbaşınalığı davam etməkdədir. Bu məsələ ilə bağlı dəfələrlə ən yüksək postlarda oturan vəzifəli şəxslərə müraciət edilməsinə baxmayaraq yerlərdə şikayətçinin problemini həll etməyiblər.Özünü Goranboyun kəndlərində oliqarx kimi aparan Ziyad Əhmədovun barəsində ölçü kötürmədikcə onun azğınlaşmaq radiusu genişlənir. Goranboy sakini Sübhan Alıyev minlərlə teleqramı və ərizələrimə bir dəfədə olsun reaksiya verilməyib.Hər dəfə şikayət etdikcə Ziyad Əhmədov mənə qarşı hədə-qorxusu dahda güclənib. Sonda Goranboy sakini ölkə başçısı İlham Əliyev və 1-ci Vitse Prezident Mehriban xanım Əliyevadan onlarıa qarşı vəzifə səlahiyyətlərini aşıb-daşan Ziyad Əhmədov barəsində ölçü götürülməsinə göstəriş verilməsini xahiş edirlər.

Şərhlər

XƏBƏR LENTİ