XalqXəbər.Az

Altıağacın meşə fondunu dağıdan mədəniyyət rəisini kim qoruyur? –Şok faktlar...

yüklənir...
Altıağacın meşə fondunu dağıdan mədəniyyət rəisini kim qoruyur? –Şok faktlar...
22-10-2018, 10:48
yüklənir...

Xızıda yerləşən Altıağac Milli Parkının məhv edilməsi, meşə fondunun ayrı-ayrı şəxslərə pay-püş olunması, qanunsuz satışı davam etməkdədir

Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazisinin İnkişafı Departamenti müraciət əsasında ərazidə baxış keçirib.

Departamentinin direktoru Hikmət Əlizadə tərəfindən dosye.org-a daxil olan məktubda Altıağac Milli Parkının bir hissəsinin satılması faktının araşdırıldığı vurğulanıb. Departament rəisi təsdiqləyib ki, Xızı bələdiyyəsi tərəfindən 2005-ci ildə satılan, 2008-ci ildə Əmlak Komitəsi tərəfindən müvafiq çıxarışla təmin edilən Sumqayıt sakini Məmmədov Sahib Məmməd oğluna məxsus hasarlanmış 0,8 ha torpaq sahəsinin 0,028 hektarının Altıağac Milli Parkının ərazisinə aid olduğu müəyyən edilib.

H.Əlizadə məktubunda yazıb ki, qanunsuz olaraq hasara alınan Milli Parka məxsus 0.028 ha sahəboşaldılıb, əvvəlki vəziyyətinə qaytarılıb, ərazidəki hasar S.Məmmədov tərəfindən sökülərək təhvil verilib.

Lakin məlum olur ki, bununla iş bitmir. Altıağac Milli Parkının əsas hissəsi satılıb və hündürmərtəbəli evlərtikilib. Bu qanunsuz işlərə isə Xızının keçmiş bələdiyyə sədri, indi rayonun mədəniyyət şöbəsinin müdiri Mövsüm Bağırov imza atıb.

Hətta onun kirvəsinə satdığı torpaq sahəsinin olduğu üzə çıxıb. Bələdiyyə sədri işlədiyi dövrdə M.Bağırov yaxınlarına, qohumlarına Altıağac Milli Parkınınərazisindən sataraq böyük gəlir əldə edib, varlanıb.

Amma nədənsə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin İnkişafı Departamenti M.Bağırovdan ya çəkinir, ya da qarşılıqlı anlaşma şəraitində əməllərinə göz yumub. Dosye.org onu da yazıb ki, 4 saylı Ərazi Ekologiya İdarəsinin əməkdaşları Xızıda qarşı tərəflə ortaq məxrəcə gəlib.

Əslində, Altıağac Milli Parkı boşaldılarsa, M.Bağırov aldığı pulları geri qaytarmalı olacaq. Bu faktları yazmasından sonra M.Bağırov saytı təhdid edib, onları milçək vızıltısı adlandırıb.

M.Bağırovun adı ilk dəfə özbaşınalıqlarda hallanmır. Bir müddət əvvəl dosye.org yazmışdı ki, Mövsüm Bağırov Zülfüqarlı qardaşları ilə əlbir olaraq vətəndaş Xəqani Məmmədovu ölümlə hədələyirlər.

M.Bağırov, hazırkı bələdiyyə sədri Xaliq Qasımov və Zülfüqarlı qardaşları məsələni vətəndaşın həyatına sui-qəsd etməkdə görürlər. Xızı bələdiyyəsinin sədri Xaliq Qasımov və Mədəniyyət şöbəsinin müdiri Mövsüm Bağırov küllü miqdarda rüşvət alaraq Altıağac Milli Parkını Zülfüqarlı qardaşlarına satıb.

Bunlar azmış kimi, vətəndaş Xəqani Məmmədovdan 10.000(min)manat alaraq ona verilən torpağa çıxarış verəcəklərini söyləyən hər iki şəxs sonda vədlərinə əməl etməyiblər.

M.Bağırov vəzifə səlahiyyətindən sui istifadə edərək vətəndaşların mülkiyyətində olan torpaq sahələrini imkanlı şəxslərə verir. Rayon sakinləri iddia edirlər ki, hazırda Xızı rayon Mərkəzi Parkı deyilən ərazi qalmayıb. Bələdiyyə sədri X.Qasımovun bu işdə “ağsaqqalı” Mövsüm müəllimdir.

Onun xeyir-duasından sonra danışıqlar başlayır. Hətta qeyri-qanuni yolla kommunikasiya xətlərin keçən əraziləridə bir qrup şəxslərə satılıb.

Dosye.org yazmışdı ki, M.Bağırovun hüquq-mühafizə orqanlarında güvəndiyi şəxslər var.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Cahan.info

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.