yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Hacıqabulda işsiz qalan iki uşaq atası Sahil Babayevə yazdı: “Çarəsizəm...”

Hacıqabulda işsiz qalan iki uşaq atası Sahil Babayevə yazdı: “Çarəsizəm...”
22-10-2018, 10:37 132 dəfə baxılıb

Hacıqabulun Rəncbər kənd sakini Seymur Abdullayev Firudin oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə saytımıza vasitəsi ilə müraciət edib.

Cahan.info-ya göndərdiyi məktubda anasının himayəsində olduğunu qeyd edən S.Abdullayevin sözlərinə görə, ailəlidir, iki övladı var.

O, 2006-cı ildə “SAF” şirə zavodunda işləyib, müəssisə fəaliyyətini dayandırdıqdan sonra 2013-cü ildə gəmiqayırma sahəsində “Olif” şirkətində fəhləliyə başlayıb.

2015-ci ildən isə “Asfen” firmasında çalışıb. 2016-cı ildə şirkətdə iş qurtarıb və vətəndaş işsiz qalıb. S.Abdullayev saytımıza vasitəsi ilə S.Babayevdən köməklik göstərməsini istəyir. İki uşaq atası işsizlik probleminə görə nazirin yerli Məşğulluq İdarəsinə tapşırıq verməsini istəyir:

“Mən iki ildir ki, çarəsiz vəziyyətdəyəm. Anamın himayəsində onun aldığı pensiya ilə dolanmaq çox çətindir. Hacıqabulda mənə bir iş verilməsini, məşğulluq mərkəzin tərəfindən iş tapılana qədər müavinət ayrılmasını xahiş edirəm.

İki uşaq saxlamağın nə demək olduğunu bilirsiniz. Cənab nazir, sizə inanıram ki, kömək edəcəksiniz. Mən nə vaxta qədər iki uşağımla anamın himayəsində olmalıyam?”

Hacıqabul sakini fəhləlik etməyə hazır olduğunu bildirib: “Mən Hacıqabul icra hakimiyyətindən də kömək gözləyirəm. Rayonda açılan obyektlərdə işləməyə hazıram. Bizim bu ölkədə yaşamağa haqqımız yoxdurmu?

Deyirlər ki, Azərbaycanda iş yerləri açılır, işsizlik azalır. Onda Sahil Babayevdən, yerli Məşğulluq Mərkəzindən xahiş edirəm ki, həmin iş yerlərinə birinə təyinatımı versinlər”.

Hacıqabul rayon İcra Hakimiyyətində qəbul günləri gələn şikayətçiləri binanın əsas girişindən deyil, arxa qapısından qəbul edirlər.

ki, digər rayonlardan fərqli olaraq yetərli qədər sosial və iqtisadi problemləri olan Hacıqabulda həmişə şikayətçilərin sayı çox olub. İcra Hakimiyyətinin qarşısına narazıların yığışması da icra başçısının narahatlığına səbəb olmuşdu. Əhməd Muxtarovun belə bir təlimat verməsinin səbəbi onun şikayətçilərin çox olmasından narahat olmasıdır.

Belə ki, Hacıqabulun icra başçısı ehtiyat edir ki, çoxlu sayda şikayətçilərin olması onun haqqında yuxarıda mənfi rəy yaradar. Üstəlik, o, ehtiyat edir ki, hansısa jurnalist bu qədər şikayətçinin bir araya gəldiyini fotolentə alar və ardından da ictimailəşdirər. Bu isə onun yuxarılarda gözdən düşməsi ilə yanaşı, həm də işdən çıxarılmasına belə səbəb ola bilər.

Məlumatda o da deyilir ki, Əhməd Muxtarov rayonda üzləşdikləri problemlərdən dolayı şikayətçi düşmüş vətəndaşların məsələlərini həll etmək yerinə, onlara təzyiqlər etdirməyə daha çox üstünlük verir. İcra başçısının bu yolla şikayət edənlərinin sayını azaldacağını düşünür ki, bunun da əks təsirlərinin olacağı istisna deyil.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ