yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

SABİRABADDA YOL POLİSİ ƏMƏKDAŞLARI SÜRÜCÜNÜ “DİVARA DİRƏYİB” 20 MANATINI NECƏ ƏLƏ KEÇİRİRLƏR?

SABİRABADDA YOL POLİSİ ƏMƏKDAŞLARI SÜRÜCÜNÜ “DİVARA DİRƏYİB” 20 MANATINI NECƏ ƏLƏ KEÇİRİRLƏR?
18-10-2018, 00:19 451 dəfə baxılıb

Bu da bir faktdır ki, yol polisi əməkdaşları ilə ayrı-ayrı sürücülər arasında əmələ gələn problemlər bəzən elə hallar olub ki, qarşılıqlı ictimai müzakirələrə çıxarılıb. Hətta, elə hallar da olub ki, tərəflər arasında yaşanan qarşıdurmalar “pik nöqtə”yə çatıb və baş verənlərlə bağlı məhkəmə qərarları da çıxarılıb. Düzdür, əksər hallarda xoşagəlməz amillər sərxoş sürücülərin, avtoşluq edən şəxslərin, yol-hərəkəti qaydalarını pozanların günahları ucbatından baş verib. Elə hallar da olub ki, yol polisi əməkdaşlarının qol qoyduqları qanunsuzluqlar nəticəsində olmazın oyunlar baş verib və tərəflər arasında xoşagəlməz amillər də yaşanıb. Məsələn, bir neçə gün bundan öncə XEZERPRESS.az saytının redaksiyasına Sabirabad rayonu, Kürkənd kənd sakini Məmmədov Vasif Valeh oğlu Məmmədov adlı şəxs tərəfindən şikayət ərizəsi daxil olub ki, o, yazmış olduğu ərizəsində Sabirabad Yol Polisi şöbəsinin əməkdaşlarını qol qoyduqları qanunsuz əməllərə görə “topa tutur” və qeyd edir ki, mənə məxsus 10-VX-509 nömrə nişanlı avtomobilimi 03 oktyabr 2018-ci il tarixdə yol polisi əməkdaşları rayonun Qaratəpə kəndi ərazisində hərəkətdə olarkən saxlayıb sənədlərimi tələb etdilər. Mən sənədlərimi onlara təqdim etdim, o halda yol polisi əməkdaşlarından biri məni, YP-ə məxsus avtomobildə ətləşmiş kapitan rütbəli zabitin yanına göndərdi. O halda ona bildirdim ki, əgər hərhansı cəzam varsa yazın və ünvanım üzrə göndərin. Belə bir təklifimin qarşılığında həmin zabit mənə hədə-qorxu gəldi və “kameraya düşmüsən” deyə mənə cavab verdi. Mən yenə ona cəriməmi qeydiyyatda olduğum ünvana göndərin desəm də, “40 manat ver məsələni öz aramızda həll edək” cavabını eşitməli oldum. Belə bir cavabın qarşılığında onlara bildirdim ki, istədiyiniz pul üstümdə yoxdur, özüm də xəstəxanaya xəstə yanına gedirəm desəm də, yol polisi əməkdaşları israrından dönmədilər. “Bəs cibində nəyin var dedikdə?” vurtut 20 manatım var cavabını verdim və məcbur olub həmin pulu da yol polisi əməkdaşlarına verdim. Mən indi gedə bilərəmmi deyə onlara sual etdikdə, hər iki yol polisi əməkdaşı “uje kameradan çəkilişini silmişik” deyə cavab verdilər. Belə bir cavabı verən yol polisi əməkdaşından döş nişanının nömrəsini soruşduqda o, “get işinlə məşğul ol” cavabını eşitməli oldum. Ona görə də, üz-üzə qaldığım belə bir problemin KİV–də ictimailəşdirilməsinə qərar verdim. İnanıram ki, cənab Ramiz Zeynalov Sabirabad yol polisi əməkdaşlarının bu cür qanunsuz və etikadan kənar addımlarının araşdırılması yöndə müvafiq tapşırıqlarını verəcək”.

Baş verən olaylar, yəni Sabirabadda yol polisi əməkdaşlarının xəstə yanına gedən Vasif Məmmədovu “divara dirəməklə” 20 manat pulunu almaları onu sübut edir ki, bu cür addımlar həm ciddi qanuun pozuntusudur, həm də etikadan, insanlıqdan kənar addımlardır. Mövzu diqqətimizdədir.

Araşdırmamız davam edəcək.

XEZERPRESS.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ