yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Meşəbəyi meşə gözləyir yoxsa meşələri məhf edir? - Ekologiyanı məhv edənlər

Meşəbəyi meşə gözləyir yoxsa meşələri məhf edir? - Ekologiyanı məhv edənlər
18-10-2018, 00:12 371 dəfə baxılıb

, Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyindən gizlin olaraq meşəbəyi və onun meşə gözətçiləri ərazilərində qanunsuzluqlara yol verirlər. Belə ki, meşə bəyi və meşə gözətçiləri meşə ərazisində yataqlar tikilməsinin qarşısını almayıb. Meşə gözətçiləri Şöhrəddin və Çapay qardaşları meşə ərazilərində qanunsuz yollarla mal-qoyun saxlamaq üçün yataq salıblar. Əldə etdiyimiz məlumata əsasən meşə gözətçisi Şöhrəddinə məxsus 500 xırda , 300 iri buynuzlu heyvan meşə ərazisində saxlanılır və həmin ərazidə otlayır. Meşə gözətçisi "vəızifəsindən" istifadə edərək meşəni otlaq sahəyə çeviriblər. Meşədə bu qədər özbaşınalıqları olmasını isə hamıdan gizlətməyə çalışırlar.

Xəbər verdiyimiz kimi bundan başqa meşə gözətçisi Çapayında 100 inək və 500 qoyunuda həmin ərazidə saxlanılır. Deyilənə görə bunlar ikisidə qardaşdır və meşə gözətçiləridir. Hətda ərazidə yeraltı və yerüstü damlar tikiliblər. Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçisi meşə gözətçisi Hakimə məxsus 100 qoyun 70 inəkdə meşə ərazisində saxlanılır. Bunlar birləşərək meşə ərazisinə qənim kəsliliblər.

Elşən Musayev meşə ərazisinin 18 hektardan çox hissəsinidə kəntdə yaşayan sakinlərə arendaya verib ki, bostan əksinlər. Elə Elşən Musyevin Mingəçevir gölünün qırağlnda min başa qədər qoyun və 100 dən çox inək saxlamaqla meşə ərazisinə ziyan vurur.

XİA.az ötən yazılarda məlumat vermişdi ki, meşəbəyi Novruzun 2 hektar meşə sahəsini qırması ilə bağlı bizə təqdim olan fotolarıda oxucuların diqqətinə çatdıracaq. Yuxarıda şəkildə gördüyünüz ərazi əvvəllər meşə sahəsi olub. Novruzun göstərişi ilə həmin ərazilər Seyid ləqəbli Əsəd adlı şəxsə satılıb. Həmin ərazi tamamən qırılıb yox olub.

Şəlikdə gördüyünüz QAZ31029 markalı 20BR610 dövlət nömrə nişanlı avtomaşın isə Samux rayonu Gövhər (Luksenburuq) kənd sakini Əhmədov Niyaməddin Zülqədər oğluna məıxsusdur.

QEYD: Yuxarıda qeyd etdiklərim qanunsuzluqlarin bir qismidir. Digər baş verən qanunsuzluqlarla bağlı ərtaflı məlumat verəcəyik.

P.S. Yazmaq bizdən tədbir görmək Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyindən. Novruzun qanunsuz əməlləri, Şöhrəddin və Çapay qardaşlarının özbaşınalıqları, bu və digər məlumatları bizdə oxuyacaqsınız. Növbəti yazımızda bunlar daha ətraflı məlumat verəcəyik. Ərazidə meşə qırıntıları zamanı çəkilmiş fotolarıda hər yazımızda sizlərin diqqətinə çatdıracağıq.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Xia.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ