SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "San-Marino təcrübəsi” Mingəçevir Turizm Kollecində necə davam etdirilir

"San-Marino təcrübəsi” Mingəçevir Turizm Kollecində necə davam etdirilir

Tarix:

17-10-2018, 21:30

/ 3 841 dəfə oxundu.
"San-Marino təcrübəsi” Mingəçevir Turizm Kollecində necə davam etdirilir

Hüqo deyir ki, xalqı öyrətmək onun durumunu yaxşılaşdırmaqdır, maarifləndirmək onun mənəviyyatını yüksəltməkdir, onu savadlı etməksə xalqı sivilləşdirməkdir.

Son zamanlar Təhsil Nazirliyinin "bostanına" tez-tez daş atırlar. Görünən odur ki, hər dəfə də atılan bu daşlar daha çox və daha ağır olur. Amma niyə? Doğrudanmı, hər şey bu qədər pisdir və hər il böhran bizim təhsilimizə daha çox təsir edir?

Korrupsiyalaşmış təhsil

İctimai nəqliyyatda tələbələrin belə bir müzakirəsinə şahid oldum. Onlar Azərbaycan təhsilinin nə qədər korrupsiyalaşdığını, daha çox bazar təhsilini xatırlatdığını, burada hər şeyin pulla həll olunduğunu deyirdilər.
Əgər mən özüm belə danışıqları ilk dəfə eşitsəydim, onda ola bilər ki, inanmazdım. Amma bu mövzunun dəfələrlə müzakirə edilməsi, məhz köhnə sınanmış üsulun köməyi ilə imtahanların verilməsi, artıq Bakıda təhsil alan tələbələrinin böyük əksəriyyətində vərdişə keçib, burada hər sessiya zamanı bəzi dekanlar və müəllimlər yaxşıca "qaynaq edilirlər". Onlardan bəziləri məhsuldar sessiyadan sonra hətta maşın və mənzil də alırlar.

Paytaxt tələbələrinin çoxusu təhsilin mahiyyətini, əhəmiyyətini və dəyərini dərk etmirlər. Onların davranışı da bunu sübut edir. Onların bir çoxunun ödənişli fakültələrdə oxuması azmış kimi, valideynlərini borca da salırlar və onları pul tapmağa məcbur edirlər. Bundan başqa, bilik almağa çalışmırlar, dərsləri buraxırlar və yalnız pul üçün imtahan verirlər. Onda məntiq hardadır, cənablar? Başları tank kimi boş olur. Bəs bu, kimisə narahat edirmi? Təəssüf ki, bu gün bu daha çox ritorik suala bənzəyir.

Bax, hazırda ölkədə turizm üzrə mütəxəssislərə çox ehtiyac var. Nədənki bu sahə son illərdə prioritet sayılır və ölkəyə gələn qonaqların sayı ilbəil artır. Etiraf etmək lazımdır ki, bu gün dünyada, xüsusilə də Türkiyə, Suriya kimi ölkələri əhatə edən Yaxın Şərq regionunda cərəyan edən məlum hadisələr, dolayısı ilə Azərbaycanda turizmin inkişafını sürətləndirən amil kimi çıxış etmiş oldu. Digər tərəfdən isə, hətta bu amil nəzərə alınmadan belə, ölkəmizdə beynəlxalq turizmin inkişafı daim dövlətin diqqət mərkəzində saxladığı əsas sahələrdən biridir.

Ancaq turizm sənayesində xidmətin hansı səviyyədə olması hamımıza bəllidir. Bahalıq, turistləri hər addımda aldatmaq və sair. Səviyyə sıfır. Bəs kadrlar niyə yoxdur.

Mozalan.az bildirir ki, bas elə problem kadrları hazırlayan təhsil ocağındadır.


Böyük “təcrübə”


Bütün bunlar nəzərə alınmaqla, da turizm sahəsində çalışacaq ixtisaslı kadrların yetişdirilməsi məsələsi vacib əhəmiyyətə malikdir. Lakin təəssüflə qeyd olunmalıdır ki, həmin kadrları yetişdirməli olan bir çox tədris müəssisələri bu gün qarşıya qoyulan tələblərə heç də cavab vermirlər. O cümlədən, Mingəçevir Turizm Kollecində baş verənlər barədə redaksiyamıza təqdim olunan açıqlamalarda da bu iddia bir daha öz təsdiqini tapır.

Bu kollecin rektoru Əyyub Əyyubovdur.

Bəli-bəli, bir zamanlar qalmaqallı və Azərbaycanda saxta diplom paylayan universitetlərin ilk ünvanı olan «San-Marino» universitetinin keçmiş rektoru Əyyub müəllimdir. Qeyd edək ki, Əyyub müəllimin saxta diplom və tələbələrdən pul toplamaq sayəsində böyük təcrübəsi olmasını, bu proffessor haqqında eşidən hər kəsin məlumatı var. Ən azıdan aran Qarabağ camaatı bu professoru yaxşı tanıyırlar. Çünki bir zamanlar qapısında iki inəyi olan hər bir Qarabağ insanı Əyyub müəllimdən saxta diplom çalışıb. Kiminsə bəxti gətirib və saxta diplomunu ala bilib. Kiminsə isə bəxti gətirməyib. Yəni «it də gedib, ip də gedib».

Hazırda Mingəçevir Turizm Kollecində səkkiz ixtisas üzrə 1800 tələbə təhsil alır və onların tədrisi ilə 160 nəfərə yaxın professor-müəllim heyəti məşğul olur. Dosye: Kollecin direktoru Əyyub Əyyubov, 1956-cı ildə, işğal altında olan Ağdam rayonunun İlxıcı kəndində anadan olub. O, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının 38 saylı ərazi təşkilatının sədridir. 2003-cü il aprel ayının 13-də Nazirlər Kabinetinin qərarı ilə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsi yaradıldı və şöbənin müdiri vəzifəsinə Əyyub Əyyubov təyin edildi. 2006-cı ilə qədər şöbənin fəaliyyəti davam etdirilmiş, 2006-cı ildə «Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətini dayandıraraq ləğv edildi və müstəqil Mingəçevir Turizm Kolleci yardıldı.


Savadlı kadrı kim hazırlayacaq?


Yarandığı gündən Mingəçevir Turizm Kollecində korrupsiya elə bir «yuva» salıb ki, onu heç «buldozerlə» uçurmaq mümkün deyil. Əyyub Əyyubovun korrupsiya mexanizmi, mərkəzləşdirilmiş qaydada işləyir. O, bu təhsil müəssisəsini «ailə şirkətinə» çevirib.

Xanım Məmmədova 1955-ci ildə Ağdam rayonunun İlxıçı kəndində anadan olub. O, Əyyub müəllimin həyat yoldaşıdır və Mingəçevir Turizm Kollecində «Dillər» fənn birliyinin sədri işləyir. Buradakı karyerasına, həyat yoldaşı ilə birlikdə 2003-cü ildən başlayıb. Əyyub Əyyubov kollecdə islahatlar adı altında, rüşvətin mərkəzləşdirilmiş qaydada toplanması mexanizmini qurub və bu işi Xanım Məmmədovaya tapşırıb. Daha aydın ifadə etsək, kollecdə test komissiyası yaradılıb və imtahanlar test üsulu ilə götürülür. Bu üsulla Əyyub müəllimin məqsədi heçdə imtahanları stimullaşdırmaq deyil, ayrı-ayrı müəllimləri imtahan işindən kənarlaşdırmaqdır. Tədris olunan fənlərin sayını artırmaqla, imtahan suallarını getdikcə çətinləşdirərək və kəsilən tələbələrdən daha çox pul qoparılır.

Əksər ali təhsil müəssislərində olduğu kimi Mingəçevir Dövlət Universitetindəki rüşvət faktları ilə bağlı bu günə qədər mətbuatda dəfələrlə yazalıb. Buna baxmayaraq, vəziyyət düzəlmək əvəzinə, günü-gündən pisləşir.

Rektor Akif Hacıyev imtahan mövsümü üçün xüsusi qiymət cədvəli hazırlayıb. Həmin cədvələ əsasən imtahanlardan 3 almaq istəyən tələbələr 60-80, 4 almaq istəyənlər 80-100, imtahanı əla qiymətlə bitirmək istəyənlər isə 150-200 manatdan keçməlidir.

Həmçinin, rüşvət yuvası kimi Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kolleci göstərilir. Hər iki kollecdəki özbaşınalıq, rüşvətxorluq, tələbələrin şəxsiyyətini alçatmaq, tələbələrə ancaq pul kisəsi kimi baxmaq, təhsilin ancaq pul üzərində qurulması və.s kimi problemlər var.

Mingəçevir Tibb Kollecində demək olar ki, hər imtahan sessiyasında xoşagəlməz hadisələr qeydə alınır. Buna rəğmən, müəllimlər və şöbə müdirləri tez-tez imtahanlara hazırlıqla bağlı tələbələri “təlimatlandırırlar”.

Tələbələrin əksəriyyəti imtahanlardan direktorun müəyyən “prinsip”lərini qarşıladıqdan sonra keçirlər. Öz biliyi hesabına qiymət almaq istəyən tələbələrə isə süni əngəl yaradılır.

Müəllimlər, eləcə də şöbə rəhbərləri bu cür tələbələri əsassız yerə incidirlər. Nəhayətdə, həmin tələbə bezərək imtahandan hamının keçdiyi qayda ilə keçir. Məhz belə işlər üzündən kollecdə təhsilin səviyyəsi xeyli aşağı düşüb”.

Kollec Mingəçevirin, ümumiyyətlə, ölkəmizin səhiyyə sektoruna savadlı kadrlar hazırlaya bilmir.

Bir məsələni xüsusi vurğulayaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il kollecə müəyyən sayda plan yeri ayırır. Yəni kollecə həmin plandan artıq tələbə qəbul edilə bilməz.

Buna baxmayaraq, direktor qəbul imtahanları başa çatandan sonra yüksək nəticə göstərə bilməyən abituriyentləri testdənkənar yollarla bura qəbul edir.

Redaksiyaya verilən məlumata görə pul yığımında əsas simalardan biri də şöbə müdiri Çinarə xanımdır. Bu haqda daha ətraflı məlumat verəcəyik.

Qarşı tərəf mövqeyini bildirə bilər.

Şərhlər

XƏBƏR LENTİ