SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağcabədinin yeni təhsil direktoru müəllimi süründürür, hədələyir

Ağcabədinin yeni təhsil direktoru müəllimi süründürür, hədələyir

Tarix:

16-10-2018, 18:38

/ 1 304 dəfə oxundu.
Ağcabədinin yeni təhsil direktoru müəllimi süründürür, hədələyir

Ağcabədinin Boyat kənd məktəbinin tarix və ibtidai hazırlıq müəllimi Raqif Rüstəmov yerli təhsil şöbəsi rəhbərliyi tərəfindən süründürməçiliyə məruz qalıb

R.Rüstəmov sosial şəbəkələrdə problemini ictimailəşdirdiyi üçün təzyiqlə üzləşib.

Şikayətçi bildirirdi ki, ibtidai hazırlıq üzrə diaqnostik qiymətləndirməyə göndərilib. O, 22 bal toplasa da, 6 saatlıq dərsi qaytarılmır. Keçmiş təhsil şöbəsi müdiri Solmaz Rəhimova problemin həllinə söz versə də, vədinə əməl etmir.

Sonra təhsil şöbəsinə yeni direktor təyin olunan İsmayıl Həsənova müraciət edir. Amma yollarda əsir-yesir qalan müəllim dərsindən məhrum edilir.

Təhsil şöbəsinin inspektoru İbrahim müəllim ona problemin həlli barədə vəd verir. Amma o da sözünün üstündə durmur.

Üstəlik, R.Rüstəmovu qınayır ki, niyə indi sosial şəbəkələri, mətbuatı üstümüzə qaldırmısan. Telefon danışıqlarında İbrahim müəllim R.Rüstəmova deyir ki, “qardaş, mən bu işdən çəkildim, sən sakitcə oturub gözləmədin” deyir. Yəni, açıq şəkildə tarix müəllimi repressiya olunur.

Belə çıxır ki, Rüstəmov susmalı, təhsil şöbəsi müdiri İsmayıl Həsənova yalvarmalı, aylarla gözləməliydi. Şikayətçinin sözlərinə görə, ailə başçısıdır, 295 manat maaş alır: “Ancaq mənə heç bir köməklik olunmadı.

Mən 22 bal diaqnostikadan toplamışdım, amma 6 saatlıq dərsimi qaytarmadılar, qeyri-qanuni azad etdilər. Məktəbin direktoru Həsən Abdullayev da deyir ki, “burda mənəm, Bağdadda kor xəlifə. Bəs mən necə dolanmalıyam? Niyə hüququmu pozurlar?

Mən dövlətə bağlı insanam, təhsilə ömrünü həsr etmişəm müəlliməm. Ona görə də nazirlikdən xahiş edirəm ki, məsələyə müdaxilə etsinlər, dərs saatım bərpa olunsun”.

Ağcabədinin yeni təhsil şefi ilk gündən özünü pis tanıtmağa başlayıb. Deyəsən, təhsil naziri Ceyhun Bayramovdan asılı yoxdur.

Görəsən, Ağcabədi RTŞ-nin müdiri kimə güvənir? Doğurdanmı, qanunları saymır və müəllimi işlə təmin etmək öz əhvalından, kefindən asılıdır?

Ümumiyyətlə, son zamanlar Ağcabədi təhsilindən şikayətlərin ardı-arası kəsilmir. Bir neçə gün əvvəl də məktəblilərə küçə süpürtmüşdülər.

S.Rəhimovanın dövründən fərqlənməyən İ.Həsənov idarəçiliyi tezliklə özünü toparlamalıdır. Biz hələ mayda yazmışdıq ki, nazir Rəhimovanı işdən azad edəcək.

İddia edilirdi ki, daxili yerdəyişmələr hər bir müəlliməyə 3000 manata başa gəlib. Məlumdur ki, qanunvericiliklə nəzərdə tutulmuş qayda da, Təhsil nazirliyinin müvafiq təlimatına əsasən daxili yerdəyişmələr müsabiqə əsasında həyata keçirilir.

1-ci sinif şagirdi ailə həyatı qurduğu üçün 2017-ci il fevral ayında 1 saylı orta məktəbdən azad edilib. Lakin Solmaz Rəhimova şagirdin valideyindən 1500 manat alaraq rayonun Qaradolaq kənd 1 saylı orta məktəbin direktoru ilə cinayətə girərək 04.04.2017 ci il tarixində qeyd edilən məktəbə bərpa etdirib. Ona görə də yeni təhsil şefi qalmaqalsız fəaliyyət göstərməyə üstünlük verməlidir.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ