SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkir meşələrində nələr baş verir? - İqbal Əliyev dövlətə ziyan vurmaqda davam edir

Şəmkir meşələrində nələr baş verir? - İqbal Əliyev dövlətə ziyan vurmaqda davam edir

Tarix:

15-10-2018, 19:10

/ 2 670 dəfə oxundu.
Şəmkir meşələrində nələr baş verir? - İqbal Əliyev dövlətə ziyan vurmaqda davam edir

Xəbər verdiyimiz kimi, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İqbal Əliyev meşələri bərbad vəziyyətə salıb və bu hələdə davam edir.

XİA.az-ın əldə etdiyi yeni məlumata əsasən Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyisi Novruzun rəhbərli ilə 2 hektardan çox ərazi tamamı ilə qırılaraq seyid adlı şəxsə satılıb. Bu olanlara isə İQbal Əliyev göz yummaqda davam edir.

Meşə ərazisində baş verən özbaşınlıqlar, meşələrin məhv edilməsi çöl heyvanlarınında məhv olunmasına gətirib çıxıarıb. Ərazidə olan on minlərlə qoyun və inəklər meşəni bərbad vəziyyətə salıb. Demək olar ki, meşənin məhv edilməsinə az bir zaman qalıb. İqbal müəllimin meşə salmaqdansa meşəyə qənim kəslilb. Ərazidə olan çoxsaylı yataqlar, meşə gözətçilərinin meşə biznesi, meşələrin kütləvi şəkildə məhv olunmasınında başında İqbal müəllim dayanır. Oxucularımızdan bizə verilən məlumatda bildirilir ki, meşəbəyi Novruz texnikanın köməyi ilə meşədə ağacları kökündən çıxarıb, həmin fotolarda göndərəcəklərini bilirirlər. Bu olaylar dövlətə və ekologiyaya böyük ziyan vurmaqdan başqa bir şey deyil. Bu qeyd olunanların isə başın başında duran məmur isə hər çeyi ört-basdır etməklə işini bitmiş hesab olunur.

Media vasitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirİ Muxtar Babayevə çatdırmaq istəyirik ki, Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru, meşə gözətçiləri, meşəbəyi meşələri məhv etməyə çalışırlar. Meşələrə on minlərlə mal-qoyun, camış, at sürüləri salblar. Meşə gözətçiləri Çapay və Şöhrəddin qardaşları MMBM-nin işçisi Hakim meşə ərazisində özlərinə yataq salıblar və heyvanları meşə ərazisində otlayır.
Cənab nazir! Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İqbal Əliyev bu olanlara göz yumur, meşə ərazilərində 100 hektarlarla əkin sahələri salınıb, bir neçə illər həmin əkin sahələri əkilib. Meşə ərazisində 2 hektardan çox ərazidə ağaclar tamamən kökündən çıxarılıb. Yeri əkin sahəsi üçün satılıb. Meşə ərazisində hərə özü üçün ərazi hasarlayıb. Bu olanlarla bağlı tədbir görülməsi sizin səlahiyyətinizdədir. Ümid edirik ki, Siz bununla bağlı tədbir görülməsinə tapşırıq verəcəksiuniz.

P.S. Məsələ ilə bağlı Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İqbal Əliyevlə telefon əlaqəsi yaratdıq. İqbal müəllim olanları təksib etdi. Bilirdi ki, onun ərazisində belə şeylər yoxdu. Hər halda bu məsələni araşdırılması ETSN-nin üzərinə düşür.

XİA.az

Şərhlər

XƏBƏR LENTİ