SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ETSN göstərişlərinə məhəl qoymayan Şəmkir MMBM-nin direktoru İqbal Əliyevin ÖZBAŞINALIĞI

ETSN göstərişlərinə məhəl qoymayan Şəmkir MMBM-nin direktoru İqbal Əliyevin ÖZBAŞINALIĞI

Tarix:

15-10-2018, 13:08

/ 1 505 dəfə oxundu.
ETSN göstərişlərinə məhəl qoymayan Şəmkir MMBM-nin direktoru İqbal Əliyevin ÖZBAŞINALIĞI

Şəmkir rayon yaşıllığına qənim kəsilənlər çirkin əməllərindən əlçəkmək niyyətində olmayan şəxslərin barəsində materyaları durmadan dərc edəcəyik. İllərdir əzab əziyyətlə ekologiya sahəsində aparılan işlərin bəhrəsi olan yaşıllıq bir qrup işbazlar tərəfindən məhv edilməkdədir.

Son illər ölkə prezidenti cənab İlham Əliyev meşələrin mühafizəsinə və ərazisinin artırılmasına xüsusi önəm verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına meşə ilə örtülü ərazilərin sahəsi getdikcə artmaqdadır.

Yeni təyin olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirİ Muxtar Babayev ekolagiya nazirliyinə tabe qrumlarda qanunsuzlların aradan qaldırılması üçünı birmənalı olaraq tapşırıqlar verib. Belə ki, ötən nazirin dövründə meşə ərazilərində əkinlər aparılıb, bu gün isə nazirlik əməkdaşları bunun qarşısını alıblar.

Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazilərində qanunsuzluqlar baş alıb getməkdədir. Belə ki, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İqbal Əliyev meşə ərazisində yataqlar tikilməsinin qarşısını almayıb. Meşə gözətçiləri Şöhrəddin və Çapay qardaşları meşə ərazilərində qanunsuz yollarla mal-qoyun saxlamaq üçün yataq salıblar. Əldə etdiyimiz məlumata əsasən meşə gözətçisi Şöhrəddinə məxsus 500 xırda buytnuzlu , 300 iri buynuzlu heyvan meşə ərazisində saxlanılır və həmin ərazidə otlayır. Bundan başqa meşə gözətçisi Çapayında 100 inək və 500 qoyunuda həmin ərazidə saxlanılır. Hətda ərazidə yeraltı və yerüstü damlar tikilib. Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçisi Hakimə məxsus 100 qoyun 70 inəkdə meşə ərazisində saxlanılır.

Bundan əlavə meşə ərazisində Elşən Musayev 18 hektardan çox ərazini kənd əhalisnə arendaya verib ki, bostan əksinlər ( hektarı 700azn). Elə Elşən Musyevin Mingəçevir gölünün qırağlnda min başa qədər qoyun və 100 dən çox inək saxlamaqla Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisinə ziyan vurur.

QEYD: Yuxarıda qeyd etdiklərim qanunsuzluqlarin bir qismidir. Digər baş verən qanunsuzluqlarla bağlı ərtaflı məlumat verəcəyik.

P.S. Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində əkilən 100 hektarlarla torpağın pulunu kim alıb? ETSN-dən ərazidə əkin aparılmasına icazə verilməyib. Bəs görəsə hektarı baha qiymətə kimə vermək fikirindədirlər? Bu və digər məlumatları bizdə oxuyacaqsınız. Meşəbəyi Novruzun 2 hektar meşə sahəsini qırması barədə də bizdə oxuyacaqsız.

XİA.az

Şərhlər

XƏBƏR LENTİ