SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdə rayon Poliklinika şöbəsi yoxsa, Bərdə rayon Polikilinka ticarət mərkəzi?

Bərdə rayon Poliklinika şöbəsi yoxsa, Bərdə rayon Polikilinka ticarət mərkəzi?

Tarix:

14-10-2018, 23:18

/ 4 630 dəfə oxundu.
Bərdə rayon Poliklinika şöbəsi yoxsa, Bərdə rayon Polikilinka ticarət mərkəzi?

Redaksiyamıza Bərdə rayonundan maraqlı məlumat daxil olub. Belə ki, rayon Polikilinkasında baş verən xoşagəlməz hadisələr sözünhəqiqi mənasında rüsvayçılıqdır. Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq.

Görəsən Bərdə rayonunun Polikilinika şöbəsinin müdiri Mehdi Mehdizadə Tibb Universitetini bitirib yoxsa Fultralogiyadan diplom ala bilməyib Təfəkkür Universitetindən diplom qaçaqmalçılığı edib həkim olub?

Əgər Mehdi Mehdizadə Tibb Universitetini bitirmiş olsaydı Hipokrat andıiçsəydi o zaman nəyinsə qarşılığında qeydiyata aldığı xəstənin sənədlərini saxtalaşdırmazdı.

Mehdi Mehdizadə Bərdə rayon Polikilinikasını 20 manat qarşılığında biznes mərkəzinə çevirib buliteyin alveri etdiyini hər kəs bilir.

2017-ci ilin 30 oktyabırında müayinə sənədlərimi Polikilinikada Mehdi Mehdizadəyə təqdim etdim və 1 ay müalicə olunmaq üçün qeydiyata alındım. Bazar günlərini çıxmaq şərtiylə hər gün müayinələrə getdiyim halda sonda mənə məlum oldu ki, Mehdi Mehdizadə özü kimi karupsioner rüşvətxordan rüşvət alaraq məni qeydiyatdan çıxarıb.

Mənə maraqlıdır ki, qeydiyata alındığım halda, hər gün müayinələrdə olduğum halda, Bərdədə yaşadığım halda Mehdizadə nəyə əsaslanıb sənədlərimi saxtalaşdırıb?

Mehdizadənin vəzifə səlahiyyətlərini aşaraq sənədlərimi saxtalaşdırdığına görə Bərdə rayon Prokurorluğuna rəsmi ərizəylə müraciət etdiyim halda araşdırmadan prokurorluq sənədlərimi Bərdə rayon Mərkəzi xəstəxanasına araşdırılması üçün göndərildiyi halda bu günə qədər bir ildi araşdırmanın nəticəsi barədə heç bir məlumat alamamışam. Buda onu göstərir ki, təkcə Bərdə rayonu Polikilinika şöbəsi deyil bütövlükdə Bərdə rayon Mərkəzi Xəstəxanasında bazardı.

Bir ildi müraciət etmədiyium orqan döymədiyim qapı qalmadı. Amma nəticəsi olmadı. Hüquqi Demokratik dövlətdən danışırıq amma son bir ildə nə hüquq nədə ki, demokratiya görmədim. Bu günə qədər qarşılaşdığım haqqsızlıqların, qanun pozuntularının rəsmi sənədlərlə təsdiq etməyimə baxmayaraq pulum olmadığına görə həlli mümkün olmamışdır.

Buradan Möhtərəm Cənab Prezidentə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi müraciət edərək xahiş edirəm mənə maddi köməkdarlıq edilməsinə köməklik etsin karupsiya bataqlığına saplanmış, rüşvətxorluq ifunətində itib batmış haqqımı hüquqmu tapdalayan məmurlara rüşvət verim bəlkə tapdalanmış haqqlarım, pozulmuş hüquqlarım bərpa edilə.

Birdə Mehdi Mehdizadəyə ərki çatan varsa xahiş etsinlər o zaman məndən tələb etdiyi 200 manatı verə bilmədim amma bu bir ildə 200 manatı toplayıb hazırlamışam məni qəbul etsin həmin tələb olunan 200 manatı verim bəlkə sənədlərimi qanuni şəkildə mənə təqdim etsin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ