SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Direktor Ağcabədi təhsil şefini saymır: müəllim üsyan etdi - “Kimə arxayınsan...?”

Direktor Ağcabədi təhsil şefini saymır: müəllim üsyan etdi - “Kimə arxayınsan...?”

Tarix:

14-10-2018, 23:07

/ 3 937 dəfə oxundu.
Direktor Ağcabədi təhsil şefini saymır: müəllim üsyan etdi - “Kimə arxayınsan...?”

Ağcabədinin Boyat kənd direktoru Həsən Abdullayev deyir ki, “burda mənəm, Bağdadda kor xəlifə”

Məlumata görə, Raqif Rüstəmov sosial şəbəkədə məktəb direktorunun heç kimdən qorxmadığını yazıb.

Onun sözlərinə görə, tarix müəlliminin dərsini əlindən alıb, özünəarxayın şəkildə bildirir ki, hara istəyirsən şikayət edə bilərsən. Məktəb direktorunun Ağcabədi Rayon Təhsil Şöbəsini saymadığını yazan R.Rüstəmov qeyd edib ki, çarəsiz vəziyyətdə qalıb:

“Təhsil şöbəsi deyir ki, biz dərsi vermişik, məktəbin direktoru Həsən Abdullayev isə deyir ki, sənə 1 saat da dərs verilməyəcək, get kimə istəyirsən de. Bu kimə arxalanıb? Nəyə görə dərsimi qaytarmır?

Mən ulu öndərə poema yazmışam, təcrübəli tarix müəllimiyəm. Amma məktəbin direktoru dərslərimi əlimdən alıb, Təhsil Nazirliyinin qərarlarını tapdalayıb, qanunları ayaqlar altına atıb, mənim hüquqlarımı pozmaqdadır”.

Görəsən, Ağcabədi RTŞ-nin müdiri İsmayıl Həsənov hara baxır? Doğurdanmı Boyat kənd məktəb direktoru H.Abdullayevə bata bilmir? Nə üçün müəllim dövlətdən narazı salınır?

Ümumiyyətlə, son zamanlar Ağcabədi təhsilindən şikayətlərin ardı-arası kəsilmir. Bir neçə gün əvvəl də məktəblilərə küçə süpürtmüşdülər.

Məktəb direktorlarını işdə saxlamaq və ya işdən kənarlaşdırmaq nazirliyin işidir. Amma müəllimlərə Təhsil İdarəsi nəzarət edir. Şöbənin müdiri İsmayıl Həsənov və Əfrasiyab Məmmədov onlardan pul alaraq, pensiya yaşları çatmasına baxmayaraq, işdə saxlayıblar.

Bundan başqa, 3 saylı məktəbdə fiziki bədən tərbiyəsi dərsini biologiya, tarix, coğrafiya müəllimlərinə dərs saatı kimi yazdırıb, pullarını özləri mənimsəyirlər.

Metodist Baxşeyiş Məmmədov bu faktları açıqlamışdı. Onun sözlərinə görə, Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri və onun müavini Ağcabədi rayon məktəblərində çalışan 78 müəllimdən 300-500 manat alaraq, onları pensiya yaşına çatdıqdan sonra da işləməsinə şərait yaradıblar.

Sitat: “Məktəblərdə bəzi müəllimlərin adı gedir, amma özləri heç bir dəfə də olsun həmin məktəblərdə jurnal belə yazmayıblar.

Bundan başqa, əlimdə cinayət faktları da var, onları da zaman gəldikdə, açıb deyəcəm. Mən həmin iki insanla bağlı Təhsil Nazirliyinə və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəm”.

Bir müddət əvvəl BakuNews.az yazmışdı ki, RTŞ müdiri İsmayıl Həsənov vəzifəyə gəlməsi münasibəti ilə rayonun bütün məktəb direktorlarından 500 manat təbrik hədiyəsi yığıb.

Düzdür 500 istəsədə, bunu tam verməyə imkanı olmayan direktorlarda az olmayıb. Nəzər alsaqki, rayon üzrə RTŞ nəzdində 67 məktəb fəaliyyət göstərir bu məbləğ heçdə balaca məbləğ deyil (67×500=33500). İlk vəzifə təyinatı günündə 33500 manat heç də az kar deyil.

Rayonda keçiriləcək hər tədbir üçün məktəb direktorları qeyri qanuni olaraq pul ödəmək məcburiyyətində qalmaqdadırlar. Həmçinin bu məsələ ilə bağlıda rayon üzrə baş verən aylıq tədbirlərin sayını hesabladıqda və 67 direktorun verdiyi məbləğin həcmi digər məbləğlərdən daha çox olduğunu müşahidə etmiş olarıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ