SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə FHN-in yeni "zirzəmi qənimi" KİMDİR? - Pulyığanın təqaüd yaşı olmurmuş

Gəncədə FHN-in yeni "zirzəmi qənimi" KİMDİR? - Pulyığanın təqaüd yaşı olmurmuş

Tarix:

13-10-2018, 21:26

/ 2 557 dəfə oxundu.
Gəncədə FHN-in yeni "zirzəmi qənimi" KİMDİR? - Pulyığanın təqaüd yaşı olmurmuş

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində baş qaldırmaqda olan nöqsanlar barədə bilgilər daxil olub. Saytımıza bu barədə danışan bir qrup sahibkar son günlər regional qurumun onlara bəslədiyi münasibətdən, fəaliyyətlərindən narazıdır və bunun əsl səbəbkarı deyəsən, idarənin yeni rəis müavini, polkovnik Məhəmməd Tağıyevdir.
Adıçəkilən polkovnik yeni təyinat alan kimi şəhərin bütün binalarının zirzəmilərində zəruri yoxlamaların aparılacağına dair sahibkarlara ultimatumlar göndərməkdədir. Bu hal isə bəzilərini narahat edir.
Saytımıza müraciətdə iddia olunur ki, artıq bir neçə ünvana tətbiq edilən qeyri-rəsmi "yoxlama"larda illik plan adı altında "pul yığımı" reallaşdırılır, korrupsiya və rüşvətxorluğun əlamətləri baş qaldırır. Yaşayış binalarının zirzəmilərinə mülkiyyət hüququ olan və hazırda ticarət-iaşə obyekti kimi fəaliyyət göstərən obyekt sahiblərinin bir neçəsi bu əməli soyğunçuluq və qeyri-qanuni hesab edirlər. Onlar bildirirlər ki, FHN əməkdaşlarının cərimə və protokol yazacaqları hədəsi ilə, sahiblərinə obyektinin fəaliyyətinin durdurulacağını deməklə pul istənilməsi sahibkarlığa qarşı bir hücumdur.
Baş verənlərdən haqlı narahatlıq keçirənlər israrla deyirlər ki, narazılıqları əsasən yeni rəis müavininin özü ilə gətirdiyi arzuolunmaz birokratik qaydalarla bağlıdır. Şikayətçilər bu təyinatı və yenilikləri də təsadüf hesab etmirlər.
Uzun illər FHN-in Gəncə Regional Mərkəzi, Mülki Müdafiə hazırlıq şöbəsinin rəisi olmuş bir polkovnik sahibkarlara qarşı belə lüzumsuz işləri yerinə yetirə biləcək nadir kadrlardan - maxinatorlardan hesab olunur. Belə ki, polkovnik M.Tağıyev Gəncədə demək olar ki, bütün binaları və sahibkarları əzbərə tanıyır, bütün regionda dövlət tabeliyindəki idarə və təşkilatları - təhsil, səhiyyə və mədəniyyət ocaqlarını çox asanlıqla islah edə biləcək gücdə, nüfuzdadır.
Dəqiqləşdirə bildiyimiz ən maraqlı məqam hələlik odur ki, Fövqəl nazirlik və Gəncə Regional İdarə rəhbərliyi sanki başqa perspektivli və bir az da gənc bir kadr tapılmırmış kimi, məhz təqaüd yaşlı (57 yaşı var-O.N) olan bir polkovniki mərkəzə ikinci adam postuna gətiriblər. Bu da heç bir halda, normal hal hesab edilmir.
Bildirilir ki, 53 yaşlı peşəkar bir polkovnikin - Əzizağa Əliyevin təqaüdə göndərilərək yerinə 57 yaşlı biri ilə əvəzlənməsi başadüşülən məntiqə sığışmır. Yeni rəis müavininin tabeliyində yeni komandanın formalaşdırıldığı da aldığımız məlumatlar sıtasındadır.
Polkovnik M.Tağıyevin barəsində saytımıza verilən geniş məzmunlu faktların əgər yarısı belə doğrudursa, indidən iddia etmək olar ki, FHN-in Gəncə Regional İdarəsinin bundan sonrakı fəaliyyəti fərdi obyektlərə, dövlət müəssisələrinə müdaxilələrlə, bac-xərac toplamaqla yadda qalacaq, bütün zirzəmilərdə obyektlərin fəaliyyət "uyğunluluğunun" təftişi ilə və aidiyyatı digər ünvanlarda süni problemlərə yol açılacaq...
Hesab edirik ki, fövqəlnazir cənab Kəmaləddin Heydərov yaşı ötmüş bir kadrın bu cür starteji vəzifəyə təyinatında zərurətin nələrdən ibarət olduğunun izahatını alıb, bu kadr təyinatında xoş gözləntiləri də hamıdan daha yaxşı bilir. Və nəzərə alınsa ki, belə təyinatlar FHN-də istisnalarla baş verir, demək ki, polkovnik M.Tağıyevə münasibətdə, nazirlik daha fövqəl inzibati nəzarət həyata keçirə biləcək. Buna Gəncə sahibkarları qədər bizlər də ümid edirik.
Mövzu ətrafında əldə etdiyimiz bilgilərin dəqiqləşdirilməsi yolunda araşdırmamız davam edir - mövzu diqqətimizdədir.

Qarşı tərəfin də söz haqqına sayğımızı ifadə edirik.

Demokratik.Az

Şərhlər

XƏBƏR LENTİ