SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə icra başçısının müavini vətəndaşları döydü - VİDEO

Gəncədə icra başçısının müavini vətəndaşları döydü - VİDEO

Tarix:

12-10-2018, 16:15

/ 3 962 dəfə oxundu.
Gəncədə icra başçısının müavini vətəndaşları döydü - VİDEO

Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini Mikayıl Zeynalovun şəhərin mərkəzində vətəndaşları döydüyünü əks etdirən video yayılıb

Missiya.Az-ın əldə etdiyi görüntülərdə M.Zaynalovun hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsinə baxmayaraq, Gəncə şəhər sakinlərinə bədən xəsarətləri yetirdiyi aydın görünür. M.Zeynalov eyni vaxta iki vətəndaşa hücum çəkir. Birini yerə yıxandan sonra digərinin üstünə gedir.

Qeyd edək ki, M.Zeynalov 2013-ci ildən 2015-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb. 2015-ci ilin mart ayında Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsinə təyin olunub.

Məsələ ilə bağlı M.Zeynalovun özü ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, o, zənglərimizə cavab vermədi.

Şərhlər

XƏBƏR LENTİ