yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İcra başçısı Asif Ağayev olanda, sakinlər dərdlərini daşa danışar... - GİLEY

İcra başçısı Asif Ağayev olanda, sakinlər dərdlərini daşa danışar... - GİLEY
12-10-2018, 09:59 148 dəfə baxılıb

Şamaxı rayonunun Mədrəsə kəndində bir həftədir ki, torpaq sürüşməsi səngimək bilimir. Kəndin sürüşməyə meylli ərazilərində son günlər aktivlik qeydə alınıb. Sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı artaraq 13-ə çatıb. Amma buna rəğmən çətin vəziyyətdə qalan sakinlər çarəsiz durumda buraxılıblar. Redaksiyamıza şikayət edən sakinlər bildirir ki, dəfələrlə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevə müraciət etməyə çalışsalar da, buna nail olmayıblar: "Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Sakinlər isə dərdlərini bizə danışaraq bildirirlər ki, son günlər yağan güclü leysan yağışları səbəbindən Mədrəsədə torpaq sürüşməsi aktivləşib. Bir həftə öncə başlayan sürüşmə gün keçdikcə daha da artaraq evlərə ciddi ziyan vurmağa başlayıb. Hazırda bir neçə evin divar və tavanında, eləcə də yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanların yaranmasına səbəb olub.

Kənd sakini Cəlal Çıxaidze deyir ki, əvvəl xırda-xırda çatları vardı, son iki-üç gündə yağan yağışlardan sonra isə çatlarda genişlənmə gedir: "Təhlükəli vəziyyət yaranıb. Bu evdə yaşamaq risklidir. Tavan düşür, divar gedir o tərəfə. Gündən-günə ev daha da qəzalı vəziyyətə düşür. Bəzi yerlərdə çatların eni 10-15 santimetrə çatır".

Digər sakin Vahid Qasımov da yaranmış durumdan narahatlığını dilə gətirir: "Qabaqlar da sürüşmə var idi, amma bu dərəcədə deyildi. Artıq gecə yatdığımız yerdə vahiməli səsə yuxudan oyanırıq. Durub görürük ki, divar aralanıb, evdə yarıqlar əmələ gəlib. Çox qorxulu vəziyyətdir".

"Artıq evimizin hər yeri zədələnib, tövlə ümumiyyətlə uçub, yoxdur, yardımçı tikilinin bütün divarları çatlayıb. Həyətdə torpaq ayağımızım altında oynayır, sürüşür. Xüsusilə, son yağışdan sonra vəziyyət daha da ciddiləşib" — deyir V.Qasımov.

Torpaq sürüşməsi nəticəsində sakinlərə məxsus meyvə ağacları, əkin və örüş sahələri də yararsız hala düşüb.

Torpaq sürüşməsi səbəbindən Şamaxı rayonunda 400-dən çox ev qəzalı vəziyyətdədir. Əsasən, sürüşmələr rayonun Cabanlı, Dədəgünəş, Keçmədin, Mədrəsə, Muğanlı, Sağyan və Meysəri kəndlərində baş verir. Amma bütün bunlara rəğmən Şamaxı sakinləri çarəsiz durumda buraxılıblar...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ