SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?

XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?

Tarix:

9-10-2018, 10:55

/ 1 459 dəfə oxundu.
XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?

Ramil Məmmədov: “Yanıma gələn jurnalistə on, onbeş manat “dilənçi pulu” verib yola salıram”

Bir müddət bundan öncə Deryaz.az saytında Xaçmaz Elektrik Şəbəkəyə rəhbərlik edən Ramil Məmmədovun iş fəaliyyəti ilə bağlı bir neçə tənqidi açıqlama dərc etmişdik. İşıq üzü görən açıqlamaların dərcinə səbəb, rayonun Ağtala kəndi, Yeni yaşayış massivi adlanan ərazidə məskunlaşan sakinlərin uzun müddətdən bəri üz-üzə qaldıqları problemin həll olunmaması və problemin həlli ilə bağlı onların aidiyyəti üzrə ünvanladıqları müraciətlərinin qulaqardına vurulması olmuşdur.

Belə ki, hələ bir neçə ay bundan öncə adı çəkilən kənd sakinləri redaksiyamıza müraciətlərini ünvanlayaraq qeyd etmişdilər ki, “Biz şəxsi vəsaitimiz hesabına neçə illər bundan əvvəl yaşadığımız evlərin yaxınlığına ağac dirəklər basdırmışdıq. Ötən illər ərzində həmin dirəklər çürüdüyündən, bu gün onlar uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə bir halın varlığı kənd sakinlərinin, ələlxüsus azyaşlı uşaqların həyatı üçün olduqca təhlükəlidir. Bununla bağlı Xaçmaz RİH Aparatına, Xaçmaz Elektrik Şəbəkənin rəhbəri Ramil Məmmədova dəfələrlə müraciətlərimizi ünvanlasaq da, indiyə kimi etdiyimiz müraciətlərimiz nəticəsiz qalıb”.
Ramil Məmmədov KİV haqqında Qanunun tələblərini saya salmır…

Onu da bildirək ki, təqribən bir ay bundan öncə Ağtala kəndi, Yeni yaşayış massivi adlanan ərazidə yaşayan sakinlərin redaksiyamıza təkrar ünvanladıqları müraciətləri əsasında, adı çəkilən yaşayış məntəqəsində olduq və real mənzərəni öz gözlərimizlə görüb, müəyyən çəkilişlər də həyata keçirdik. Tərəfimizdən lazımi materialları topladıqdan sonra, Xaçmaz Elektrik Şəbəkənin rəisi Ramil Məmmədovla əlaqə saxladıq ki, qarşı tərəf olaraq adı çəkilən vəzifə sahibindən problemlərin varlığına münasibətini öyrənə bilək. Məsələnin xoşagəlməz tərəfi o oldu ki, o, “Rəhbərlikdən tapşırıq verilmədiyindən mən kimisə qəbul edib münasibətimi açıqlaya bilmərəm” deməklə, açıq-aşkar şəkildə mətləbdən yayınmağı bacardı. Bu da birbaşa ciddi qanun pozuntusu olmaqla bərabər, eyni zamanda KİV haqqında Qanunun tapdaqlar altına atılması demək oldu.

Şərhlər

XƏBƏR LENTİ