SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Başçı getdiı, Beyləqan təhsil şefi təşvişdə – maliyyə cinayətləri

Başçı getdiı, Beyləqan təhsil şefi təşvişdə – maliyyə cinayətləri

Tarix:

8-10-2018, 14:03

/ 1 459 dəfə oxundu.
Başçı getdiı, Beyləqan təhsil şefi təşvişdə – maliyyə cinayətləri

Bir neçə gün qabaq Beyləqan rayon Təhsil Şöbəsi müdiri Xuraman Rüstəmova“2017-2018-ci tədris ilinin yekunlarını və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.

X.Rüstəmova Beyləqan təhsilindəki uğurlardan danışıb, məzunların göstərdiyi nəticələrdən, tələbə adını qazananlardan söz açıb.

Təhsil şöbəsi müdiri repetitor yanına gedərək dərs alan, öz puluna müəllim tutub çətinliklə ali məktəbə daxil olan beyləqanlıların bu göstəricilərini özlərinin uğuru kimi təqdim edib.

Halbuki, Beyləqan məktəblərində təhsilin hansı səviyyəyə endiyi, tədrisin keyfiyyətsizliyi yerli ictimaiyyətə aydındır. Amma formal və görüntü naminə bu tədbir təşkil edilərək uğurlardan danışılıb.

xalqxeber.az yazıb ki, Beyləqan təhsilinin iflic vəziyyətə düşməsinin əsl səbəbkarlarından biri də onun müavini, Üsamə Ben Laden ləqəbi ilə tanınan Hüsaməddin Babayevdir.

H.Babayevin sayəsində Beyləqan Təhsilində yeni qaydalar tətbiq edilir. Məktəb direktorları aylıq hesaba otuzdurulur, bundan əlavə 54 məktəbin dərnək və fakültələrinə ayrılan vəsaitlər müəllimlərə deyil Babayevə ödənilir, üstəgəl attestat və şəhadətnamə biznesini qurur.

İcra başçısının sevimlisi olduğun iddia edən H.Babayev bütün pedaqoji kollektivi bu minvalla qorxu altında saxlamaqdadır. Bu gün təhsil Şöbəsinə Xuraman Rüstəmova rəhbərlik etməsinə baxmayaraq bunun qarşısını ala bilmir ya da aldadıcı rəy formalaşdırır.

Hüsaməddin Babayev sərbəst və toxunulmaz şəkildə sakit bir guşəyə çəkilib 50məktəb direktorundan ayda 50 manatdan, aylıq 2500 manat hesabını aldığı iddia edilir.

Hər məktəbə yoxlama turları başladılanda məktəb başına 500-1000 manat hesab, itmiş attestatlara görə hərəsindən 400-500 manat müqabilində yeni attestatın verilməsi, attestat və şəhadətnamə sezonu başlayıb yenədə həmin 50məktəb direktorundan hər məzun başına görə 10-20 manatdan hesabını alacaq ki, bu da bir sezona 20.000-25.000 manat hesab deməkdir.

Bu da Təhsil Nazirliyinin dünya standartları səviyyəsində həyata keçirdiyi islahatlara bir məmur töhfəsi. Görünür ki, X.Rüstəmova onu qabağa verərək bu “əməliyyat”ları həyata keçirir.

Martın 10-da həmkarını bıçaqlayan polis oğluna görə Beyləqan rayon Təhsil Şöbəsi direktoru Xuraman Rüstəmovanın başı çox ağrımışdı. Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb və fakt rəsmi şəkildə təsdiqlənib.

Namiq Zeynalov Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.

Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov criminal.az-a bildirib ki, yol polis əməkdaşı kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.

Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirib ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib.

Bir müddət əvvəl Faktinfo.az saytına Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın fəaliyyəti ilə bağlı yeni məlumatlar daxil olub.Həmin məlumatları olduğu kimi təqdim edirik: (https://www.faktinfo.az/news/beyleqan-rayon-tehsil-sobesinin-mudiri-nelerde-ittiham-olunur-300-e-yaxin-muellimin-diplomunun-saxta-cixarilmasi-ne-ile-neticelendi)

1. Xuraman Rüstəmova Təhsil Şöbəsinə müdir təyin olunduqdan sonra, yəni 2016-cı ilin avqust-sentyabr aylarında saxta sənəd tərtib edərək keçmiş Təhsil naziri M.Cabbarovu və onun vasitəsilə ölkə rəhbərliyini aldadıb.

Belə ki, Beyləqan RTŞ-nin metodkabinet müdiri Həsən Məmmədovu şəhər 1 N-li məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi olduğunu göstərməklə onun “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülməsinə şərait yaratmışdır.

2. 2016-cı ilin sentyabr-oktyabr aylarında X.Rüstəmova kabinetində əskinasların həqiqiliyini yoxlayan bank aparatından istifadə etməklə bütün rayon müəllimlərinin təhsil diplomlarını özü şəxsən yoxlayıb.

Bununla 300 nəfərə yaxın müəllimin diplomlarını saxta hesab etmiş,sonradan hər bir müəllimdən 500-1000 manat civarında pul tələb etmişdi. Həmin yolla yığdığı vəsait hesabına oğluna ilk “LEKSUS” markalı avtomobil almışdır.

3. Saxta diplomlu hesab etdiyi müəllimlərdən biri də II Aşıqlı kənd tam orta məktəbin psixoloqu Çıraqova Raisə Ramiz qızı olub.

Həmin vaxt R.Çıraqovanın öz işində qalması üçün ondan 500 manat pul alıb. Bunun üstündən bir il keçməmiş R.Çıraqovanı II Aşıqlı məktəbinə direktor təyin edib.

Maraqlısı odur ki, R.Çıraqovanın atası Ramiz Əliyev bu məktəbdə uzun müddət direktor işlədikdən sonra törətdiyi cinayətə görə korrupsiyada ittiham olunub, 2,5 il cəza alıb.

4. Mütəmadi olaraq “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində şagirdlərin müxtəlif rayonlara səfər etməsini bəhanə gətirərək hər məktəb direktorundan 500 manat pul alıb.

5. Qazandığı bu pullarla ikinci “LEKSUS”u, bir “Mersedes” maşını və bir böyük mağaza alıb. Hazırda Beyləqan -Təzəkənd yolunun üstündə böyük bir obyekt tikintisi aparır.

6. X.Rüstəmova Beyləqan rayon Təhsil Şöbəsinin müdiri olduqdan sonra öz gəlini Hüseynova Lamiyə Ələddin qızını şəhər 3 nömrəli məktəbə direktor təyin edib.

7. Vaxtilə işlədiyi Şəhər 3 nömrəli məktəbini “özəlləşdirib”. Belə ki, qardaşı təsərrüfat müdiri təyin olunub. Bundan əlavə, orada qohumlarından ibarət 5-6 şəxsin adı texniki işçi kimi sənədləşdirilib,ancaq özləri işə çıxmır, onların kartları isə xanım Rüstəmovadadır.

8. X.Rüstəmovanın “əməyi” sayəsində 25-dən çox məktəbin direktoru yoxdur. Elə şərait yaradıb ki, müvəqqəti təyin etdiyi direktorlardan istədiyi hesabı alır.

9. Deyilənə görə, II Aşıqlı məktəbinə direktor təyin etdiyi Raisə Çıraqovanın atası Ramiz Əliyevdən 9000 (doqquz min) manat pul alıb.

Faktinfo.az-a daxil olan məlumatda Beyləqan rayonu üzrə, o cümlədən Şəhər 3 N-li tam orta məktəbinə son beş ildə işə götürülən müəllimlərin siyahısı da təqdim edilib:

1. Ağayeva Aytən Rəhim qızı, stajı 4 il, ixtisası-fizika, müddətsiz müqavilə (qanunsuzdur)
2. Hüseynova Lamiyə Ələddin qızı, stajı 4 il, ixtisası-ədəbiyyat, müddətsiz (qanunsuzdur)
3. Oruclu Ceyran Müsafir qızı, stajı 3 il, ixtisası-tarix ,müddətsiz (qanunsuzdur)
4. Bəylərova Esmira Mahmud qızı, stajı 4 il, ixtisası- riyaziyyat, müddətsiz (qanunsuzdur)
5. Bayramova Könül Ələsgər qızı stajı 3 il, ixtisası-fizika, müddətsiz (qanunsuzdur)
6. Əlizadə Könül Arzu qızı stajı 3 il, ixtisası-Azərbaycan dili -ədəbiyyat ,müddətsiz (qanunsuzdur)
7. Qarayeva Nərgiz Firudin qızı stajı 4 il, ixtisası-riyaziyyat, müddətsiz (qanunsuzdur)
8. Cəmilzadə Nərmin Hüsən qızı stajı 3 il, ixtisası-musiqi ,müddətsiz (qanunsuzdur)
9. Allahverdiyeva Ruhiyyə Rövşən qızı stajı 4 il, ixtisası-fizika, müddətsiz (qanunsuzdur)
10. Nuriyeva Rəşadə Zahid qızı stajı 3 il, ixtisası-Azərbaycan dili- ədəbiyyat, müddətsiz (qanunsuzdur)
11. Əsədova Səbahət Vaqif qızı stajı 4 il, ixtisası-riyaziyyat, müddətsiz (qanunsuzdur)
12. Təhməzova Səfurə İlham qızı stajı 2 il, ixtisası-Azərbaycan dili- ədəbiyyat, müddətsiz (qanunsuzdur)
13. Abdurahmanlı Türkay Bulud qızı stajı 3 il, ixtisası-tarix ,müddətsiz (qanunsuzdur)
14. Xankişiyeva Zülfiyyə Bəxtiyar qızı stajı 2 il, ixtisası-ibtidai sinif ,müddətsiz (qanunsuzdur)
15. Əhmədli Zülfiyyə Yavər qızı stajı 1 il, ixtisası-riyaziyyat, müddətli.

Məlumat üçün bildirək ki, Faktinfo.az saytı KİV haqqında qanunun müvafiq bəndini əsas götürərək, qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Xuraman Rüstəmovaya sorğu ünvanlayıb. Amma sorğuya cavab verilməyib.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ