SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » XAÇMAZ YOLUNDA SƏMA VƏ ZÜLFIYYƏNIN “SU PƏRILƏRI” HANSI HOQQALARDAN ÇIXIRLAR?

XAÇMAZ YOLUNDA SƏMA VƏ ZÜLFIYYƏNIN “SU PƏRILƏRI” HANSI HOQQALARDAN ÇIXIRLAR?

Tarix:

26-09-2018, 14:18

/ 2 022 dəfə oxundu.
XAÇMAZ YOLUNDA SƏMA VƏ ZÜLFIYYƏNIN “SU PƏRILƏRI” HANSI HOQQALARDAN ÇIXIRLAR?

Bakıdan Xaçmaza gedən mərkəzi magistral yolun təqribən rayonun mərkəzinə çatan hissəsinin 4-5 km-də fəaliyyət göstərən, həmçinin Səma adlı xanıma məxsus olduğu iddia olunan adsız və Zülfiyyə xanımın sahiblik etdiyi söylənilən “Dostluq” kafesində yaşananları eşidib görən hər kəs, mütləq mənada ya kar, ya da ki, kor olmalıdır. Çünki, bu ictimai iaşə obyektlərində daha çox günün axşam saatlarında elə bir hoqqalara qol qoyulur ki, gəl görəsən. Onu da unutmaq olmaz ki, Xaçmaz rayonu da dədə-babadan qalma adət-ənənələrimizin qorunub saxlanıldığı, milli-mənəvi dəyərlərimizin yaşadıldığı rayonlardan biri olsa da, təəssüflər olsun ki, bu gün həmin kafelərdə nə adət-ənənələrimiz qorunub saxlanılır, nə də ki, milli-mənəvi dəyərlərimiz yaşadılır. Bütün bunların da kökündə, hər iki xanımın sahiblik etdikləri kafelərdə yaş həddindən asılı olmayaraq qadınların cinsi zoraklığa məruz qalmaları, yaxud da cinsi istismarına şəraitin yaradılmasıdır. Məsələnin təəssüf doğuran tərəfi ondan ibarətdir ki, Səma və Zülfiyyə adlı xanımların sahiblik etdikləri kafelərdə minbir hoqqalara qol qoyulması, hər cür iyrənc addımların atılması, həddi-hüdudu bilinməyən olayların baş verməsi və s, yerli hüquq-mühafizə orqanı əməkdaşlarının gözləri qarşısında baş versə də, hələ ki, problemlərin varlığına cavabdehlik daşıyanlar susmaqda davam edirlər. Belə bir halların varlığı da, hər iki xanıma geniş imkanlar açmaqdadır. Yəni, redaksiyamıza daxil olan ilginc məlumatlara görə, Səma və Zülfiyyə adlı xanımların sahiblik etdikləri kafelərə ayrı-ayrı ünvanlardan müxtəlif yaş həddində olan “su pəriləri” gətirilir və onların cinsi istismarına şərait də yaradılır. Deryaz.az saytının redaksiyasına daxil olan məlumatlara görə, bu xanımların dolanışıqları yalnız və yalnız “su pəriləri”nin cinsi istismarının həyata keçirilməsi zamanı əldə olunan vəsaitlər hesabına ödənilir. Belə bir halların varlığı da, çox zaman mənşəyi bilinməyən keçici xəstəliklərin yayılmasına səbəb olmaqdadır. Bundan əlavə, redaksiya əməkdaşlarının əldə etdikləri müəyyən məlumatlara görə, həmin kafelərdə lazımi şərait olmadığından bənzəri olmayan antisanitariya tüğyan edir, kafedə çalışan işçilərlə əmək müqaviləsi bağlanmır, vergidən yayınma hallarına yol verilir və digər çoxsaylı qanunsuzluqlara imza atılır. Sözsüz ki, bütün bunların məsuliyyəti kafeyə sahiblik etdiyi iddia olunan Səma və Zülfiyyə adlı xanımların üzərinə düşür. Yaşananlar da onu söyləməyə əsas verir ki, adı çəkilən xanımlara kimlərsə arxa-dayaq durur ki, onlar da bu gün belə bir addımlarını atmaqdadırlar.

Hər kəsi təəccüb edən digər hal isə, Səma xanımın sahiblik etdiyi kafenin giriş qapısında heç bir gigiyenik qaydalara, normativ tələblərə əməl olunmadan “Talış təndir çörəyi”nin satılmasıdır. Bu cür addımın atılması bəzi şübhələrin əmələ gəlməsinə də səbəb olur. Yəni, o halı ehtimal etmək olar ki, adı çəkilən xanımın sahiblik etdiyi kafenin giriş qapısında “Talış təndir çörəyi”nin satılması, həm kafeyə müştəri cəlb olunmasına, həm də qol qoyulan iyrəncliklər haqda formalaşan fikirin başqa bir səmtə yönəldilməsinə hesablanmış addımdır.

Səma və Zülfiyyə adlı xanımların sahiblik etdikləri kafelər rayon mərkəzindən bir qədər aralı məsafədə fəaliyyət göstərsələr də, öz-özlüyündə belə bir ünvanların varlıgı və fəaliyyət göstərməsi, rayon sakinləri üçün, ələlxüsus ətraf ərazidə yaşayan yerli sakinlər üçün olduqca usandırıcı halın varlığından xəbər verir. Çünki, kafe adı altında fəaliyyət göstərən bu ünvanlarda gündəlik minbir hoqqalara, yəni yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına həm şərait yaradılır, həm də qol qoyulur. Onu da bildirək ki, əldə etdiyimiz bəzi məlumatlara görə Səma xanımla bərabər, onun sahiblik etdiyi kafenin yaxınlığındakı “Dostluq” kafesini işlədən Zülfiyyə xanımın da, vaxtilə qol qoyduqları əməllərlə bağlı, hal-hazırda polis əməkdaşları tərəfindən istintaq araşdırmaları aparılmaqdadır.

Düşündürücü hal odur ki, çoxsaylı qanunsuzluqlara qol qoyulan həmin kafelərdə baş verən olayları ictimailəşdirən, əmələ gələn fəsadların mahiyyətini aidiyyəti qurumların diqqətinə çatdıran KİV nümayəndələri, bəzən qınaq obyektinə də çevrilirlər. Məsələn, problemlərin varlığı ilk əvvəl hansısa media qurumunda dərc olunur və atılan addımlarla bağlı tədbir görülməsi üçün, ilk əvvəl sorğu məktubları problemlərin varlığına cavabdehlik daşıyan qurum rəhbərlərinin ünvanına göndərilir. Çox keçmir ki, redaksiya rəhbərliyinin ünvanına “Sadaladığınız problemlərin araşdırılması əraziyə cavabdehlik daşıyan rayonun polis idarəsinə və yaxud da polis şöbəsinə göndərilmişdir”, yaxud da ki, “Tərəfimizdən aparılan araşdırmalar zamanı sadaladığınız faktlar öz təsdiqini tapmamışdır” deyə başdansovdu cavablar verilir. Belə bir cavabların verilməsi olduqca gülünc, hər kəsdə ikrah hissi doğuran cavablar olur. Necə, bəyəm! İşıq üzü görən məqalələr, ünvanlanan sorğu məktubları, səslənən iradlar, əmələ gələn fəsadlar, baş alıb gedən həngamələr, ətraf ərazidə yaşayan sakinlərin haqlı iradları və s. yalan olur, hansısa polis səlahiyyətlisinin imzasını qoyduğu cavab məktublarında qeyd olunanlar düz çıxır?

Hörmətli oxucular! Biz belə bir problemlərin varlığına ona görə toxunuruq ki, Səma və Zülfiyyə adlı xanımların sahiblik etdikləri kafelərin hansı yöndə fəaliyyət göstərməsindən, ən böyük əxlaqsızlıq ünvanlarından biri olmasından, xalqımıza məxsus adət-ənənələrimizin tapdaqlar altına atılmasından, polis əməkdaşlarının oynadıqları roldan və KİV nümayəndələrinə verilən başaldadıcı cavablardan və s. geniş bəhs edə bilək. Bəli, bu gün hər iki xanıma kənardan “krışalıq” edən və adını tam dəqiqləşdirə bilmədiyimiz şəxs(lər)in çirkin əməllərinin varlığını eşitdikcə, biz də təəssüf hissi keçiririk. Həmçinin Xaçmaz polisinin, yerli qurumların, hətta bu cür iyrənc əməllərin baş verməsinə cavabdehlik daşıyan bir çox vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik. Çünki, ölkə rəhbərinin 06 fevral 2009-cu il tarixli 133 saylı sərəncamına əsasən, “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013-cü illər üçün) ilə əlaqədar, hələ bir neçə il bundan əvvəl Prezident Administrasiyasına aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunur. Bundan əlavə, 2014-2018-ci illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması istiqamətində yeni “Milli Fəaliyyət Planı” da imzalanmışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulsa da, nədənsə yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində irəli sürülən tələblərə əməl olunmadığı açıq-aydın görünür. Bu belə olduğu halda sual oluna bilər ki, ortada yeni “Milli Fəaliyyət Planı”nın varlığına baxmayaraq, problemlərin varlığına cavabdehlik daşıyanlar belə bir addımlarını atmaqla nəyə nail olmaq istəyirlər? Axı hər kəs qəbul olunmuş qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdikləri ünvanlarda qadınların cinsi istismarına şərait yaratmaqla, vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, daha çox isə dədə-babadan qalmış milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atmaqla Səma və Zülfiyyə adlı xanımların məqsədi nələrdən ibarətdir? Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın.

Deryaz.az
XAÇMAZ YOLUNDA SƏMA VƏ ZÜLFIYYƏNIN “SU PƏRILƏRI” HANSI HOQQALARDAN ÇIXIRLAR?
XAÇMAZ YOLUNDA SƏMA VƏ ZÜLFIYYƏNIN “SU PƏRILƏRI” HANSI HOQQALARDAN ÇIXIRLAR?
XAÇMAZ YOLUNDA SƏMA VƏ ZÜLFIYYƏNIN “SU PƏRILƏRI” HANSI HOQQALARDAN ÇIXIRLAR?
XAÇMAZ YOLUNDA SƏMA VƏ ZÜLFIYYƏNIN “SU PƏRILƏRI” HANSI HOQQALARDAN ÇIXIRLAR?
XAÇMAZ YOLUNDA SƏMA VƏ ZÜLFIYYƏNIN “SU PƏRILƏRI” HANSI HOQQALARDAN ÇIXIRLAR?
XAÇMAZ YOLUNDA SƏMA VƏ ZÜLFIYYƏNIN “SU PƏRILƏRI” HANSI HOQQALARDAN ÇIXIRLAR?

Şərhlər

XƏBƏR LENTİ