yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Gəncə Dövlət Universitetindən prezidentə şikayət olundu

Gəncə Dövlət Universitetindən prezidentə şikayət olundu
21-09-2018, 11:49 388 dəfə baxılıb

Gəncə Dövlət Universitetinin "Bədən tərbiyəsi və idman" kafedrasının müəllimləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surəti idman naziri Azad Rəhimova və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova ünvanlı müraciətin bir surətini də «Təzadlar»a göndəriblər.
Şikayətçilər adından məktub göndərmiş Ayət Rüstəmzadəyə zəng vurdq... Sonra GDU rəhbərliyi ilə də əlaqə saxlamağa səy göstərdik. Hələki müraciətdə adı çəkilən rektorun müşaviri Asif Cavadovla danışa bilməsək də, onun da mövqeyini təqdim etməyə problem görmürük.
Beləliklə, Gəncə Dövlət Universitetinin "Bədən tərbiyəsi və idman" kafedrasının müəllimləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətdə deyilir:
Cənab Prezident, bizim Sizə üvvanlanmış müraciətimizdən sonra Gəncə Dövlət Universitetinin rektorunun göstərişi ilə GDU rektorunun müşaviri Asif Cavadov bizim fakültəyə gələrək iclas keçirdi. Həmin iclasda Asif Cavadov və fakültəmizin dekanı Bayram Apoyev GDU rektorunun adından hamıya hədə-qorxu gələrək məcburi şəkildə imza etdirdi ki, guya bizim Sizə ünvanladığımız müraciət şər və böhtandan ibarətdir.
Cənab Prezident, icazənizlə, bir daha Sizə bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetində "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adı haqqında əsasnamənin tələbləri tamamilə pozulmuşdur. Bu əsasnaməyə görə qeyd olunan fəxri ad bədən tərbiyəsi və idman sahəsində ən azı 25 illik fasiləsiz iş stajı olan mütəxəssislərə verilir. Gəncə Dövlət Universitetinin İdman klubunun sədri Xaqani Umudov isə 1982-ci ildə anadan olub, 35 yaşı vardır, göründüyü kimi, onun bu qədər iş stajı yoxdur və əsasnamədə qeyd olunan göstəricilərdən tamamilə uzaqdır. Amma buna baxmayaraq o, Gəncə Dövlət Universiteti rəhbərliyinin verdiyi saxta sənədlər əsasında bu fəxri ada sahib olmuşdur. Bu fəxri ad Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarına əsasən verilir. Aydındır ki, Xaqani Umudov saxta sənədlərlə nazirliyi aldatmış və özünə həmin fəxri adın verilməsinə nail olmuşdur.
Maraqlıdır, 25 il iş stajı olmayan şəxsə GDU rəhbərliyi necə saxta sənəd verir? Aldığımız digər dəqiq məlumata görə saxta sənədlər olmasına baxmayaraq Xaqani Umudovu Idman Nazirliyinin sektor müdiri Məmmədov Aydın Ağaəli oğlu himayə edir.
Bundan başqa, hal-hazırda respublikanın ali məktəblərinin heç birində idman klubu yoxdur. Bu klublar universitetlərdə olan İdman kafedrasının tərkibinə verilmişdir. Amma nədənsə Gəncə Dövlət Universitetində qeyri-qanuni olaraq bu klub ayrıca departament kimi fəaliyyət göstərir və xeyli miqdarda işçisi vardır. Ali və orta ixtisas təhsili məktəbləri idman klublarının əsasnaməsinə görə bu klubun gəlirləri özünümaliyyələşdirmə prinsipi ilə işləyən idman bölmələrindən və qruplarından əldə edilən gəlirlər hesabına əldə edilir. Amma Gəncə Dövlət Universitetində bu klub universitetin büdcəsi üzərində oturub, klubun bütün işçilərinə universitetin büdcəsindən maaş verilir. Amma əslində klub universitetdə yerləşdiyi və universitetin əmlakından istifadə etdiyi üçün kirayə pulu ödəməlidir.
Xaqani Umudov 20-25 nəfər idmançı tələbənin siyahısını tutur, bu tələbələr dərsdə iştirak etmir, digər tərəfdən bu tələbələrin imtahan qiymətləri rektorun göstərişinə görə yazılır, amma Xaqani Umudov bu tələbələrin hər birindən imtahana görə bir semestrdə 250-300 manat pul alır. Xaqani Umudov universitetin daxilində fitnes zalı açmışdır, şəhərin müxtəlif qadınları bu zalın xidmətindən istifadə etsə də universitet tələbələri və işçiləri bu zala buraxılmırlar. Bir sözlə, Xəqani Umudov universitetin əmlakını qazanc məqsədi ilə istifadə edir.
Kafedrada ömrünü gününü idman sahəsində çürüdən adamların olmasına baxmayaraq bu fəxri ad 25 il iş stajı olmadığı halda, əsasnamənin tələbləri kobud şəkildə pozulmaqla saxta sənədlər əsasında Xaqani Umudova verilmişdir. Həmin fəxri ad Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən ləğv edilə bilər. Bu barədə müvafiq tədbir görməyinizi Sizdən xahiş edirik.
Ayət Rüstəm oğlu Rüstəmzadə, Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının müəllimi

\\tezadlar.az\\


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ