SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Dini məktəbə kim təlqin edir? - İcra hakimiyyəti, yoxsa...

Dini məktəbə kim təlqin edir? - İcra hakimiyyəti, yoxsa...

Tarix:

21-09-2018, 11:25

/ 1 485 dəfə oxundu.
Dini məktəbə kim təlqin edir? - İcra hakimiyyəti, yoxsa...

lham İsmayılovun Məhərrəmliklə bağlı göstərişi onun karyerasının sonunu gətirə bilər

Direktor iddia edir ki, Mingəçevir şəhər 13 nömrəli məktəbində Məhərrəmlik ayı ilə bağlı tədbirin keçirilməsi barədə İcra Hakimiyyətindən göstəriş alıb.

Migəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov məktəblərdə Məhərrəmlik ayı ilə bağlı tədbirin keçirilməsi barədə göstərişinin arxasından qaçsa da, digər məktəblərdən də əldə etdiyimiz məlumatlara görə təhsil müəssisələrində Məhərrəmliklə bağlı toplantıların keçirilməsi tapşırığının İcra Hakimiyyətindən verilib.

Mingəçevir şəhər 13 nömrəli məktəbində Məhərrəmlik ayı ilə bağlı tədbirin keçirilməsi barədə məlumatlar yayılandan sonra məktəbin direktoru Tünzalə Əfəndiyeva İcra hakimiyyətini ona belə bir tədbirin keçirilməsinə göstəriş verməkdə ittiham edib. İcra hakimiyyətindən isə and-aman edirlər ki, göstəriş onlar tərəfindən verilməyib, bu, məktəb direktorunun özbaşına qəbul etdiy qərardır.

“Mən kiməm ki, özbaşıma hər hansı tədbir keçirəm, icradan bizə tapşırıq veriblər, mən də qrafik üzrə mənə düşən səlahiyyəti, işi yerinə yetirmişəm”, - Mingəçevirin 13 saylı orta məktəbinin direktoru Tünzalə Əfəndiyeva BBC News Azərbaycancaya məktəbdə dini tədbir keçirilməsi iddiaları ilə bağlı bildirib.

Direktor əlavə edib ki, belə bir tədbirin bütün Mingəçevir məktəblərində keçirilməsi barədə Mingəçevir İcra Hakimiyyəti təlimat verib. “Direktorun başı xarabdı məktəbdə dini təbliğ eləsin? Ayın 6-da məktəbdə uşaq var?”, - xanım direktor özünü təmizə çıxarmağa çalışıb.

Mingəçevir məktəbində keçirilmiş bu tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də araşdırıb. Məktəbin direktoru Tünzalə Əfəndiyeva tədbirdə şagirdlərin iştirak etmədiyini desə də, Komitənin sədri Mübariz Qurbanlının BBC News Azərbaycancaya verdiyi məlumata görə, yuxarı sinif şagirdləri tədbirdə iştirak edib.

“Mingəçevirdəki məsələni biz araşdırdıq, orada rəsmi fəaliyyət göstərən din xadimini dəvət ediblər, o, yuxarı sinifdə oxuyan şagirdlərə Aşura haqqında məlumat verib”,- Komitənin sədri Mübariz Qurbanlı BBC News Azərbaycancaya deyib.

Xatırladaq ki, sentyabrın əvvəlində Mingəçevir şəhərinin 13 saylı orta məktəbində keçirilən tədbirdə şəhər məscidinin axund müavininin də iştirak etdiyini göstərən fotolar sosial şəbəkələrdə yayılıb. Bu hadisə sosial şəbəkələrdə tənqid və müzakirə olunaraq “dinin məktəblərdə təbliği” kimi qiymətləndirilib.

Tünzalə Əfəndiyeva tədbirdə axund müavinin iştirak etdiyini təkzib etməyib.

Qeyd edək ki, Konstitusiyaya görə, Azərbaycanda din dövlətdən ayrıdır və müvafiq qanunvericiliyə görə, təhsil müəssisələrində dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yоl verilmir.
Maraqlıdır, Mingəçevir İcra Hakimiyyəti məktəblərdə dini mövzuda tədbir keçirilməsini hansı məntiqlə zəruri hesab edib və məktəblərə belə bir təlimat verib?
Əldə etdiyimiz məlumata görə hazırda boş olan Migəçevir şəhər İcra Hakimiyyəti başçısı vəzifəsi uğrunda mübarizə gedir. Migəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılovun da başçı vəzifəsinə iddialı olduğu qeyd olunur. Baş verən bu qalmaqaldan sonra isə demək olar ki, Niyazi Bayramovun yoxluğunda İlham İsmayılov üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməyib...

pia.az

Şərhlər

XƏBƏR LENTİ