SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Özünü təriflədən, otağında yandırılan, oğlu qumarbaz, atası Sürətçi təhsil şefi kimdir? – Kəlbəcər...

Özünü təriflədən, otağında yandırılan, oğlu qumarbaz, atası Sürətçi təhsil şefi kimdir? – Kəlbəcər...

Tarix:

21-09-2018, 08:52

/ 5 051 dəfə oxundu.
Özünü təriflədən, otağında yandırılan, oğlu qumarbaz, atası Sürətçi təhsil şefi kimdir? – Kəlbəcər...

Kəlbəcər Rayon Təhsil Şöbəsi müdiri Elmira xanım Şükürova müxtəlif elektron mediada fəaliyyətinin reklamını təşkil etməkdədir

Müstəqil mətbuatda sərt tənqid olunan təhsil şöbəsi müdiri bəzi portallarda şəninə tərif yazdırır. (http://qanuninfo.az/index.php?newsid=12589)

Ona elə gəlir ki, bu yolla Təhsil Nazirliyinin diqqətini çəkəcək. Amma təhsil naziri Ceyhun Bayramov da, ictimaiyyət də dəfələrlə E.Şükürovanın və oğlunun əməllərindən agah olub.

Üstəlik, həmin məqalələrdə media eyni faktları çeynəməkdə qınanılır. Deməli, həmin məlumatların real olduğu etiraf edilir.

Söhbət ondan gedir ki, Ağdamın keçmiş təhsil şöbəsi rəhbəri olmuş E.Şükürovabu rayona icra başısı getmək istəyirdi. Hətta Kəlbəcərin deputatı Cavid Qurbanova pul verdiyi iddia edilirdi. Ancaq proseslər onun əleyhinə işlədi. Bu məlumatlar bir sıra saytlarda tirajlanıb.

E.Şükürova əslən Kəlbəcər rayonundandı. O, Azəbaycan Dəmiryolları ASC-nin sədri Cavid Qurbanovun qohumudur. Elmira Şükürovanın atası Əvəz Şükürov isə 1993-95-ci illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olub.

1995-ci ildə keçmiş Baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zaman Surət Hüseynovu dəstəklədiyi üçün mərhum prezident Heydər Əliyev tərəfindən vəzifədən alınıb.

E.Şükürovanın oğlu isə qumarda 200 min manat uduzmaqda adı hallanırdı. Buna görə vəzifəsindən çıxarıldı.

Elmira Şükürovanın Gəncə Məhkəməsində işləyən övladı Emin Bayramov «Topaz»ın əsas müştərilərindən biri hesab olunur. Elmira Şükürova heç də imkansız biri olmayıb və onun külli miqdarda sərvətə malik olduğu da sirr deyil.

Bu qədər məlumatların içərisində isə təhsil şöbəsi müdiri özünü təriflətməyə saytlar tapır. Hər halda həmin saytlar da onun “ala gözünə aşiq olmayıblar”.

Cahan.info yazır ki, “Unikal” qəzetinə verilən informasiyada Ağdam rayon Təhsil Şöbəsinin müdiri postundan Kəlbəcər rayon Təhsil Şöbəsinə “perevod” alan Elmira Şükürova burada özünün “Ağdam təcrübəsini” tətbiq etməyə çalışdığı iddia olunur.

Xatırladaq ki, Ağdam təhsilinə rəhbərlik etdiyi uzun illər ərzində Elmira Şükürovanın adı bir sıra qalmaqallı maliyyə maxinasiyalarında hallanıb.

Görünür, Elmira xanım indi həmin “ənənələri”ni Kəlbəcərdə də bərqərar etmək istəyir. Bu yöndə onun atdığı ilk addım isə yeni təyinat alarkən məktəb direktorlarının hər birindən ilkin olaraq 500 manat yığaraq onlara 3 ay vaxt verməsi olub.

Bundan sonra isə “aylıq haqq” ənənəyə çevrilib və məktəb direktorları hər ay həmin məbləği ödəmək zorunda qalıb. Mənbəmiz bildirir ki, 114 məktəbi olan Kəlbəcər rayon Təhsil Şöbəsi heç də Ağdam Təhsil Şöbəsindən geri qalmır.

Adı çəkilən rayon məktəbləri isə ölkənin müxtəlif yerlərində fəaliyyət göstərirlər. Həmin məktəblərdə tədrisin hansı vəziyyətdə olduğu və hər il dövlətin külli miqdarda vəsaitlərinin hansı şəkildə mənimsənilməsi Elmira Şükürovaya “çox tanışdır”.

Cahan.infoxatırladır ki, bir neçə il əvvəl Cəmiyyət İnformasiya Agentliyində (Cia.az) Ağdam Təhsil Şöbəsinin müdiri Elmira Şükürova ilə bağlı sensasion xarakterli məlumatlar yayılmışdı.

Yayımlanan məlumatda göstərilirdi ki, Bərdənin Xanərəb Kəndində yerləşən Ağdam Köçkün Orta məktəbinin direktoru Qaratel Əliyeva bir əlində benzin, bir əlində kibrit Rayon Təhsil Şöbəsinin Rəhbəri Elmira Şükürovanın otağına daxil olub. Ondan külli miqdarda pul aldığı halda nə üçün məktəbini bağlatdırdığını deyib.

Tərəflər arasında dava düşüb, Qaratel Əliyeva gətirdiyi benzini həm öz üstünə, həm Elmira Şükürovanın, həm də katibəsi Gülnaz Qəhrəmanovanın üstünə töküb, od vurub.

Otaqda yanğın çıxdığını görən Təhsil Şöbəsinin Təchizat rəhbəri Mədəd Hüseynov və E.Şükürovanın müavini Rahil Allahverdiyev gödəkcəsini Şükürovanın üstünə ataraq öncə onun yanan ayağını söndürüb və otaqdan çıxardıblar. Qaratel Əliyeva isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Təhsil müdiri Ağdamda işlədiyi zaman Bərdə şəhərində bir neçə iri obyekt alıb.Araşdırmalar zamanı o da bəlli olub ki, təhsil şöbəsinin müdiri həmçinin Ağdam-Bərdə yolunun üzərində iri heyvandarlıq kompleksinin də sahibi kimi tanınıb. Uzun müddət fəaliyyətdə olan bu kompleks sonradan satılıb.

Özü də Elmira Şükürova Kəlbəcərə təhsil şöbəsinin müdiri getdiyi ərəfədə. Görünür, ona pul lazım olub. Bu səbəbdən də illərlə əziyyət çəkib, yaratdığı əsas gəlir mənbələrindən birini satmalı olub.

Bu satışın əsas səbəbi isə olduqca maraqlıdır.Bu reputasiya və bioqrafiyaya malik məmura nazirin etimad göstərib Kəlbəcərin təhsil müdiri saxlayacağı ağlabatan görünmür.

Hörmətli Şükürovanın bu məlumat və ittihamlarla bağlı dinləməyə, mövqeyini geniş şəkildə dərc etməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ