SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Goranboyda məktəbin bağında 30-a yaxın yaşıl ağac kəsilib (FOTOLAR)

Goranboyda məktəbin bağında 30-a yaxın yaşıl ağac kəsilib (FOTOLAR)

Tarix:

19-09-2018, 17:25

/ 2 485 dəfə oxundu.
Goranboyda məktəbin bağında 30-a yaxın yaşıl ağac kəsilib (FOTOLAR)

Goranboy rayon 1 saylı tam orta məktəbinin həyətində 30-a yaxın yaşıl ağac doğranılaraq məhv edilib.

Bu barədə Qaynarinfo-ya rayon sakini Ayaz Sadıqov məlumat verib. Məsələ ilə bağlı Goranboy rayon 1 saylı tam orta məktəbin direktoru Səidə Məmmədova ilə əlaqə saxladıq. O, ağacların kəsilmədiyini, sadəcə qurd düşdüyü üçün budandığını bildirib:

"Mən ağac doğrayan deyiləm. Əksinə, yaşıllığı sevən biriyəm. Sadəcə olaraq ağaclarımıza qurd düşmüşdü, yarpaqları pis vəziyyətdə idi. Bizdə də baramaçılıq olduğuna görə, rəhbərliyin göstərişi ilə ağaclar budanıb ki, gələn il ağacın yarpaqları daha iri olsun. Budanan ağacların hamısı çəkil ağaclarıdır, digər meyvə ağaclara toxunulmayıb. Gədəbəydə bu il hər yerdə ağaclara qurd düşmüşdü və yarpaqlar deşik-deşik idi. Dediyim kimi ona görə budanıb ki, gələn ilə daha yaxşı inkişaf eləsin. Göstəriş bizə Təhsil Şöbəsindən, onlara da yəqin ki, İcra Hakimiyyətindən verilib".
Goranboyda məktəbin bağında 30-a yaxın yaşıl ağac kəsilib (FOTOLAR)
Goranboyda məktəbin bağında 30-a yaxın yaşıl ağac kəsilib (FOTOLAR)
Goranboyda məktəbin bağında 30-a yaxın yaşıl ağac kəsilib (FOTOLAR)
Goranboyda məktəbin bağında 30-a yaxın yaşıl ağac kəsilib (FOTOLAR)

Şərhlər

XƏBƏR LENTİ