SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda “Suriya məktəbi”: nazir və başçıdan şəhid adına laqeydlik – Fotolar

Cəlilabadda “Suriya məktəbi”: nazir və başçıdan şəhid adına laqeydlik – Fotolar

Tarix:

19-09-2018, 11:08

/ 1 822 dəfə oxundu.
Cəlilabadda “Suriya məktəbi”: nazir və başçıdan şəhid adına laqeydlik – Fotolar

“Son 4 ildir hər sentyabrın 15-i yaxınlaşanda bu fotoları paylaşıram. Bu fotolar Cəlilabad rayonu, şəhid Elxan Fətiyev adına Təzəkənd kənd orta məktəbinin acınacaqlı durumunun virtual ifadəçisidir”.

Yuxarıdakı sətirlərin müəllifi jurnalist Niyaz Niftiyevdir. Onun sözlərinə görə, Təzəkənddə ilk ibtidai sinif 1937-ci ildə açılıb.

1957-ci ildə 8 illik, 1986-cı ildə isə fotolarını paylaşdığı11 illik orta məktəb istifadəyə verilib.

Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun üstündə yerləşən məktəb istifadəyə veriləndən sonra heç zaman əsaslı və ya cari təmir olunmayıb.

Əhalisinin sayı 3500 nəfərə yaxın olan Təzəkənd kənd məktəbi artıq bir neçə ildir bərbad vəziyyətdədir.

İkimərtəbəli təhsil müəssisəsinin damı uçub, divarları, tavanı dağılıb, taxta pəncərələr sıradan çıxıb, şüşələri qırılıb, elektrik sistemi ümumiyyətlə yox səviyyəsindədir.

Və belə bir şəraitdə böyük bir kəndin uşaqları dərs keçmək, müəllimləri isə dərs vermək məcburiyyətindədirlər. Niftiyev bu barədə Təhsil Nazirliyinə də müraciət edib. Nəticə sıfırın altında boğulur.

Bu laqeydliyin səbəbi bilinmir. Yeni təhsil naziri Ceyhun Bayramov göstəriş verə bilərdi. Bu da onun reklamı olardı. Amma nə nazirlik, nə Cəlilabad rayon icra başçısı Namiq Zeynalov addım atır.

Cəlilabadın yeni başçısı azından məktəbin cari təmiri üçün müəyyən qədər vəsait ayıra bilərdi. Amma hər ikisi postlarında yeni olan nazir C.Bayramovla icra başçısı N.Zeynalovu şəhidin adına olan məktəbin viran günə qalması veclərinə deyil.

Məktəbdən fotolara baxanda Suriyanın Hələb şəhərində bombalanmış binalara oxşayır. Dövlət tərəfindən təhsil ocaqlarının yenidənqurulmasına külli miqdarda vəait ayrılır, pilot layihələr həyata keçirilir.

Nazirliyin tapşırığı əsasında daha bir layihə bu məktəbdə həyata keçirilə bilərdi ki, yeni dərs ilində gələcəyimiz olan uşaqlar müasir, təzə, qəzalı olmayan bir binada təhsil alsınlar.

Cahan.İnfo xəbər verir ki, məktəb tikintisində yeyinti faktları dəfələrlə aşkarlanıb. Cəlilabadın sözü gedən məktəbinə də vəsait ayrıldığı və mənimsənildiyi istisna deyil.

Amma ən azından edilən müraciətləri və məktəbin acınacaqlı görkəmini görən həm nazirlik rəsmiləri, həm Cəlilabadın yeni rəhbərliyi tədbir görə bilər.

N.Zeynalov Cəlilabadın icra hakim olduğunu bu aylar ərzində heç bir addımı ilə seçilməyib. O halda bu faktı görürsə, millətin gələcəyi olan uşaqların normal dərs oxuması üçün bu məktəbə bir əncam çəksin.

Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: “Bizim məqsədimiz ondan ibarətdir ki, 2017-2018-ci illərdə Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın. Bax, qarşıya belə məqsəd qoyulub”.

Məktəb binalarının təmirə ehtiyacının olub-olmaması Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin tikintiyə texniki nəzarət mühəndisləri tərəfindən vizual və texniki baxış keçirilərək onların müvafiq rəyləri əsasında müəyyən edilir.

Məktəb binasına texniki baxış keçirilərkən, onun təmirə ehtiyacının olması mövcud tikinti normalarına əsasən müəyyən edilir.

Texniki baxış zamanı məktəb binasının bərpa-gücləndirməyə ehtiyacının olması, qəzalı vəziyyəti barədə vizual baxışla müəyyən edilməsi mümkün olmayan hallar aşkarlanarsa, bu barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına müraciət olunmaqla ekspert rəyi alınır.

Hazırda respublika üzrə cəmi 4500 məktəb var.
Cəlilabadda “Suriya məktəbi”: nazir və başçıdan şəhid adına laqeydlik – Fotolar
Cəlilabadda “Suriya məktəbi”: nazir və başçıdan şəhid adına laqeydlik – Fotolar
Cəlilabadda “Suriya məktəbi”: nazir və başçıdan şəhid adına laqeydlik – Fotolar
Cəlilabadda “Suriya məktəbi”: nazir və başçıdan şəhid adına laqeydlik – Fotolar
Cəlilabadda “Suriya məktəbi”: nazir və başçıdan şəhid adına laqeydlik – Fotolar
Cəlilabadda “Suriya məktəbi”: nazir və başçıdan şəhid adına laqeydlik – Fotolar

Şərhlər

XƏBƏR LENTİ