SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Aqil Nəzərli Laçına başçı getməyə 2,5 milyon verib? - ittiham/Video

Aqil Nəzərli Laçına başçı getməyə 2,5 milyon verib? - ittiham/Video

Tarix:

17-09-2018, 09:01

/ 6 924 dəfə oxundu.
Aqil Nəzərli Laçına başçı getməyə 2,5 milyon verib? - ittiham/Video

Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin bioqrafiyası və əməlləri günbəgün ifşa olunmaqdadır

Onun saxta diplomunun olması, fərariliyi, qadınlara təcavüz etməsi haqda ittihamlar səslənməkdədir. Bu da bir məmurun adına biabırçılıqdır.

Bu ittihamlar əsasən RİH sabiq şöbə müdiri Fizuli Tanirverdiyev tərəfindən irəli sürülür. O, video müsahibəsində A.Nəzərlini yaxından tanıyan bir məmur kimi rüsvay edib.

Sabiq şöbə müdirinin sözlərinə görə, Laçının icra başçısı bu vəzifəyə təyin olunmaq üçün 2 milyon, 500 min manat xərclədiyini yaxın ətrafında bəyan edib.

Bu qədər pulu kimə verdiyi böyük cinayət məsuliyyət yaradır. Belə çıxır ki, Nəzərli rüşvətlə icra başçısı olub.

Belə ağır ittihama aydınlıq gətirilmirsə, icra başçısı susursa, demək çox ciddi mətləblər var. Ona görə də sabiq şöbə müdirinin dedikləri araşdırılmalıdır.

Əgər bu məsələ təsdiqini taparsa, o zaman Aqil Nəzərlinin sabiq rektor Elşad Abullayevin keçmiş deputat Gülər Əhmədova ilə mandat bazarlığına bənzəyəcək.

İkincisi, Laçının icra başçısının həmin vəsaiti hardan əldə etdiyi də təftiş oluna bilər. Bir məmurda 2 milyon yarım pul hardandır?

Bir müddət əvvəl isə yutub sosial şəbəkəsinə yerləşdirilən çıxışda icra başçısı böyük siyasi xətaya yol verdiyi üzə çıxmışdı. RİH-nin sabiq şöbə müdiri Füzuli Tanirverdiyev həmin çıxışı sosial şəbəkələrdə paylaşmışdı.

İcra başçısı bildirib ki, 1992-1993-cü illərdə ölkədə qardaş qırğını baş verəcəkmiş və bu zaman Heydər Əliyev Elçibəy iqtidarını tamamilə ələ keçirib. A.Nəzərli H.Əliyevi hakimiyyəti qəsb etmək ittiham etməsi biabırçı bir siyasi səhv idi.

Laçın rayon icra hakimiyyəti başçısı Aqil Nəzərlinin məcburi köçkünlərin başına açmadığı oyun qalmayıb. İşğal edilmiş rayonlarımızın icra başçıları arasında ən çox şikayət A.Nəzərlidən gəlməkdədir.

Prezidentin etimadını doğrultmayan A.Nəzərli bu posta təyin olunandan camaata etmədiyi pislik qalmayıb. Məsələn mətbuatda şikayəti çıxanlardan biri - Laçın sakini İdris İsmayılov idi.

Onun sözlərinə görə, icra başçısı Aqil Nəzərlinin qəbulunda olub. Məcburi köçkün imkansızlıqdan qəbula çox ucuz qiymətə aldığı şap-şapı ilə gedib. A.Nəzərli ayaqqabı niyə geyinmədiyini soruşub.

İ.İsmayılov işsizlik və kasıbçıqlıdan ucuz çəkələk almağa gücü çatdığını söyləyib. İcra başçısı isə ona hirslənərək ya ayaqyalın ya da ayaqqabı ilə gəlməyi əmr edib, öz kabinetindən vətəndaşı qovub.

Laçın rayon rəhbərliyindən şikayətçi olanlardan biri də 17 yaşlı Şamil Həsənzadə idi.Yeniyetmə təhsil almalı olduğu halda yoxsulluqdan ailəsinə kömək üçün iş axtarır.

Ona görə gənc Şamil də əlavə iş istəmək üçün icra hakiminin qəbulunda olub. Lakin A.Nəzərli gözlənildiyi kimi, bu dəfə də arxa çevirib və heç bir yardım göstərməyib.

Əvəzində, Şamilin yuxarılara şikayət məktubları göndərməsinə görə ona təzyiq etməyə başlayıb, onu Taxtakörpüdən didərgin salıb. Üstəlik, idarə müdirlərindən biri onun üzünə durub ki, guya işə adam düzəltmək üçün pul tələb edib.

Kəsəsi, A.Nəzərli insanlara yardım əlini uzatmaq əvəzinə, onların əlini kəsir. Hərçənd, prezident onu vəzifəyə xalqa xidmət üçün təyin edib.

Xeberlertv.com yazıb ki, Laçın rayonunun 76 min sakini olmasına baxmayaraq 1552 nəfər Laçınlıyla görüşüldüyü iddia olunur ki, buda ağ yalandır. A.A.Nəzərli bütün görüşlərinin şəkillərini sayıtlarda paylaşıb özünə bəy tərifi dedirdir.

1552:19=81 nəfər edir ki, qəbullarda özünün çəkdirdiyi şəkillərdəndə göründüyü kimi 20-25 adam olur ki bununda yarıdan çoxu idarə müəssisə rəhbərləri olur. Özünə bəy tərifi etməklə göz qabağında olan yarıtmaz fəaliyyətini pərdələyə bilməz.

19 dəfə qəbul keçirib hər qəbulda ortalama 81 nəfər sakinimiz olmalıdır. Ancaq Bəy tərifinin şəkillərində 20-25 nəfərdən artıq adfam olmayıb.

Buda ortalama götürsək 19 görüşdə cəmi 500 nəfər edir ki, bunlarda hər dəfə qəbullara gedən eyni idarə müəssisə rəhbərləridir.

Aqil Nəzərli sosial problemlər girdabında boğulan vətəndaşların problemlərini qəbul edib həll etməkdənsə özünə yaxın insanları öncədən qəbul keçiriləcək ərazilərə çağırtdırır.

Məsələn bizim yaşadığımız ərazidə 30 yaxın məcburi köçkün ailəsi yaşayır ki, heç vaxt Aqil Nəzərlini bu ərazidə görməmişik.

Akif müəllimin dövründə il ərzində 5-10 dəfə yaşadığımız ərazidə sakinlərlə görüş keçrildiyi halda iki ildir ki, Aqil Nəzərli sadəcə özünə yaxın insanları öncədən qəbul keçirəcəyi əraziyə gətizdirib şəkillər çəkdirib bəy tərifi edir özünə.

1266 nəfər rayon sakininin probleminin həl olunduğunu deyir. Amma reallıqda tək bir sakinimizin problemi həll olunmayıb. Problemlər göz qabağındadır. 1266 nəfər dedikləri insanlardan çox yox 100 nəfərin adını çəksinlər ki, problemləri həll olunub.

Dövlət tərəfindən görülmüş işlərin bu fərariyə heç bir aidiyyati yoxdur.Məcburi köçkünlərə salınacaq qəsəbələri qarşıda duran vəzifələri olduğunu yazıb ki, buda bu saxta diplomlunun işi yox Dövlət tərəfindən Məcburi köçkünlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün Dövlət proqramına əsasən ediləcək.

Məruzədə xüsusilə o da vurğulanmışdır ki, hesabat dövrü ərzində rayon rəhbərliyi tərəfindən köçkünlərin məskunlaşdıqları müxtəlif yaşayış məntəqələrində 19 səyyar qəbul keçirilmiş, 1552 nəfər rayon sakininin iştirak etdiyi bu görüşlərdə 157 nəfərin müraciəti dinlənilməklə, habelə Rayon İcra Hakimiyyəti başçısı aparatında 1266 nəfər rayon sakini qəbul olunmuş, onların müraciətləri ilə əlaqədar köməklik olunması üçün aidiyyəti rayon təşkilatlarına konkret tapşırıqlar verilərək icrasına nəzarət olunmuşdur.

Aqilə bəy tərifi edənlər deyir ki, şər deyirsən bir zəhmət bu http://www.lachin-ih.gov.az/gallery/11.html linkə daxil olub reallığı özünüz oxuyun.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ