SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazir müavininə bağlı Kürdəmir mədəniyyət şefi oğlunun cinayətini gizlədib– ölüm işi..

Nazir müavininə bağlı Kürdəmir mədəniyyət şefi oğlunun cinayətini gizlədib– ölüm işi..

Tarix:

16-09-2018, 12:31

/ 1 907 dəfə oxundu.
Nazir müavininə bağlı Kürdəmir mədəniyyət şefi oğlunun cinayətini gizlədib– ölüm işi..

Elman Məmmədov 2018-ci il 27 iyun tarixdən Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisidir

Əvvəl Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi rəisi idi. Sonra turizm mədəniyyətdə ayrıldı. E.Məmmədov isə bu idarəyə kurort mərkəzi kimi yanaşır.
E.Məmmədov Füzuli rayonundakı idarəçilik sistemini Kürdəmirə daşıyıb.

Mediamaqnat.az saytının yazdığına görə, Füzili rayon Mədəniyyət və Turizm Şöbəsində maliyyə maxinasiyaları müdir Elman Məmmədova yaxın bir şəxsə məxsus “KENZO-2014” MMC (130000 min manat), “Vüsal E-S” MMC ( 317000 min manat) vasitəsi ilə həyata keçirilib.

Bu MMC-lər vasitəsi ilə 500 min manata yaxın vəsait silinib.Kürdəmirdə idarə rəisi olduqdan sonra ixtisarlara başlayan E.Məmmədov indi öz işlərini sahmana salıb.

Eyni qaydada bu idarədə də maxinasiyalar, “ölü can”lar, bəzi işçilərin maaş kartını mənimsəmək halları olduğu deyilir.

Elman Məmmədov Füzulidə tabeçiliyindəki musiqi məktəblərinin hər birindən ayda 2200 manat pul yığırmış. Ona gələn küllü miqdarda gəlirin hesabına Haramı düzündə ferma açaraq sayı bilinməyən heyvan saxladır.

2013-cü ilin aprelində övladı Məmmədov Həmid Elman oğlu öz avtomobili ilə Xətai rayonu ərazisində adam öldürməkdə ittiham edilsə də, həmin gündən azadlıqda qala bilib.

Görünür ki,hansısa yollara əl atıb. Hətta “Qaqçınkom”un keçmiş sədri Əli Həsənovun nəvəsi həbs edilib, sonra azad olunub. E.Məmmədovun oğlunun işi isə gizlədilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi müdiri Elman Məmmədov Beyləqan mədəniyyət şöbəsində qanunsuzluqlara göz yumur

Şöbənin direktoru Nazim Mirzəyev Elman Məmmədova aylıq “haqq” ödəməkdə ittiham olunur.İdarə rəisinin Xocavənd, İmişlidə kütləvi ixtisarlar aparması, işçiləri incitməsi, nazirin tapşırıqlarına əks addımlar atması, Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş konserti yarımçıq tərk eləməsi haqda mətbuatda kifayət qədər yazılıb.

BakuNews.Az yazmışdı ki, Beyləqan Mədəniyyət idarəsində Elman Məmmədovla Nazim Mirzəyevin 50 yaxın adı olub, özü olmayan işçiləri mövcuddur ki, bu da hər ay 7-8 min manat qazanc deməkdir.

Məlumatda qeyd edilir ki, Elman Məmmədovun ən çox qazanc əldə etdiyi rayon Beyləqan deyil. Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisinin əsas qazanc əldə etdiyi rayonlar Füzuli və Xocavənd mədəniyyət idarələridir.

Elman Məmmədov adı çəkilən bu rayon idarələrinin əli ilə hər ay 20 min manatdan çox qazanc əldə edir.Elman Məmmədovun və Nazim Mirzəyevin Beyləqan Mədəniyyət idarəsində etdikləri özbaşınalıqlarla bağlı dəfələrlə Mədəniyyət Nazirliyinə şikayətlər etsələr də, heç bir tədbir görülməyib.

Sadəcə, bir neçə dəfə yoxlama gəlib ki, onu da Elman Məmmədovla Nazim Mirzəyev rahat şəkildə "yola" salıblar.

Beyləqan Mədəniyyət İdarəsinin işçiləri iddia edirlər ki, Elman Məmmədovla Nazim Mirzəyevin arxasında Mədəniyyət nazirinin sabiq müavini Ədalət Vəliyev dayanır.

Hörmətli E.Məmmədovun cavab haqqını dərc etməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ