SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Prezidentin Lerikə gəlişinə 4 milyonluq yamaq yol çəkilir – Fotolar

Prezidentin Lerikə gəlişinə 4 milyonluq yamaq yol çəkilir – Fotolar

Tarix:

13-09-2018, 16:59

/ 4 335 dəfə oxundu.
Prezidentin Lerikə gəlişinə 4 milyonluq yamaq yol çəkilir – Fotolar

Prezident İlham Əliyevin bu günlərdə Lerikə gözlənilən səfəri ərəfəsində Piran-Hamarat yolunun çəkilişi gedir. AzEuroNews.com-un verdiyi məlumata görə, ölkə başçısının Lerik-Lənkəran yolunun 20 kilometrliyində yerləşən Piran-Hamarat yolunun açılışını edəcəyi gözlənilir.

Piran-Hamarat yolu avqust ayında yenidən qurulub və asfalt örtük salınıb. Bir ay sonra yolun hazır ki, vəziyyəti isə inanılmazdır. Yeni asfaltlanmış yol yamaq-yamaq, qazıq-qazıqdır. Bu yola təqribən 4 milyona yaxın vəsait xərcləndiyi açıqlanıb. Rəsmi xəbərə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 20 km-lik hissəsi 4-cü texniki dərəcəyə uyğun olaraq asfalt-beton örtüklü, qalan 6 km-lik hissəsi isə 5-ci texniki dərəcəyə uyğun çınqıl örtüklə yenidən qurulur.

Yerli əhəmiyyətli Piran – Hamarat – Vjaker avtomobil yolu respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolundan ayrılır və 9 min nəfər əhalinin yaşadığı 28 məntəqəni birləşdirir. Fotolar isə qurumun çəkdiyi yolun nə halda olduğunu əks etdirir.
Prezidentin Lerikə gəlişinə 4 milyonluq yamaq yol çəkilir – Fotolar
Prezidentin Lerikə gəlişinə 4 milyonluq yamaq yol çəkilir – Fotolar
Prezidentin Lerikə gəlişinə 4 milyonluq yamaq yol çəkilir – Fotolar
Prezidentin Lerikə gəlişinə 4 milyonluq yamaq yol çəkilir – Fotolar

Şərhlər

XƏBƏR LENTİ