SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ayaz Əsgərovu mediada "vurduran" Mahir Mirzəyevdir?-Yardımlı icrada "zəlzələ"

Ayaz Əsgərovu mediada "vurduran" Mahir Mirzəyevdir?-Yardımlı icrada "zəlzələ"

Tarix:

3-03-2017, 10:37

/ 2 892 dəfə oxundu.
Ayaz Əsgərovu mediada "vurduran" Mahir Mirzəyevdir?-Yardımlı icrada "zəlzələ"

Son günlər ölkə mətbuatında Yardımlı Rayon İcra başçısı Ayaz Əsgərovla bağlı bir çox şikayət məktubları dərc olunmaqdadır.
Bu məktubların əksəriyyəti mediaya bilərəkdən və məqsədli şəkildə sızdırıldığı məlum oldu.

Daxil olan məlumata görə, başçı Ayaz Əsgərovu dayanmadan mediada "vurduran" şəxs məhz müavini Mahir Mirzəyev olduğu bildirilir.

Mənbə bildirir ki, M.Mirzəyevin kurasiyasında olan saytlar Ayaz Əsgərova qarşı açıq savaş elan edib.

Yardımlı rayon İcra Hakimiyyətində nüfuz savaşına artıq start verilib.

"Yardımlı birinciliyi” uğrunda mübarizəyə qalxan Mahir Mirzəyev, onsuz da rayonu idarə edən əsas şəxslərdən biridir. Onun çoxsaylı qohumları rayondakı birçox vəzifələri işğal edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mahir Mirzəyevin əmisi oğlu Elçin Mirzəyev Yardımlı RİH başçısının digər müavinidir. Mahir Mirzəyevin digər qohumları da vəzifələrdə çalışır. Özünün yaxın çevrəsinə bildirib ki, “Yaxın günlərdə Yardımlının icra başçısı özüm olacam”.

Yazılanlardan aydın olur ki, M.Mirzəyevin komandası da tam hazır vəziyyətdədir.

Onu da qeyd edək ki, Mahir Mirzəyev daha öncələr başçının birinci müavin vəzifəsi uğrunda Ayaz Əsgərova sadiq bilinən birinci müavin Azər Xamiyevə qarşı savaş açmışdır.

İndi isə Mirzəyev icra başçısı olmaq sevdasına tutulub.

Bu səbəbdən də söz sahibi olduğu saytlar üzərindən Ayaz Əsgərovu “vurdurur”.

Araşdırmamız davam edir. Və yaxın günlərdə Mahir Mirzəyevin kurasiyasında olan saytların siyahısını dərc edəcəyik.

Şərhlər

XƏBƏR LENTİ