SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Keçmiş nazirin qohumu hədəfdə - İDDİA

Keçmiş nazirin qohumu hədəfdə - İDDİA

Tarix:

10-09-2018, 13:45

/ 1 545 dəfə oxundu.
Keçmiş nazirin qohumu hədəfdə - İDDİA

Bu günə qədər Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə bağlı ölkə mətbuatında ciddi yazılar dərc olunub. Bundan başqa, rayon sakinləri də icra başçısının qanunsuz hərəkətləri ilə bağlı ölkə başçısı İlham Əliyevə çoxsaylı şikayətlər göndərib. Lakin bütün bunların araşdırılması istiqamətində heç bir iş görülməmişdi.

Bir zamanlar Səlim Müslümov şikayətlərin qarşısını ala bilmişdir. Bu da Ənvər Seyidəliyevin əl-qolunu daha da açmışdır. Artıq Ənvər Seyidəliyev üçün yolun sonu görünür. Onu müdafiə edə biləcək heç kim yoxdu. Belə ki, Ənvər Seyidəliyev barədə hakimiyyətin üst qatında qərar verilib.

Bu barədə 7GUN.az-a məlumat verən mənbə yaxın vaxtlarda Ənvər Seyidəliyevin ciddi cəzalanacağını deyir: "Bilirsiniz ki, bu günə qədər Ənvər Seyidəliyevin rüşvət və korrupsiya əməlləri barədə kifayət qədər məlumat verilib. Ancaq həmin məlumatların araşdırılmasında süni əngəllər yaradılıb.

Ağsu rayonundan göndərilən əhəmiyyətli məktublar ölkə başçısına çatmayıb. Şikayətlərin araşdırılmaması narazı insanların hakimiyyətə qarşı etibarını sarsıdıb. Yəqin ki, bütün bunlar başqa vasitələrlə ölkə başçısına çatdırılıb. Ənvər Seyidəliyevin əməlləri araşdırılacaq".

Qeyd edək ki, mənbə Ənvər Seyidəliyevlə bağlı daha ciddi məlumatlara malik olduğunu dedi. Yaxın günlərdə Ağsu rayonundan daha geniş məlumat verməyə çalışacağıq.

7GUN.az

Şərhlər

XƏBƏR LENTİ